FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə128/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   122   123   124   125   126   127   128   129   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
134


4. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını 
həyata keçirən şəxslər hər il avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq 
icra hakimiyyəti orqanından təqvim ayının sonunadək 
öz istəklərinə 
uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il 
üçün ciddi hesabat 
blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” vergi 
ödəyicisinin 
nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə
əsasən iki iş günündən gec olmayaraq verilir.
“Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin həmin fəaliyyət 
üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş 
sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı 
vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın 
göstərilməlidir. 
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını 
həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini tam 
məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” 
verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını 
həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda 
fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və 
növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. 
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə 
həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya 
istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və 
verginin ödənildiyini təsdiq edən “Fərqlənmə nişanı”nın yenidən 
rəsmiləşdirilməsi tələb olunmur.
“Fərqlənmə nişanı”nın və “Xüsusi fərqlənmə nişanı”nın formaları 
nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir və aşağıdakı məlumatları özündə əks 
etdirir: 
- vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, 
soyadı; 
- vergi ödəyicisinin VÖEN-i; 
- nişanın qüvvədə olma müddəti; 
- avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; 
- avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya 
yükgötürmə qabiliyyəti; 
- daşımanın həyata keçirildiyi ərazi; 
- ödənilmiş verginin məbləği. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə