FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə107/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   103   104   105   106   107   108   109   110   ...   130
[kitabyurdu.org]-KY0000338

7. ƏDV üzrə hesabat dövrü 
ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. Vergi ödəyicisi hər 
hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec 
olmayaraq vergi orqanına ƏDV bəyannaməsini verməyə və vergini 
büdcəyə ödəməyə borcludur. ƏDV dövlət büdcəsinə ödənilir. 
KitabYurdu.az 
112


Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır 
dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə 
əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi 
onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 45 gün 
ərzində qaytarılır. 
Hesabat dövründə ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan 
əməliyyatları vergi tutulan dövriyyəsinin 50 faizindən az olan vergi 
ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövründə 
hesablanmış vergi məbləğindən artıq olan hissəsi 3 aya keçirilir və bu 
ayların ödəmələrinə aid edilir. Artıq ödəmənin hər hansı qalığı isə bu 3 
ay bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində 
büdcədən qaytarılır. 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və 
ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və ya 
işlərin və xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi 
orqanına vergi hesab-fakturaları verərkən, həmin mallara, işlərə və ya 
xidmətlərə görə ödənilmiş ƏDV-nin vergi orqanına ərizə verildiyi 
vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir. 
ƏDV-nin düzgün hesablanması, vaxtında büdcəyə ödənilməsi və 
bəyannamələrin vergi orqanına müəyyən edilmiş müddətlərdə verilməsi 
üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan 
Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq məsuliyyət 
daşıyırlar. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə