FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə16/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi əhəmiyyət kəsb edir. Dövlətin xarici siyasəti tərəfdaşların diversi-fikasiyasına və xarici investisiyaların cəlb edilməsinə yönəlmişdir. Mal ixracatının həcmi 2005-də 1,5 mlrd. dollar, idxal həcmi 7 mlrd. dollar olmuşdur. İxracat strukturunda əsasən meyvə və tütün (20 faiz), toxuculuq məmulatı (12 faiz), elektrik avadanlığı (10 faiz), zərgərlik məmulatları (10 faiz), kağız (8 faiz), dərmanlar vəparfümeriya yer alır. Idxalın üçdə bir hissəsini ərzaq, dörddə bir hissəsini maşın və avadanlıq təşkil edir. Kütləvi istehlak malları, kimyəvi məhsullar və yanacaq idxal strukturunda üstünlük təşkil edir. Xarici ticarətdəəsas tərəfdaşları Avropa İttifaqı ölkələri, ABŞ vəFars körfəzi ölkələridir. Ölkənin pul vahidi - Livan funtudur. Maliyyə sistemi. Hökumətin ən mühüm vəzifələrindən biri Livana məxsus olan Yaxın Şərq regionunun maliyyə və investisiya mərkəzi rolunun bərpasıdır. Lakin ölkənin maliyyə bazarı hazırkıvaxtadək olduqca passivdir və az sayda bağlanmış sazişlər həddindədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində dağıdılmış iqtisa-diyyatın bərpası dövlət borcunun artması hesabına aparılırdı. Xarici borc 2003-cü ildə 28 mlrd. dollara çatmışdır. Büdcə-maliyyə adaptasiyası proqramına müvafiq olaraq 1999-2003-cü illərdə büdcənin gəlir hissəsini kəskin şəkildə artırmaq nəzərdə tutulurdu. Bu dövlət müəssisələrinin özəlləşdirilməsi, vergi tutmada yükləmə, sosial ödəniş məsrəfinin ixtisarı və xaricdə çalışan Livan vətəndaşlarının qazancları hesabına keçirilməli idi. 2003-cü ildə birbaşa xarici investisiyaların məbləği 1,0 mlrd. dollara çatmışdır. 2000–2005-ci illərdə ölkə iqtisadi kömək qismində 3,5 mlrd. dollar almışdır. 2005-ci ildə xarici borc 9,3 mlrd dollar həddinə çatmışdır.

MÖVZU: 7. KÜVEYT DÖVLƏTİ
Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edəbilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı iləəvəz olunmuşdur. Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzindəçoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır. Şəhərlərdəən müasir texnika və texnologiya ilə təchiz olunmuşneft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər kar-van yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magis-tralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. 1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Kü-veytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldəedilən gəlir isə 6850 mln. dollara enmişdir. 1991-ci ilin ortalarından xarici şirkətlərin fəal iştirakı ilə ölkədə neft sənayesi və təsərrüfatın digər sahələrinin bərpası üzrə işlərə başlanılmış və qısa müddətdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bərpa işlərinin həyata keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım ol-muşdur. Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının üzvləri olan ölkələrdən, xüsusiləSəudiyyəƏrəbistanı və BƏƏ-dən almışdır. Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapi-tal iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatınəticəsindəəldə edilən vəsait hesabına formalaşır. Müstəqillik əldəetdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa əmirliklərində olduğu kimi Küveyt də sürətlə sənayeləşdirməyə vəiqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir. Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının» başa çatmasından sonra ölkənin tələbatını təmin edə bilən milli iqtisadiyyatı formalaşdırmaqdadır. Öz planlarını həyata keçirmək üçün, yəni əsaslı sənaye sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadr-ların hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır. Xarici sahibkarlara bu və yaxud başqa müəssisə səhmlərinin yalnız 49%-nəşərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixra-catından əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə dəəldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalışəraitdə Qərb ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir. Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul ol-unmuşdur. İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsindəəldə edilir. Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkəəhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı» keçdikcə zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on ildə onun payı bir qədər azalmışdır. Emaledici sənaye, tikinti, ticarət və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin, böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyat-larının çatışmamasıdır. Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür. Sənayenin aparıcı sahələri. Ölkə iqtisadiyyatının və onun maliyyə gəlirinin əsasını neft sənayesi təşkil edir. Neft yataqlarının ötən əsrin 30-cu illərində kəşf edilməsinə baxmayaraq, onun hasi-latına yalnız 1946-cı ildə başlanılmışdır. Neft çıxarılması, nəql edilməsi və satılması hələ 1934-cü ildə yaradılan ABŞ vəİngiltərəkapitalının nəzarəti altında olan «Küveyt oyl Kompani» şirkətinin əlində idi. 1948-ci ildə ABŞ-ın «Aminoyl» şirkəti «Birtərəf bölgə» dəvə Küveytə məxsus bir sıra adalarda neft kəşfiyyatı və çıxarılmasıişlərinə başlayır. 1960-cı ildən milli «Küveyt neşnl petroleum kom-pani» şirkəti yaradılır. Ölkədə neft çıxarılması və onun ixracatıüzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldəetdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildəən yüksək səviyyəsinə (165 mln. ton) çatmışdır. Neft hasilatının artması nəinki onun böyük ehtiyatı, həm də onun əlverişli təbii-geoloji şəraiti (səthəyaxın yerləşməsi, buruqların fontan vurması, yəni neftin yığılma məntəqələrinə boru kəmərləri vasitəsilə öz-özünə axması və s.) vəbununla da hasilahatın maya dəyərinin olduqca aşağı olması ilə izah olunur. Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən xarici neft şirkətləri başlıca olaraq daha zəngin yataqları istismar etməyə cəhd göstərirdilər. Bu da az vəsait sərf etmək və zəruri texniki tədbirləri həyata keçirmədən neft hasilatını artırmağa imkan verirdi. Küveyt öz təbii sərvətlərinin tam sahibi olandan sonra, hökumət bir tərəfdən neft hasilatının azaldılmasına, digər tərəfdən isəxam neftin ixracatının neft məhsulları iləəvəz edilməsinə yönəldilən siyasət aparmışdır. Nəticədə 1973-cü ildən 1987-ci ilə qədər neft hasilatı bir qədər azalmışdır. Neft ixracatının əhəmiyyətli dərəcədəazalmasına baxmayaraq, dünya bazarında neftin qalxması iləəlaqədar onun ixracatından əldə edilən gəlir artmışdır. Ölkədə hər il təqribən 100 mln. ton neft hasil olunur. Məlumdur ki, dünya bazarında xam neftin qiyməti, neft məhsullarına nisbətən 4-5 dəfə ucuzdur. Bununla əlaqədar Küveyt neft ixracatından əldə etdiyi vəsaitin əhəmiyyətli hissəsini ölkə neftinin emalı vəneft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildəƏş-Şüeyb neft emalı zavodu tikilmişdir. Küveytdə fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mü-hərrik yanacaqları, bir sıra sürtkü yağları və s. istehsal edir. Başqa sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilətəchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildəemal edir. Təbii qaz Küveytin ikinci mühüm sərvətidir vəəsasən neftləbirgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kom-pani» və «Arabiyen Oyl» şirkətləri çıxarır. Mina əl-Əhmədi, Əş-Şüeyb, Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur. Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış vəinkişaf etməkdə davam edir. Ötən əsrin 70-ci illərində dünya baza-rında neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha sürətlə inkişaf etmişdir. İlk növbədəƏş-Şüeyb və Mina əl-Əhmədidə fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz, həm də neft emalı nəticəsindəəldə edilən qazdan istifadə olunur. Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının mühüm sahəsidir. İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əl-Əhmədidə, sonralar isəəş-Şüeyb vəəş-Şüveyxdə tikilmişdir. Ölkənin paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında genişistifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılmasıelektrik enerji istehsalı ilə sıx əlaqədardır. 1970-ci ilə qədər Küveytdə elektrik enerjisi neft və qaz əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu. 1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına başlanılmışdır. Hazırda ölkədə hər il 19-20 mlrd. kv / saat elektrik enerjisi istehsal olunur. Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildəSülaybitəhdə günəş enerjisi ilə işləyən elektrik stansiyasıyaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün, xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkəərazisinin cəmi 1,0%-ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü 1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı. İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd əhalisininin şəhərlərə köçməsi, şəhərlərin genişləndirilməsi və yeni şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur. Ölkədə həyata keçirilən tikinti işləri, xüsusiləşəhər tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayışməntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları tələb edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək müm-kün deyildi. Buna görə də ölkə tikinti materialları istehsalınıgücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə İraq-Küveyt müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox tikinti materialları tələb olunmuşdur. Bu məqsədlə qonşu ərəb ölkələri, xüsusilə BƏƏ Küveytə tikinti materialları ixracatınıartırmışdır. «Neft erasına» qədər yüngül və yeyinti sənayesinin əsasınıçoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu müəssisələrin əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədəpaytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin tikintisini dövlət öz üzərinə götürmüş, sahibkarları bəzi vergilərdən azad etmiş və onlara aşağı faizlə kredit vermişdir. Beləşəraitdəyüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətləartmışdır. İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri məmulatları, ayaqqabı istehsal edən müəssisə fəaliyyət göstərir. Sintetik lif, polietilen, çit məhsulları istehsalı Küveytin yüngül sənayesinin yeni sahələridir. Yeyinti sənayesinin 400-dən artıq müəssisəsində un, çörək, şirniyyat, süd, spirtsiz içki, süni buz vədondurma və s. istehsal edilir. Digər sənaye sahələri başlıca olaraq məişət metal məmulatlarıvə ağac emalı müəssisələri, metal boru, şüşə, avtomobil şinləri, sabun, kağız, dəftərxana məmulatları istehsal edən müəssisələr ilətəmsil olunur. İrili-xırdalı belə müəssisələrin sayı bir neçə minəçatmışdır. Ölkənin sənaye müəssisələrinin böyük əksəriyyəti sənayeləşdirilmişƏş-Şüeyb bölgəsində cəmlənmişdir. Əş-Şüeyb sənaye bölgəsinin yaradılmasına ötən əsrin 60-cı illərində başlanmışvə 70-ci illərinin ortalarında başa çatmışdır. Hazırda Əş-Şüeyb iki bölgədən – ümumi sahəsi 10 kv. km olan və paytaxtdan 44 km cənubda yerləşən Şərq (Əş-Şüeyb sənayeləşdirilmiş bölgə) və ümumi sahəsi 13 kv. km olan və paytaxtdan 50 km cənubda yerləşən Qərb (Mina əl-Əhmədi sənayeləşdirilmiş bölgə) hissələrdən ibarətdir.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə