FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


 ƏDV – yə tutulan əməliyyatın vaxtı



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə105/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   101   102   103   104   105   106   107   108   ...   130
[kitabyurdu.org]-KY0000338

6. ƏDV – yə tutulan əməliyyatın vaxtı 
 
Vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ƏDV-nin 
hesab-fakturasının verildiyi vaxt sayılır. Malların göndərildiyi və ya 
təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi və 
malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, daşınmanın 
başlandığı vaxtdan 5 gün ərzində ƏDV hesab-fakturası verilmirsə, vergi 
tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 
KitabYurdu.az 
110


- malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və 
ya xidmətlərin göstərildiyi vaxtda; 
- malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, 
daşınmanın başlandığı vaxtda. 
Ödəmə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin 
görüldüyü və ya xidmətlərin göstərildiyi və malların göndərilməsi 
onların daşınmasını nəzərdə tutursa, daşınmanın başlandığı vaxta qədər 
həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin hesab-
fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə 
aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə 
aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata 
keçirilmiş sayılır. 
Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin 
göstərilməsi vaxtı bu əməliyyatların hər hansı hissəsi üçün hər dəfə 
ƏDV-nin hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata 
keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. 
Malların idxalı zamanı vergi tutulan əməliyyatın aparılması vaxtı 
onlardan istifadə edilməsinə, yaxud onların istehlakına başlandığı vaxt 
sayılır. 
Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə 
edirsə və müvafiq əvəzləşmə hüququ alırsa və ya almaq hüququna 
malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə 
edilməsinə başlanıldığı vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt 
sayılır. 
Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz 
işçilərinə və digər şəxslərə mal verdiyi, iş gördüyü və xidmət göstərdiyi 
vaxt vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır. 
Vergi ödəyicisinin qeydiyyatı ləğv edildikdə, ləğvetmə vaxtı onun 
sahibliyində malların qalması zamanı – ləğvetmənin qüvvəyə 
minməsindən əvvəlki gün vergi tutulan əməliyyatın aparıldığı vaxt 
sayılır. 
Gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları 
tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan 
mallar gömrük rüsumlarından azad edilərsə, malların idxal edilməsi 
vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır. 
Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. 
Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql 
edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına 
və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə