FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə126/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   122   123   124   125   126   127   128   129   130
[kitabyurdu.org]-KY0000338

Daşınma növü 
Sadələşdirilmiş verginin 
tətbiq edildiyi ölçü vahidi 
Sadələşdirilmiş 
verginin aylıq 
məbləği (manatla) 
Sərnişin daşınması 
(taksi istisna olmaqla), 
1 oturacaq yeri üçün 
1,8 
KitabYurdu.az 
132


oturacaq yerlərinin 
sayına görə: 
Taksi ilə sərnişin 
daşınması 
1 ədəd nəqliyyat vasitəsi 
üçün 
9,0 
Yük daşınması 
Yükgötürmə qabiliyyəti 
üçün (hər tona) 
1,0 
Bu cədvəl 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minir. (22) 
Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi 
ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün 
sadələşdirilmiş vergi sadələşdirilmiş verginin məbləğinə aşağıdakı 
əmsallar tətbiq etməklə müəyyən edilir: 
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri 
ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0; 
- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon 
və şəhərlərlə digər yaşayış məntəqələri arasında – 1,5; 
- Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər 
yaşayış məntəqələri arasında – 1,0. 
Avtomobil nəqliyyatı vasitələrində və (taksi istisna olmaqla) 
oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil 
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən 
edilir. 
Avtomobil nəqliyyatı vasitələrindəki və (taksi istisna olmaqla) 
oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil 
nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə 
həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi 
orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq 
yerlərinin 
sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat 
şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş 
arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş 
verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir. 
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 
sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 10 
manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq 
edilməklə hesablanır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə