FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə112/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   108   109   110   111   112   113   114   115   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
117


müddətlərdə, hesabat dövrü ərzində vergi tutulan əməliyyatlarını 
göstərməklə bəyannamə verməlidir. 
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs 
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin 
fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi Vergi Məcəlləsində 
nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində 
vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü 
sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı 
günə qədər olan dövrü əhatə edir. 
Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan və girovla təminat 
verilməyən mallar üçün aksiz, malların idxalı vaxtı ödənilir və sonradan 
təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük 
orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır. 
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markaları 
vurulmalıdır. Aksiz markalarının tətbiqi qaydaları Nazirlər Kabineti 
tərəfindən müəyyən edilir. Belə aksizli malları markasız idxal etmək
saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq 
qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb 
olur. 
Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən 
vergi ödəyiciləri tərəfindən Vergi Məcəlləsindən müəyyən edilmiş 
tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin 
müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar 
istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və 
digər 
tədbirləri 
görməklə 
aksizli malların uçota alınmadan, 
markalanmadan və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri 
ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının 
qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir. 
Markalanmalı olan aksizli mallara yuxarıda nəzərdə tutulmuş 
nəzarətin həyata keçirilməsi qaydaları Nazirlər Kabineti tərəfindən 
müəyyən edilir. 
Aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara 
uyğun olaraq malı qəbul edənə vergi hesab-fakturası yazmalı və 
verməlidir. 
Mallar pərakəndə qaydada göndərildiyi hallarda vergi hesab-
fakturası əvəzinə qəbz və ya çek verilə bilər.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə