FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə34/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   30   31   32   33   34   35   36   37   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

OMAN SULTANLIĞINİN İQTİSADİYYATI
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqti-sadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cıillərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır. Lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi me-xanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsindəəvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə «yaşıl işıq» yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses «omanlaşdırma» adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, BirləşmişƏrəb Əmirlikləri, Qətər, SəudiyyəƏrəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün «parnik şəraiti» yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40-50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin tikintisinə qoyulur. 2004-cü ildə ölkənin ümumdaxili məhsulunun dəyəri 22 mlrd. dollar olmuşdur. Əhalinin hər nəfərinə təqribən 8000 dollar düşür. Ötən əsrin 70-ci illərinin ortalarından neft sektoru iqtisadiyyatın dayağı vəəsas gəlir mənbəyinə çevrilmişdir. Ölkə iqtisadiyyatıbeşillik planlar üzrə inkişaf edir. Hazırda 2006-2010 illəri əhatə edən yeddinci beşillik həyata keçirilir. Çoxsahəli iqtisadiyyatın inkişafı, əcnəbi işçi qüvvəsini yerli sakinlərləəvəzləmək üçün milli kadrların ixtisaslarının artırılmasıəsas vəzifələrdir. Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi cox əhəmiyyətli sayılır. İqtisadiyyatın sahələr üzrə strukturuna nəzər saldıqda ümumdaxili məhsulun 3 faizi kənd təsərrüfatından, 40 faizi sənayedən, 57 faizi xidmət sahələrindən əldə olunur. İqtisadiyyatın orta illik artım tempi 4 faizdir. Sənayenin aparıcı sahələri. Ötən əsrin 70-ci illərinin əvvəl-lərindən ölkədə hasilat sənayesinin inkişafında tərəqqi baş verir. Ölkədə neft axtarışı ilə məşğul olmağa 1967-ci ildən sonra başla-mışlar. İlk dəfə 1956-cı ildə «Petroleum konseşinz ltd» şirkəti Fəhud rayonunda neft quyusu qazmışdı. Ölkə üzrə neftin kəşf edilmişehtiyatları 735 mln. ton (2003), təbii qaz ehtiyatı 815 mlrd kub metrdir. Bu iki sərvət ölkə sənayesinin aparıcı sahələridir. İllik hasilat müvafiq olaraq 45 mln. ton və 10.5 mlrd kub metrdir. Omanın kontinental şelfində neft axrarışı işləri ilə məşğul olan mütəxəssislərin fikrincə dəniz dibində böyük ehtiyatı olan yataqlar mövcud ola bilər. Ölkədən çıxarılan neftin bir qismi «Eşlend kompani» şirkətinin 1982-ci ildə tikdirdiyi neftayırma zavodunda emal olunur. Bu müəssisənin məhsulları ölkə tələbatını ödəyir, çıxarılan neftin əksər hissəsi isə ixrac olunur. Yaponiya, Fransa vəHollandiya Oman neftinin əsas alıcılarıdır. Ölkənin büdcə gəlirlərinin əsas mənbəyini neft satışından əldə olunan gəlir təşkil edir. Neft istehsalı və ixracı ölkədə möhkəm valyutanın yaranmaasına səbəb olmuşdur. Neftin kəşfiyyatı və çıxarılması illə «Petroleum Divelopment of Oman» şirkəti məşğul olur. Şirkət kapitalının 60 faizi Oman dövlətinə məxsusdur. Ölkədə təbii qaza olan tələbatı ödəmək vədünya bazarına təbii qaz ixrac etmək məqsədilə 80-ci illərin əvvəllərində tədbirlər hazırlanmışdır. 1989-cu ildə dövlət bölməsinin kapitalıəsasında İbal-Məsqət qaz kəməri istifadəyə verilmişdir. Bu magistral qaz kəmərindən ölkənin şimalında yerləşmiş Rusayal sənaye mərkəzinə qollar ayrılır. Təbii qazdan kibrə istehsalına başlanmışdır. 2000-ci ildən istehsal gücü 6,2 mln ton olan maye qaz zavodu fəaliyyət göstərir. Dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq ölkəneftdən bir ildə 8-10 mlrd. ABŞ dolları həcmində gəlir əldə edir. Neft və təbii qazdan başqa Omanda mis, xromit daş kömür, qızıl, qurğuşun və s. çıxarılır. Çıxarılan mis filizi SəudiyyəƏrəbistanıkapitalının köməyilə tikilmiş mis əritmə zavodunda emal olunur. Emaledici sənaye inkişaf etdirilir. Bu sahənin müəssisələrindəsement, plastik kütlə məmulatları, soyuducu, un istehsal edilir, meyvəkonservləri, Şərq şirniyyatı hazırlanır, xurma qablaşdırılır, balıq qurudulur. İqtisadiyyatın daha sürətli inkişafına maneçilik törədən amil energetika bazasının zəifliyidir. Ölkədə mazut və qazla işləyən bir neçə istilik elektrik stansiyası fəaliyyət göstərir. Region ölkələrinin hamısında olduğu kimi Omanda da kustar sənətkarlıq bizim günlərədək öz əhəmiyyətini itirməmişdir. Kustar müəssisələrdə yeyinti məhsulları (xurma, qəhvə, Şərq şirniyyatı və s.) istehsal olunur, gümüş, qızıl və misdən müxtəlif zinət məmulatlarıhazırlanır, omanlıların çox sevdikləri soyuq silah (xəncər, bıcaq), həmçinin dəri, müxtəlif parçalar, xalça-palaz istehsal edilir. Dəniz sahillərində yaşayan sənətkarlar qayıq hazırlamaq üzrəixtisaslaşmışlar.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə