Fənn: İnformasiya kommunikasiya texnologiyaları Mövzu: İnformasiyanın kodlaşdırılması və ölçü vahidləri


Qrafik informasiyanın kodlaşdırılması



Yüklə 72,87 Kb.
səhifə2/3
tarix30.12.2023
ölçüsü72,87 Kb.
#164357
1   2   3
İKT pdf Leyli

Qrafik informasiyanın kodlaşdırılması
Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.
Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256 rəngi (28) kodlaşdırmaq mümkündür. Rəqəmsal videoda rəng dərinliyi üçün 15 bit yetərli olur.
Monitorda istənilən rəng üç əsas rəngin qarışığından alınır: qırmızı (Red), yaşıl (Green) və göy (Blue). Belə kodlaşdırma sistemi RGB adlanır («er-ci-bi» kimi oxunur). Bu rəngləri müəyyən nisbətdə qarışdırmaqla insan gözünün qəbul edə biləcəyi istənilən başqa rəngi almaq olar; heç bir rəngin olmaması qara rəngi, hər üç rəngin 100% olması isə ağ rəngi verir.
Əgər bu üç əsas rəngin hər birinin parlağlığını kodlaşdırmaq üçün 8 bitdən (256 qiymətdən) istifadə olunsa, onda görüntünün hər bir nöqtəsini kodlaşdırmaq üçün 24 bit lazımdır. Belə kodlaşdırma sistemi birqiymətli olaraq 16,8 milyon rəngi müəyyənləşdirməyə imkan verir. 
Rəngli görüntülərin 24 bitlik ikilik ədədlər vasitəsilə belə kodlaşdırılması tam rәngli (True Color) kodlaşdırma adlanır. Çap işlərində üç əsas rəngdən deyil, tamamlayıcı rәnglәrdәn istifadə edilməsi daha əlverişli olur.
Tamamlayıcı rənglər bunlardır: abı (Cyan), sırğaçiçәyi (Magenta) və sarı (Yellow). Boyaq maddələri mükəmməl olmadığından bu rənglərin qarışığından ideal qara rəng alınmır. Ona görə də çapda qara (Black) rəng ayrıca istifadə olunur.
Belə kodlaşdırma sistemi CMYK adlanır («smik» kimi oxunur); qara rəng K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın.
Heç bir kod zəncirinə aid olmayan, lakin informasiya zəncirinə aid olan xəbər paraxəbər adlanır. Orijinallar zəncirindəki paraxəbərə paraorijinal deyilir. Obrazlar zəncirindəki paraxəbər paraobrazdır.
Parainformasiya həm də xəbərlərdən biri paraxəbər olan assosiasiyadakı informasiyadır. Parainformasiyalaşdırma odur ki, onda parainformasiya iştirak edir. Parainformasiyalaşdırma ayrıca mövcud olmur. O, informasiyalaşdırmaya paralel prosesdir.
Parainformasiyalaşdırma transinformasiyalaşdırmada da müəyyən rol oynaya bilir. Paratransinformasiyalaşdırma odur ki, orijinallardakı paraniformasiya ilə obrazlardakı parainformasiya eynidir.
Paratransinformasiya paratransinformasiyalaşdırma nəticəsində obraz və paraobraz assosiasiyasında olan informasiyadır. Məsələn, elektrik stansiyasından xəttə gərginlik verilən kimi həm stansiyadakı, həm də transformator yarımstansiyasındakı kontrol lampaların eyni zamanda işıqlanması paratransinformasiyadır ki, əsas ötürməni (gərginliyi) müşayiət edir. Söhbət zamanı mimika elementlərinin iştirakı da paratransinformasiyalaşdırmaya misaldır.
Əgər obrazlardakı parainformasiya orijinallardakı parainformasiyadan fərqlənirsə, onda bu, paradezinformasiyalaşdırma hesab olunur. Bu prosesdə iştirak edən informasiya paradezinformasiya adlanır. Bunun da simulyativ, dissimulyativ və konfuzion növləri vardır. Müxtəlif idarəetmə konturları arasında baş verən informasiyalaşdırma metainformasiyalaşdırma adlanır. İdarəetmə üçün ayrı-ayrı konturlararası əlaqələrdə daşınan informasiyadan istifadə edən konturlar çoxluğuna metaidarəetmə konturu deyilir. Konturlararası eninə xəbər metaxəbərdir. Bir konturun obrazlar çoxluğundan alınıb başqa konturda orijinallar çoxluğu kimi istifadə edilən metaxəbər metaorijinal adlanır. Bir konturdakı metaorijinalla başqa konturdakı metaorijinal uzununa assosiasiya yaradırsa, bunun nəticəsi metaobrazdır. Metaorijinalın metaobraza çevrilməsi metakod adlanır.
Həm metakodun, həm də metainformasiyanın trivial və qeyri-trivial növləri vardır. Metainformasiyalaşdırmanın da simulyativ, dissimulyativ və konfuzion növləri mövcuddur.
İdarəetmə baxımından, həmçinin, yararlı informasiya, artıq informasiya, parazit informasiya, təsviredici informasiya, ilkin informasiya, ilkin xəbər, identifikasiyaedici informasiya kimi informasiya növləri də çox vacibdir.
İdarəetmə prosesi üçün verilmiş olan verilmiş informasiya zəncirindəki mümkün minimal informasiya yararlı informasiya hesab edilir. Verilmiş informasiya zəncirinin digər informasiyalarından alınmış informasiya artıq informasiya sayılır. Verilmiş idarəetmə prosesindən kənarda yaranan informasiya parazit informasiyadır
Artıq informasiyaya: təkrar informasiya, əks-informasiya, təsadüfi informasiya, verilmiş idarəetmə prosesi üçün lazım olan əməli informasiya ilə yanaşı meydana çıxan tamamlayıcı əməli informasiya, həmçinin, simulyativ psevdoinformasiya aiddir. Parazit informasiyaya: simulyativ dezinformasiya və simulyativ paradezinformasiya aiddir. Yararlı informasiya: təsviredici və identifikasiyaedici olmaqla iki növə bölünür.
Təsviredici informasiya informasiya zəncirindəki müəyyən xəbəri təsvir etmək üçün lazım olan minimal mümkün informasiyadır.
İlkin informasiya – informasiya zəncirindəki ilk xəbəri təyin etmək üçün lazım olan təsviredici informasiyadır.
İlkin xəbər o xəbərdir ki, onu dəyişdirib informasiya zəncirinin birinci xəbəri etmək lazımdır. İlkin xəbəri almaq üçün verilmiş idarəetmə konturuna nəzərən kənar dəyişdirici təsir olmalıdır. Məsələn, yüksəkliyi təyin etmək üçün dəniz səviyyəsi kənar dəyişdirici təsir kimi seçilir. Yəni, kənar dəyişdirici təsir ilkin xəbərə nəzərən ilkin informasiyadır. İdentifikasiyaedici informasiya dedikdə, informasiya zəncirindəki hər bir ayrıca xəbəri təsvir etmək üçün lazım olan mümkün minimal informasiya nəzərdə tutulur. Bir xəbəri digərindən ayırmaq üçün müəyyən meyardan istifadə etmək lazım gəlir. Meyar kimi zaman, məkan, qayda və s. götürülə bilər. Zaman meyarı xəbərin başvermə anını təyin edir. Məkan meyarı xəbərin baş verdiyi yeri təyin edir. Qayda meyarı isə xəbərin nömrəsini təyin edir.
İnformasiya anlayışı və onun süni və təbii sistemlərdə oynadığı rol birdən-birə dərk edilməmişdir. Bu, fizika, biologiya, fəlsəfə, rabitə nəzəriyyəsi və s. kimi elm sahələrində əldə edilmiş biliklərin nəticəsi olaraq formalaşmışdır. 1877-ci ildə L. Bolsman termodinamik entropiyanı “çatışmayan informasiya” kimi xarakterizə edərkən, onu heç kim başa düşmədi. 1948-ci ildə K.Şennon informasiya nəzəriyyəsini yaradarkən, onun entropiya üçün verdiyi H  nlog p düstur ilə Bolsmanın Ht  k log düsturunun oxşarlığı qızğın mübahisələrə səbəb oldu. L.Brillyuen “neqentropiya prinsipi” ilə bütün mübahisələrə son qoydu. Həmin problemə fəlsəfi idrak nəzəriyyəsi tamamilə başqa tərəfdən gəlib çıxdı. Fəlsəfə informasiyanı materiyanın təməl xassəsi elan etdi. Fizika üçün enerji anlayışı nədirsə, kibernetika və bütövlükdə sistemologiya üçün də informasiya anlayışı eynidir. Təsadüfi deyildir ki, A.N.Kolmoqorov: “kibernetika — informasiyanı qəbul edə, saxlaya, işləyə və idarəetmə və tənzimləmə üçün istifadə edə bilən ixtiyari təbiətli sistemləri öyrənən elmdir”- deyir. Kibernetika informasiyanın kəmiyyətcə ölçülməsinin mümkünlüyünə söykənir. Bəs informasiya nədir? Məlum mənbələrə görə, informasiya (informacio) latın sözüdür, izah etmək mənasına gəlir. Lakin bizim fikrimizcə, informasiya — in (mövcud olan) +for/fər (kişi) + ma (qadın) + si/su (məkan) + ya (için açılması), yəni “mövcud olan kişi və qadının məkanda öz içini açması, izah etməsi, xəbərləşməsi, söhbət etməsi” mənasına gələn çox qədim bir cümlədir. İzah etmək, ilk növbədə, insana məxsus keyfiyyət kimi qavranıldığından, informasiya prosesləri uzun illər boyu yalnız insan psixikası ilə əlaqədar proses kimi dərk edilmişdir. Bu, bir də onunla bağlıdır ki, “informasiya” sözü “İnformasiya nəzəriyyəsi” meydana gəlməzdən çox-çox əvvəl işlədilmiş və mənası məlum sayılan söz olmuşdur. Həm də heç kim fikir verməmişdir ki, bu sözü harada işlətmək olar, harada olmaz. Elə ki, kibernetika meydana çıxdı, insanla-insan, insanla-heyvan, insanla-maşın, heyvanla-heyvan, maşınla-maşın... arasında qeyri-maddi əlaqəni müəyyənləşdirmək lazım gəldi, o zaman “informasiya” anlayışı olduqca mürəkkəbləşdi və onu ümumi şəkildə müəyyən etmək mümkün olmadı. Nəticədə, bu işlə məşğul olanların hərəsi informasiyaya bir tərif verməyə başladı. Beləliklə, informasiyanın çoxsaylı tərifləri yarandı. Lakin vahid tərifin olmaması “informasiyanın miqdarı”nı ölçməyə, onu yadda saxlamağa, ötürməyə, emal etməyə qətiyyən mane olmur. N.Viner “Kibernetika” əsərində yazır ki, “...ödün zəhər hazırladığı kimi, əzələnin enerji hasil etdiyi kimi, beyin mexaniki yolla fikir hasil etmir. İnformasiya elə informasiyadır, o nə materiyadır, nə də enerji”. Lakin sonra N.Viner “Kibernetika və cəmiyyət” adlı kitabında göstərir ki, “informasiya xarici aləmə öyrəşmə və öz təsəvvürümüzü ona uyğunlaşdırma prosesində həmin mühitdən əxz etdiyimiz məzmunun ifadəsidir”. Kufinyala görə, “psixik iz buraxan istənilən fiziki təsir kibernetikada informasiya adlanır”. K.Şennon yazır:”rabitənin əsas vəzifəsi ondan ibarətdir ki, bir yerdə hasil edilən və göndərilən xəbəri başqa yerdə dəqiq və ya təxmini yenidən təkrar etmək mümkün olsun. Çox hallarda xəbərlər müəyyən fiziki və ya düşünülmüş məna kəsb edir. Lakin rabitənin bu cür semantik cəhətlərinin məsələnin texniki tərəfi ilə heç bir əlaqəsi yoxdur”. Göründüyü kimi, K.Şennonun meyli informasiyanı məzmundan sərfnəzər etməkdir.

Yüklə 72,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə