Güclü aşağı meşə yanğını.
Yayılma sürəti dəqiqədə 3
metrdən çox,
hündürlüyü
1,5 metrdən artıq çatır.
Zəif yuxarı meşə yanğını.
Külək istiqamətində alovun yayılma sürəti dəqiqədə 3
metrə qədər.
Orta sürətli yuxarı meşə yanğını.
Alovun yayılma sürəti dəqiqədə 100 metrədək.
Güclü yuxarı meşə yanğını.
Alovun çətirlərə yayılması sürəti dəqiqədə 100
metrdən artıq olur.
Əhatə etdiyi sahəyə (miqyasına) görə meşə yanğınları məhdud və irimiqyaslı ola
bilər.
İri meşə yanğını
sahəsi 2 kavadrat kilometrdən böyük olan meşə yanğınına
deyilir. Belə yanğınlar, adətən hava şəraitinə görə meşələrdə fövqəladə yanğın
təhlükəsi yarandıqda - ilin isti aylarında uzun müddətli quraqlıqlar zamanı törəyir.
İri meşə yanğınlarında çox vaxt müxtəlif yanğın növlərinin
elementləri müşahidə
edilir. Küləyin istiqamətindən və yanar materialların miqdarından asılı
olaraq
yanğının kənarları müxtəlif sürətlə yayılaraq yanğının mürəkkəb konfiqurasiyasını
yaradır. Buna görə də belə yanğının əsas elementlərini - yanğının cəbhəsini (ön
kənarını), cinahlarını və arxa cəbhəsini müəyyənləşdirmək çətin olur.
3.Meşə yanğınlarının elementləri.
Meşə yanğının ön cəbhəsi.
Yanğının külək istiqamətində yayılma xəttini deyirlər.
Ön cəbhə adətən tezyayılan yuxarı yanğınlar zamanı daha aydın
müşahidə edilir,
sakit havada davamlı yuxarı yanğın isə aydın görünən cəbhəyə malik olmur.
Küləyin istiqaməti dəyişdikdə yanğın cərgəsi də dəyişə bilər.
Dostları ilə paylaş: