FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə111/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   107   108   109   110   111   112   113   114   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
116


Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına 
aksiz dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
3. Aksiz vergisindən azadolmalar və verginin hesablanıb 
büdcəyə ödənilməsi. 
 
Aşağıdakılar aksizdən azad edilir: 
- fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok 
siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə 
gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə 
tutulmuş bakındakı yanacaq; 
- Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar; 
- təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, 
malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı; 
- təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən 
mallar. 
Aksizli malları (xammal və materialları) alan və bu malları vergi 
tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və 
materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya 
geri almaq hüququna malikdir. Aksizin məbləği yalnız xammal və 
materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən 
hesab-faktura, xammal və materiallar idxal edildikdə isə - müvafiq 
sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri 
qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində 
tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır. 
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal 
edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər 
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir. 
Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc 
yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar 
üzrə aksizlər, həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi 
ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal 
binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. 
Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən 
gömrük rüsumlarının tutulduğu qaydada tutulur. 
Aksizlər dövlət büdcəsinə ödənilir. 
Aksizli mallar istehsal edən vergi ödəyicisi Vergilər Nazirliyinin 
müəyyən etdiyi qaydada verginin ödənilməsi üçün nəzərdə tutulmuş 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə