FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


 Sadələşdirilmiş verginin mahiyyəti, ödəyiciləri



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə124/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   120   121   122   123   124   125   126   127   ...   130
[kitabyurdu.org]-KY0000338

3. Sadələşdirilmiş verginin mahiyyəti, ödəyiciləri 
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq 
dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manat və ondan 
az olan hüquqi şəxslər, həmçinin 90000 manat və ondan az olan hüquqi 
şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. 
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi 
ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq 
bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı 
məlumatı uçotda olduqları vergi orqanına təqdim edirlər. Vergi 
ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək 
KitabYurdu.az 
130


hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və 
ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin 
əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə 
başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi 
metodu tətbiq edir. 
Aşağıda 
göstərilən 
şəxslər 
sadələşdirilmiş 
verginin 
ödəyiciləridirlər: 
- mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə 
(beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan 
Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən 
taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər 
vasitəsilə həyata keçirən şəxslər; 
- mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində 
və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq 
sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi 
(şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü 
ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb 
etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin 
mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). 
Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergitutma sistemini 
tətbiq etmək hüququ yoxdur: 
- aksizli mallar istehsal edən şəxslər; 
- kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli 
kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar; 
- qeyri-dövlət pensiya fondları; 
- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər; 
- mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə