FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə125/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   122   123   124   125   126   127   128   129   130
[kitabyurdu.org]-KY0000338

1000000 manatdan
artıq olanlar. 
4. Sadələşdirilmiş vergitutma obyekti və dərəcələri
Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 
mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi 
hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir. 
Vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan 
avtonəqliyyat vasitələri vergitutma obyektidir. 
Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, 
mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi 
(dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət 
zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, 
KitabYurdu.az 
131


başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi 
yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) 
vergitutma obyektidir. 
Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət 
vergisinin və əmlak vergisinin, hüquqi şəxslər yaratmadan sahibkarlıq 
fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir 
vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər. 
Sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) 
bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin 
görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin 
məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən 
aşağıdakı dərəcə ilə hesablanır: 
Bakı şəhərində 
4 faiz 
 
Digər şəhər və rayonlarda, 
 
Naxçıvan Muxtar Respublikasında 
 
 
2 faiz 
Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər 
şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 
fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş 
vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal 
sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət 
göstərmiş olsunlar. 
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan 
Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində 
fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini Bakı 
şəhəri üzrə müəyyən olunmuş vergi dərəcəsi ilə ödəyirlər. 
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot 
ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda, ən yüksək vergi 
dərəcəsi tətbiq edilir. 
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını 
həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı 
kimi müəyyən edilir: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə