FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə32/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   28   29   30   31   32   33   34   35   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
35


kənarlaşmalar həm vergi ödəyicisinin, həm də dövlət xəzinəsinin 
maraqlarına zidd olur. 
Vergi ödəyicisinin maraq və imkanlarının maksimum uçotu 
prinsipi.
Bu prinsipə əsasən verginin məbləği, onun ödənilmə müddəti 
vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır və o, vergi 
qanunvericiliyindəki bütün dəyişikliklər barədə qabaqcadan xəbərdar 
edilməlidir. Bu prinsip həmçinin vergilərin hesablanmasının və 
ödənilməsinin sadəliyini və vergi qanunvericiliyinin təklif etdiyi 
üsullardan hər hansı birini seçmək imkanı verir. 
Səmərəlilik prinsipi.
Bu prinsipə əsasən yığılmış verginin məbləği 
onun yığılmasına çəkilən xərclərin cəmindən çox olmalıdır. Müəyyən 
növ vergilərin, məsələn, fiziki şəxslərin əmlak vergisinin yığılması 
zamanı bu prinsipə əməl olunmur, çünki bəzən yığılan verginin məbləği 
vergitutma obyektlərinin müəyyənləşdirilməsi, vətəndaşların xəbərdar 
edilməsi, vergilərin yığılması və onlara nəzarətlə bağlı xərcləri ancaq 
ödəyir. 
5. Vergitutmanın funksiyaları 
Bazar iqtisadiyyatlı bütün ölkələrdə vergilərdən büdcə 
münasibətlərinə və mal, iş və xidmət istehsalçılarına birbaşa təsir 
vasitəsi kimi istifadə olunur. Vergilər vasitəsi ilə ictimai tələbatla onun 
ödənilməsi üçün zəruri olan ehtiyatlar arasında nisbi tarazlığa nail 
olunur, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi təmin edilir. 
Vergilər vasitəsi ilə dövlət iqtisadi, sosial və digər ictimai problemləri 
həll edir. 
Bu nöqteyi nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə 
yetirir: 
-
fiskal funksiya
-
bölüşdürücü funksiya; 
-
tənzimləyici funksiya; 
-
inteqrasiyaedici funksiya; 
-
nəzarətedici funksiya. 
Bu funksiyaları sxematik olaraq şəkildə olduğu kimi göstərmək 
olar: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə