FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


Mövzu 9. Aksiz vergisi. Əmlak vergisi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə108/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   104   105   106   107   108   109   110   111   ...   130
[kitabyurdu.org]-KY0000338

Mövzu 9. Aksiz vergisi. Əmlak vergisi. 
 
Plan 
 
1. Aksiz vergisinin mahiyyəti və verginin ödəyiciləri 
2. Aksiz vergisində vergitutma obyektləri və dərəcələri 
3. Aksiz vergisindən azadolmalar və verginin hesablanıb büdcəyə 
ödənilməsi. 
4. Fiziki şəxslərin əmlak vergisi 
5. Hüquqi şəxslərin əmlak vergisi 
KitabYurdu.az 
113


1. Aksiz vergisinin mahiyyəti və verginin ödəyiciləri 
Aksizin bir vergi növü kimi formalaşması tarixi çox qədimdir. 
Buna görə də onun yaranma tarixi barədə dəqiq fikir söyləmək çətindir. 
Belə bir faktı qeyd etmək olar ki, b.e.ə. 162-133-cü illərdə qədim 
Romada ölkəyə qeyri-istehlak məqsədləri üçün gətirilən mallardan 
xəzinəyə məcburi ödənişlər toplanırdı. B.e.ə. II minilliyin əvvəllərində 
Qədim Misirdə pivədən vergi tutulurdu. Düzdür, bu ödənişlərin 
toplanması üsulu heç də müasir dövrdə tətbiq edilən aksiz üzrə 
vergitutma mexanizminə uyğun gəlmir. Sadəcə olaraq bu ödənişləri 
aksizin ilk yaranma rüşeymlərinə aid etmək olar. 
Aksizin məqsədli şəkildə geniş tətbiqinə Fransada başlanılıb. 
Valualar sülaləsinin ilk kralı olan VI Filipp 1345-ci ildə duz, çaxır və 
arağa vergi tətbiq edilmişdir. Qeyd etmək lazımdır ki, fransız dilindən 
götürülmüş aksiz sözünün mənası “kəsmək” deməkdir. Hal-hazırda 
dünyanın demək olar ki, əksər ölkələrində aksiz vergisi tətbiq olunur. 
Aksiz – aksizli malların satış qiymətinə daxil edilən, aksizli malları 
istehsal edən vergi ödəyicilərindən tutulan vergidir. Bütün dolayı 
vergilər kimi aksizlər də əmtəənin qiymətini formalaşdırır və faktiki 
olaraq onun ödənilməsi alıcının üzərinə keçirilir. Formal olaraq bu 
verginin ödəyiciləri aksizli məhsul istehsal edən müəssisələrdir. Lakin 
aksizin məbləği əmtəənin qiymətinə daxil edildiyindən faktiki olaraq 
onun ödəyiciləri aksizli məhsulun istehlakçılarıdır. 
İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli 
məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət 
büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların 
istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. 
Aksizləri digər vergilərdən fərqləndirən əsas xüsusiyyət onların 
məhdud sayda məhsullara, yəni qanunvericilikdə ciddi surətdə “aksizli” 
adlanan mallara tətbiq edilməsidir. 
Azərbaycan Respublikasında 01 yanvar 1992-ci il tarixdən tətbiq 
edilən aksiz vergisi əlavə dəyər vergisi ilə birlikdə dövriyyədən vergini 
əvəz etmişdir. Hal-hazırda Azərbaycan Respublikasının dövlət 
büdcəsinin vergi gəlirlərinin tərkibində aksizlər kifayət qədər yüksək 
xüsusi çəkiyə malikdirlər. 
Azərbaycan Respublikasında tətbiq olunduğu müddət ərzində 
aksizli malların siyahısı dəfələrlə dəyişmişdir. Ancaq hər dəfə bu tərkibə 
alkoqollu içkilər və tütün məhsulları daxil edilmişdir. Bu məhsullar həm 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə