Daşqın
- çayların adi səviyyədən artıq daşması nəticəsində
ərazinin müvəqqəti
olaraq su altında qalmasına deyilir. Çaylar adətən yazda - qarın əriməsi, payızda -
leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan
dövrdə məcra buz
qırıntıları ilə tutularkən (buz tıxacları yaranarkən) və külək dənizdən əsərkən daşır.
Bunlardan başqa zəlzələ, dağ uçqunları və sel nəticəsində çay yataqlarında
təbii
sədlər yaranarkən ətrafı su basa bilər.Buna misal olaraq 2010-cu il Kür daşqınını
göstərmək olar.
Daşqınlar vaxtı adamlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və
kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər tələf
olur, çünki çayların suyu bir neçə dəfə qalxaraq ətrafda
on kilometrlərlə ərazini
basır.
Obyektlərdən yuxarıda yerləşən hidrotexniki qurğuların: su bəndlərinin, sədlərinin
və s. dağılması və ya suvarma rayonlarında irriqasiya sistemi qurğularının sıradan
çıxması nəticəsində də obyektləri, yaşayış məntəqələrini su basa bilər. Ən qorxulu
hal iri su tutumları bəndlərinin dağılmasıdır ki, bu zaman fəlakətli daşqın (su
basma) zonası yaranır.
Bataqlaşma.
Bu, çox mürəkkəb bioloji-geoloji prosesdir. Onun təsirilə
hidrogeoloji, geoloji və torpaq şəraiti dəyişikliyə məruz qalır,
yer səthinin relyefi
və bitki örtüyünün strukturu dəyişir.
Bataqlaşmanın bataqlıqlar yaranmasının ilk mərhələsi kimi qiymətləndirmək olar.
Bataqlıqlar yaranarkən torpaqların fiziki (sıxlığı, nəmliyi, hava və istilik
keçiriciliyi və s.), fiziki-kimyəvi (həllolma, turşuluq və s.)
xüsusiyyətləri də
dəyişir. Yeni torpaq və bitki növləri yaranır, bataqlıq sularının da fiziki-kimyəvi
xüsusiyyətləri dəyişir - minerallaşma (şorlaşma) artır, bataqlıq suları zəif turşlaşır.
Bataqlaşmanı yaradan əsas amillər hidroloji və hidrobioloji proseslərdir.
Respublika ərazisində formalaşmış bataqlıqlar
cənub-şərqi Şirvanda, Mil və
Muğan düzənliklərində, Lənkəran düzənliyinin şimalında, Abşeron yarımadasının
şərqində və s. mövcuddur. Xəzərin səviyyəsinin qalxması ilə bu proses Xəzəryanı
sahələrdə 1978-1996-cı illərdə daha kəskin miqyas almış və 450-500 km2 ərazi su
altında qalmışdır.
Qrunt suları səviyyəsinin müxtəlif səbəblərdən (suyun
kanallardan, suvarma
sistemlərinin su anbarlarından süzülməsi, təzyiqli suların qrunt sularını
qidalandırması, Xəzərin və Şəmkir su anbarlarının qrunt sularına sipər olması və
s.) qalxması
ilə əlaqədar Qazax, Akstafa, Şəmkir, Tərtər, Bərdə, Yevlax, Oğuz
rayonları ərazisində bataqlaşma prosesi gedir.
Yoxlama sualları:
1.Dənizdə qovulma və gərilmə prosesisininn xarakterik elementləri hansılardır?
2.Selin baş vermə səbəbi nədir?
3.Daşqın nədir?