FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə115/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   111   112   113   114   115   116   117   118   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
120


Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) 
hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. 
Müəssisə hesabat ili ərzində yaradıldıqda, onun əmlakının 
(avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı tarixə və ilin 
sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı 
aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur. 
Müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının 
(avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi 
tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən 
müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur. 
Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır. 
Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün 
ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 
məbləğinin 25 faizi həcmində vergi ödəyir. 
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti 
ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi 
ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər 
rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə 
hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında 
cari vergi ödəmələrini həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi 
ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə 
aid edilir. 
Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin 
məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə 
alınmaqla müəyyən edilir. 
Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən 
sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir. 
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında 
qərarının 
qəbul 
edilməsi 
tarixindən, 
qeyri-rezidentin 
daimi 
nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan 
Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan 
Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq 
idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi 
orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat 
dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini 
dayandırdığı günə qədər olan dövrü əhatə edir. 
İllik bəyannamələr üzrə vergilər həmin bəyannamələrin verilməsi 
üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Müəssisənin hesabladığı 
əmlak vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə