FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə103/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   99   100   101   102   103   104   105   106   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
108


qalması zamanı vergi tutulan əməliyyatın dəyəri həmin malların (işlərin, 
xidmətlərin) ƏDV nəzərə alınmadan formalaşan dəyərindən ibarətdir. 
Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının 
gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük 
dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli 
olan rüsumlardan və vergilərdən (ƏDV nəzərə alınmadan) ibarətdir. 
 
5. ƏDV – dən azad olmalar 
Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər 
görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə 
idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 
- özəlləşdirmə qaydasında dövlət müəssisəsindən satın alınan 
əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan 
icarə haqqının büdcəyə ödənilməli olan hissəsi; 
- maliyyə xidmətlərinin göstərilməsi; 
Maliyyə xidmətlərinə aşağıdakılar aid edilir: 
a) kreditlərin, maliyyə lizinqi əməliyyatlarının kredit təminatlarının 
və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının 
təqdim edilməsi və qaytarılması, o cümlədən kredit və ya təminatı 
təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi
b) müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, 
tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı 
əməliyyatlar; 
c) qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və 
əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı 
əməliyyatlar; 
ç) səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin
çekləri və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. 
İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya 
digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin 
edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; 
d) törəmə maliyyə vasitələri ilə əqdlərə, vorvard müqavilələrinə, 
opsionlara və analoji sazişlərə aid əməliyyatlar; 
e) investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər
ə) sığorta və təkrar sığorta əməliyyatları. 
- milli və ya xarici valyutanın (numizmatika məqsədlərindən 
başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə