FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A



Yüklə 167,21 Kb.
səhifə21/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   17   18   19   20   21   22   23   24   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Sənayenin aparıcı sahələri. BƏƏ-nin təsərrüfatında milli gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici şirkətlər məşğul olur. Onların fəaliyyətinəəmirliklərin dövlət şirkətləri nəzarət edir. Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-ci ilin məlumatlarına əsasən təqribən 12,95 mlrd. ton və ya dünya neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədəneft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin əvvəllərinə qədər kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65-70 mln. ton neft çıxarılır. Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın (20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir. Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir. Çıxarılan neftin dünya bazarı tələbatından artıq olmaması məqsədi iləOPEK neft hasil edən hər bir ölkə üçün norma (kvota) müəyyənləşdirir. Abu-Dabi, Dubay və digər əmirliklərdə neftlə yanaşı təbii qazda çıxarılır (ehtiyatı 5,3 trln. kub.m). Neft-qaz və onunla bağlıolan neft-kimya sənayesinin inkişafı iləəlaqədar əmirliklərdə iri vəmüasir texniki tələbatlara cavab verən müəssisələr istifadəyəverilmişdir. Məsələn, Abu-Dabi əmirliyinin Umm-əl-Nar adasında neftemalı zavodu, Das adasında mayeləşdirilmiş qaz istehsal edən kompleks tikilmişdir. Dubay vəŞərca əmirliklərində də müvafiq olaraq neftemalı və mayeləşdirilmiş qaz istehsal edən müəssisələr yaradılmışdır. Ölkənin digər şəhərlərində də neft və qaz iləəlaqədar müxtəlif sənaye sahələri fəaliyyət göstərir. Ölkədəəmək qabiliyyəti olan adamların təqribən 50 faizi neft-qaz sektorunda və ya həmin sektora xidmət sahələrində çalışır. Dubay əmirliyindəki alüminium zavodu (illik istehsal gücü 600 min ton) istehsal etdiyi məhsulun, demək olar ki, hamısını Yaponiyaya vədigər ölkələrə ixrac edir. 2005-ci ildə ölkədə fəaliyyət göstərən 10 sement zavodu (Abu-Dabi, Dubay, əl-Ayn, Rəs əl-Heymə və digər şəhərlərdə) birlikdə 7 mln. ton məhsul istehsal etmişdir. Onun 4 mln. tonu ölkənin tələbatına, qalanı isə Küveytin İraq ilə münaqişəsi zamanı dağılmış binalarının, infrastruktur obyektlərinin vəmüəssisələrinin bərpası üçün sərf edilmişdir. Ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyalarında hər il təqribən 20-21 mlrd. saat elektrik enerjisi istehsal edilir. Bu da ölkənin tələbatını tam ödəyir. Ölkədə dövlət bölməsinə məxsus istehsal ilə yanaşı xüsusi bölməyə aid olan milli sənaye sahələri (sement, yeyinti, toxuculuq, kağız-selliloz və s.) də inkişaf etdirilir. Yeyinti sənayesində başlıca yeri sərinləşdirici içkilər, balıq konservi, un istehsalı tutur. Kustar sənətkarlıq, əsas etibarilə xalçaçılıq, yun parça toxuculuğu, zərgərlik
və gümüş üzərində döymə (naxışsalma) inkişaf etmişdir. Ölkədə iki iri sənaye bölgəsi: Rusvaye (Abu-Dabidə) və Cəbəl-Əli (Dubayda) formalaşmışdır. 1985-ci ildə Dubayın 35 km-dəki, Cəbəl-Əli bölgəsində sahəsi 100 kv. km olan «Azad iqtisadi zona» yaradılmışdır. Bu bölgədə 180-dən artıq orta və kiçik müəssisəvardır. Bunların da əksəriyyəti xüsusi bölməyə (ABŞ, Yaponiya) məxsusdur. Cəbəl-Əli bölgəsində yüngül sənaye müəssisələri (toxuculuq və tikiş) üstünlük təşkil edir. Cəbəl-Əli liamının müasir səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının ucuzluğu, fəhlə qüvvəsinin bolluğu «Azad iqtisadi zonanın» əsas üstünlüyüdür. Cəbəl-Əli «Azad İqtisadi zonasının» (AİZ) ixtisaslaşmasında ticarət-kommersiya əməliyyatları (74 faiz), sənaye (22 faiz) vəxidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa müddətdəəldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu gös-təriciyə görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə