FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə33/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   29   30   31   32   33   34   35   36   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Sənayenin aparıcı sahələri. Yəmən sənayesi rüşeym halındadır. Son illərdə xarici kredit və xüsusi kapital qoyuluşu hesabına bəzi sahələrin inkişafı üçün imkanlar yaranmışdır. Neft hasilatı və ilkin emal müəssisələri hasilat sənayesindəüstün yer tutur (ehtiyatı 550 mln. ton, illik hasilat təqribən 20 mln. tondur). Ölkədə həmçinin xörək duzu, dəmir filizi və bəzək daşlarıçıxarılır. Səna, Ədən,Taiz, İbb, Əl-Mükəlləşəhərlərində yerli miqyasda iri görünən istilik elektrik stansiyaları tikilmişdir. Mədən sənayesi neft, təbii qaz, daşduz, tikinti materialları çıxarılmasına əsaslanır. Emaledici sənaye gətirilmə və yerli xammala istinad edir. Ədən yaxınlığında yerləşmişƏl-Bureyk və Mərib şəhərlərindəki neftemalı zavodları ölkənin ən mühüm sənaye müəssisələridir. Mərib Əl Səlif istiqamətində neft kəməri çəkilmişdir. Yeyinti sənaye çörək bişirmə, konserv, sərinləşdirici içkilər, şirniyyat, küncüt, pambıq yağı, süni buz və s. istehsal edən müəssisələrlə təmsil olunmuşdur. Yüngül sənayeyə məxsus müəssisələr, əsasən kənd təsərrüfatıməhsullarının emalı vəəhali tərəfindən çox işlənən məmulatların istehsalı üzrə ixtisaslaşmışdır. Bunların içərisində pambıqtəmizləməzavodları, gön-dəri məmulatları istehsal edən müəssisələr, toxuculuq, xalçaçılıq və tikiş fabrikləri, mebel, siqaret, kibrit istehsal edən müəssisələr xüsusiləəhəmiyyətlidir. Sənətkarlıq inkişaf emiş sahədir. Burada zərgərlik,dəri aşılama, 270dulusçuluq, tikiş, çəkməçilik peşələri xüsusilə seçilir. Səna vəƏdən ölkənin ən böyük sənətkarlıq mərkəzləridir. Lakin son illərdəənənəvi Yəmən sənətkarlığının əhəmiyyəti xarici ölkələrdən ucuz malların ölkəyə gətirilməsi iləəlaqədar xeyli azalmışdır. Nəqliyyatı və xarici ticarəti. Yəmənin nəqliyyatı zəif inkişaf etmişdir. Genişərazi tutmuş dağlıq bölgələr indiyədək ölkənin başqa rayonları ilə faktiki olaraq yalnız karvan yolları və cığırlar vasitəsiləəlaqə saxlayır. Ölkədə dəmir yolu xətti olmadığından daxili əlaqələrdəəsas işi avtomobil nəqliyyatı yerinə yetirir. Yəmən port-larına daxil olan yüklərin ölkə daxilində paylanmasında vəəks daş-ınmalarında avtomobil nəqliyyatı həlledici rol oynayır. Avtomobil hərəkət edə bilən yolların uzunluğu 20,0 min km-dir. Bunun 11 min km-i bərkörtüklü yollardır. Ölkənin avtomobil parkı 400 min avtomobillə təmsil olunub ki, bununda təqribən 40 faizi yük avtomobilləridir. Dəniz nəqliyyatı çox zəif inkişaf etmişdir. Yəmən Respublikasıbayrağı altında, mexaniki mühərrik və yelkənlə işləyən bir neçə kiçik gəmi üzür. Dənizlə daşınan iri həcmli yüklərin əksəriyyəti fraxt* ol-unmuş gəmilərlə daşınır. Ölkənin ən böyük dəniz portu Ədəndir. Bu porta böyük okeanın gəmiləri və neft tankerləri daxil ola bilər. Əhəmiyyətinə görə ölkənin ikinci portu Hodeyda, üçüncü isəƏl-Mükəllədir. Hava nəqliyyatı yaranmaq üzrədir. 1961-ci ilə kimi ölkədəki bütün təyyarələr şəxsən məlikə məxsus olduğundan onun ailəsinə vəyaxın adamlarına xidmət edirdi. Xarici ölkələrlə hava əlaqəsi Efio-piya aviasiya şirkətinin Asmara-Hodeyda-Taiz xətti fəaliyyətə ba-şladıqdan sonra mümkün olmuşdur. Hazırda «Yəməniyyə» adlanan milli aviaşirkəti fəaliyyət göstərir. Səna, Ədən vəƏl-Mükəlləşəhərlərində beynəlxalq dərəcəli təyyarə portları var.
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarətin rolu böyükdür. Ölkənin ərzaq məhsullarına olan tələbatının təqribən 70 faizi idxal olunur. Ölkənin vahid milli pulu yoxdur. Alış-verişişlərində Yəmən rialı və Yəmən dinarından istifadə olunur. Ölkənin xarici borcu 6, daxili borcu isə 7 mlrd. ABŞ dolları qədərdir. Fars körfəzində baş vermiş müharibə ölkənin maliyyə həyatına böyük zərər vurmuşdur. Belə ki, Yəmən rəhbərliyi bu müharibədəİraq tərəfində durduğundan rəsmi Ər-Riyad Yəmənə göstərdiyi maddi yardımı xeyli azaltmış və SəudiyyəƏrəbistanında işləyən təqribən 1 mln. yəmənli ərəbi ölkəsindən çıxartmışdır.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə