FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə113/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   109   110   111   112   113   114   115   116   ...   130
[kitabyurdu.org]-KY0000338

4. Fiziki şəxslərin əmlak vergisi 
KitabYurdu.az 
118


Mülkiyyətində vergitutma obyektləri olan fiziki şəxslər əmlak 
vergisinin ödəyiciləridirlər. Rezident və qeyri-rezident fiziki şəxslərin 
xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində 
yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina 
adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən 
asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı 
vasitələri vergitutma obyektləri sayılır. 
Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə 
ödəyirlər: 
- onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış 
dəyərindən: 
bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan 
çox olan məbləğdən isə -0,1 faizlə. 
-
su və hava nəqliyyatı vasitələrinə görə: 
su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri 
üçün 0,02 manat. 
- mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün – onların 
bazar qiymətinin 1 faizi. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində fiziki şəxslərin 
əmlak vergisi üzrə bir sıra güzəştlər və azadolmalar nəzərdə 
tutulmuşdur. 
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, 
təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi 
alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət 
əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii 
tikmə, ağac materiallarından məişət əşyalarının hazırlanması sahəsində 
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 
şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu 
emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir. 
Binalar üzrə əmlak vergisi binaların inventar dəyərinə əsasən 
hesablanılır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə 
əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən 
hesablanır. 
Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər 
sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır. 
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını 
həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il 
yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı 
hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə