FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə109/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   105   106   107   108   109   110   111   112   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
114


istehlak (istehlak üçün zəruri olmaması), həm də fiskal (istehlak xərcləri 
nisbətən az, aksiz dərəcəsi isə yüksək olduğundan büdcə gəlirlərinin əsas 
mənbələrindən biri olması) nöqteyi-nəzərindən xüsusi xarakter daşıyır 
demək olar ki, dünyanın bütün ölkələrində aksiz vergisinə cəlb 
olunurlar. Aksiz vergisinin tarixi də məhz bu iki məhsul növünün 
istehsal olunduğu vaxtdan başlanır.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal 
olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla 
aksiz tutulur. 
Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya 
idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə 
Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya 
podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə 
vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının 
rezidentləri aksizin ödəyiciləridirlər. 
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası 
ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı 
(podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz 
məbləğlərini sifarişçidən almalıdır.
2. Aksiz vergisində vergitutma obyektləri və dərəcələri 
 
Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir: 
- Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli 
malların istehsal binasının hüdudlarından kənara buraxılması; 
- idxal malları üçün – Azərbaycan Respublikasının Gömrük 
Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin 
nəzarətindən çıxması. 
İstehsal binalarına istehsalın olunduğu ərazidə yerləşən anbarlar
köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. 
Azəbaycan Respublikasında aşağıda göstərilən mallar aksizli 
mallara aid edilirlər: 
- içməli spirt, pivə və spirtli içkilərin bütün növləri; 
- tütün məmulatları; 
- neft məhsulları; 
- minik avtomobilləri; 
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə 
tutulan digər üzən vasitələr. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə