FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə106/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   102   103   104   105   106   107   108   109   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
111


tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu 
və ya quraşdırıldığı yer sayılır. 
Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə 
ödənilməli olan ƏDV-nin məbləği vergitutulan dövriyyədən hesablanan 
verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı 
fərqlə müəyyən edilir. 
Əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi 
hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təklif edənin 
bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) 
aparılmış ödəmələrdə verginin məbləği sayılır.
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan 
əməliyyat aparan şəxs malları, işləri və xidmətləri qəbul edən şəxsə 
vergi hesab-fakturası verməyə borcludur. Vergi hesab-fakturasında vergi 
ödəyicisinin və alıcının adları, eyniləşdirmə nömrələri, mal, iş və 
xidmətin adı, vergi tutulan əməliyyatın məbləği və həcmi, aksizli 
mallarda aksizin məbləği, ödənilməli olan verginin məbləği, hesab-
fakturanın verilmə tarixi, sıra nömrəsi, qeydiyyat bildirişi vermiş vergi 
orqanının adı, bildirişin verilmə tarixi və sıra sayı, hesab-fakturada imza 
etmiş məsul şəxsin vəzifəsi, soyadı və atasının adı göstərilməlidir. 
Vergi ödəyicisi malın alıcısına ( işlərin və xidmətlərin 
sifarişçisinə) vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, 
xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə 
borcludur. 
ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal 
göndərildikdə və ya xidmət göstərildikdə, vergi hesab-fakturası əvəzinə 
qəbz və ya çek verilə bilər. Lakin bu sənədlər vergini əvəzləşdirməyə 
əsas vermirlər. 
Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyi 
göstərən idxal sənədləri ödəniş formasından asılı olmayaraq verginin 
əvəzləşdirilməsinə əsas verir. Vergi tutulan idxalda ƏDV gömrük 
orqanları tərəfindən hesablanır və alınır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə