FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə28/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   24   25   26   27   28   29   30   31   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Xarici ticarət. Xarici ticarət ölkənin iqtisadiyyatı üçün həyatıəhəmiyyətə malikdir. Qətər müstəqillik əldə etdikdən sonra ölkədəmilli pul vahidindən – Qətər rialından istifadə olunur. Ölkənin sabit gəlir mənbəyinə malik olması, Qətərlə ticarət əməkdaşlığını yaratmaq istəyən xarici ortaqların sayını da artırmışdır. İxracatda neft, mayeləşdirilmiş qaz, metal, neft-kimya məhsulları, idxalında isəmaşın və avadanlıq, ərzaq məhsulları, nəqliyyat vasitələri, əhali arasında geniş istifadə olunan sənaye məhsulları üstünlük təşkil edir. Son illər Qətər, Bəhreyn və Küveyt kimi onunla qonşu olan ölkələrlə xarici malların geri ixracatçısına (reeksportçusuna) çevrilir. Ölkənin tranzit-ticarət mərkəzi kimi mövqeyini gücləndirməyəçalışan Qətər hökuməti geri ixracat məhsullarına qoyulan bütün vergiləri ləğv etmiş və idxal malları rüsumuna yenidən baxmışdır. Başlıca olaraq idxal olunan çəltik, şəkər, meyvə-tərəvəz, qəzet və ölkəyəgələn turistlər gömrük rüsumundan azad edilmiş, idxal olunan digər mallara isə olduqca aşağı vergi təyin edilmişdir. Qətərin əsasən Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-la ticarət əlaqələri saxlayır. Son vaxtlar İran körfəzi sahili Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəal çıxışedir və bu ölkələr arasında Ümumi Bazar və vahid valyuta yaradılması təklifini müdafiə edir. Ölkədə nəzərdə tutulan iqtisadi inkişaf proqramının həyata keçirilməsi üçün tələb olunan ən yeni maşın və avadanlığın, tankerlərin, sutəmizləyici qurğuların, bütöv sənaye komplekslərinin və s. Qərb ölkələrindən alınması üçün Qətər böyük məbləğdə vəsait sərf etmişdir. Qətər hökuməti elm, maarif və səhiyyənin inkişafına, istehlak xarakterli sənaye məhsullarının idxalına bolluca vəsait xərcləmişdir. Lakin yanacaq ixracatından valyuta gəliri, xeyli müddət ölkənin idxalat xərcindən artıq olduğundan Qətərdə böyük miqdarda kapital yığılmışdır. Dövlət bu kapitalı inkişaf etmiş ölkələrin sənayesinə qoyur, iri Qərb şirkətlərinin səhmlərini alır, mehmanxalar və birgə müəssisələr tikir. Qətər hətta Qərbi Avropa ölkələrinə borc da verir. Maliyyə sistemi.1990-cı ilin başlanğıcında Qətərin qızıl-valyuta ehtiyatı 13 mlrd. dollar, xarici dövlət avurları 12 mlrd. dollar, xarici kapital qoyuluşu isə 25 mlrd. dollar qiymətləndirilmişdir. O vaxt cəmi 400 min əhalisi olan bir ölkə üçün bu göstəricilər çox böyük rəqəmlərdir. «Neft dollarları» əldə edilməsinə görə Qətər region ölkələri arasında SəudiyyəƏrəbistanı, İran, BƏƏ vəKüveytdən sonra 4-cü yerə çıxmışdır. Səhmlərin əldə edilməsi Qətər milli burjuaziyasının nümayəndələrini Qərbin işgüzar ortaqlarına çevirir. Dövlət tərəfindən iri xarici şirkətlərin qiymətli kağızlarının alınması və Qərb ölkələrinə borc verilməsi Qətərin iqtisadiyyatınıdünya təsərrüfatına bağlayır. Qətər dəƏməkdaşlıq Şurasına daxil olan digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər verir. Qətər kapitalıŞura üzvü olan digər ölkələrin kapitalıilə birlikdə dünya iqtisadiyyatının inkişafına və beynəlxalq münasibətlərin bəzi məsələlərinin həllinə xeyli təsir göstərir. Beləliklə, Qətər neft və təbii qaz ölkəsi olmaqla yanaşı, həm dəböyük kapital ixracatçısıdır. Onun kapitalı dünya təsərrüfatının bir çox sahələrində dövriyyədədir. Kapital qoyuluşu dairəsini genişləndirmək, müştərək müəssisələrin tikintisi üçün yeni-yeni ortaqlar və sahələr axtarır.



Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə