FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə32/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

MÖVZU: 9. YƏMƏN RESPUBLİKASI
BMT-nin təsnifatına görə Yəmən iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr qrupuna aid edilir.Ölkənin daxili məcmu məhsulunun illik dəyəri 11,0 mlrd., milli gəlirin adambaşına düşən payı isə 900 ABŞ dollarından bir az artıqdır.Ölkə təsərrüfatının geri qıalmasının səbəbləri çoxdur. İqtisadi inkişafa yeddi ilə qədər davam edən vətəndaş müharibəsi mənfi təsir göstərmişdir. İqtisadi artım tempi 2000-2019-ci illərdə 8,6 faiz olmuşdur. Sonrakı illərdə bu rəqəm 3,0-ə enmişdir. İqtisadi siyasət ölkənin ger-iliyinin aradan qaldırılmasına yönəldilmişdir. Əhalinin üçdə-bir hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ümumdaxili məhsulun 20 faizi kənd təsərrüfatı və balıqçılığın, 35 faizi sənayenin, 45 faizi isə xidmət sahələrinin payına düşür.
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə Afrika darısı, arpa, buğda, qarğıdalı, çəltik və,s əkilir. Məhsuldar illərdə 1,2 mln. tona yaxın taxıl əldə edilsə də, bu təlabatını ödəmir. Darı və kalış yerli torpaq-iqlim şəraitinə uyğunlaşdığından suvarma tələb etmir. Onları həm quru çay dərələrində, həm də mərkəzi yaylalarda becərirlər. Bağçılıq inkişaf etmişdir. Burada xarici bazar üçün xurma, banan, ananas, papayya*, manqo, daxili bazar üçün üzüm, ərik, nar, gavalı, əncir və.s yetişdirilir. Yəməni dünya bazarında tanıdan onun məşhur qəhvəsidir. XVII yüzillikdən burada qəhvə dənindən istifadə olunur.Yəmən qəhvəsi Avropa ölkələrinə Mokko portundan daşındığı üçün onun ən qiymətli növünü «Mokko» adlandırmışlar. Dünya ölkələrində qəhvənin bu növü çox yüksək qiymətləndirilir. Qəhvə ağacları 1200-2000 metr yüksəkliklər arasındakı terraslarda** yetişdirilir. Bar verən ağacdan bir ildə 6-7 kq məhsul əldə olunur. Yəməndə yetişdirilən qəhvənin tərkibində kofeinin faizi yüksəkdir. Əhalinin yoxsul təbəqəsi qəhvə qabığından və onun emalından qalan tullantıdan «kişr» adlanan içki hazırlayır. Qəhvəəkinləri hesabına genişləndirilən kat kollarıəsasən Mərkəzi yaylalarda və Taiz şəhəri ətrafında geniş yer tutur.
Yəmənlilər tərkibində narkotik maddə olan bu bitkinin yarpağını çeynəməyi xoşlayırlar. Daxili bazarda kat yarpağı yüksək qiymət-ləndirilir. Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir. Tütün əsasən Hədramautda yetişdirilir. Bostançılıq və tərəvəzçilik yəmənlilərin qədim peşələrindən sayılır. Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir. Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir. Ərəb ölkələrinin əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanılmasının da əhəmiyyəti böyükdür. Yəmənin Qırmızı dəniz, Ədən körfəzi sahilləri balıq və digər dəniz sərvətləri ilə zəngindir. Balıqçılıq donanması müasir texniki avadanlıqla təchiz olunub. Ovlanan balığın xeyli hissəsi qurudulduqdan sonra ixrac olunur. Ölkə özünü ərzaq məhsulları ilə yalnız 50 faiz təmin edə bilir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə