FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə110/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   106   107   108   109   110   111   112   113   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
115


Azərbaycan Respublikasında aksiz dərəcələrinin iki növündən 
istifadə edilir: spesifik və advalor. 
Spesifik dərəcələr malın hər vahidinə pulla ifadə edilmiş konkret 
vergi məbləği tətbiq olunarkən istifadə olunur. Məsələn, bir litr içməli 
spirtə 0,8 AZN. 
Advalor dərəcələr isə vergitutma obyektinin dəyərinin müəyyən 
faizinin tutulmasını nəzərdə tutur. Məsəln, bir litr içməli spirtin 
dəyərinin 90 faizi. 
Azərbaycan Respublikası ərazisində istehsal olunan içməli spirt, 
pivə və spirtli içkilərin bütün növlərinə spesifik dərəcələr, neft 
məhsullarına və tütün məmulatlarına isə advalor dərəcələr tətbiq olunur. 
Azərbaycan Respublikasına idxal edilən mallar üçün vergi tutulan 
əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə 
uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı 
olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla). 
Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün 
malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi 
tutulan əməliyyatın vaxtıdır. 
Malların idxalı üçün – Azərbaycan Respublikasının Gömrük 
Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin 
nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır. 
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur. 
Azərbaycan Respublikasına idxal edilən aksizli mallara aksizlərin 
dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 
Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, 
spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq 
edilir: 
- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan 
denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan 
denaturlaşdırılmamış etil spirti)- hər litrinə 0,8 manat; 
- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki 
materialları, likyor və likyor məmulatları – hər litrinə 0,5 manat; 
- konyak və konyak materialları – hər litrinə 0,2 manat; 
- şampan şərabı – hər litrinə 0,2 manat; 
- şərablar və şərab materialları – hər litrinə 0,1 manat; 
- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər 
içkilər – hər litrinə 0,08 manat; 
- bütün növ tütün məmulatları – 12,5 faiz. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə