Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 21. Bioloji siahın və adi qırğın silahlarının tətbiqi zamanı yaranan 
zədələnmə ocaqları və onun xüsusiyyətləri. 
Mühazirəçi:
 E.K.Qafarov
Mühazirənin planı : 
1. Bioloji zədələnmə ocağı ,baş vermə səbəbləri 
2. Bioloji zədələnmə ocağında karantin və observasiya rejimləri. 
3
.
Adi qırğın silahlarının tətbiqi zamanı yaranan zədələnmə ocağının 
xarakteristikası
 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az)
 
Bakı-2021


1. Bioloji zədələnmə ocağı ,baş vermə səbəbləri
 
Bakterioloji silah - kütləvi qırğın silahlarının bir növüdür. Bu silah - bakterial 
vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və 
tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və 
onlardan alınan zəhər - toksinlər təşkil edir. 
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra 
fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə 
yoluxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. 
Bakterioloji vasitələrin insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra 
fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə 
yoluxucu xəstəlik törədə, yaxud insanları və heyvanları zəhərləyə bilər. Bir çox 
xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez 
yayılır. Xəstəlik törədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və 
ya yoluxmuş həşəratlar, gənələr və gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin 
zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün 
olmasıdır. 
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər və 
içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş 
xüsusi konteynerlər və cihazlar vasitəsilə ata bilər. Onları zəhərlənmiş daşıyıcılar 
da (həşəratlar, gənələr, gəmiricilər) yaya bilər. 
Bakterioloji silahın tətbiqi nəticəsində şübhəsiz ki, səhərlər və başqa yaşayış 
məntəqələri, dəmir yolu qovşaqları, limanlar, su təchizatı mənbələri, həmçinin 
kənd təsərrüfatı bitkiləri, əkilmiş tarlalar zədələnə bilər. 
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxmasıdır. 
İçərisində baterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli 
aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, 
ərazinin relyefindən, meteoroloji şəraitdən və s. asılıdır. 


İnsan və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil
buluddan ayrılmış aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya 
bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də 
zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və 
ya yoluxmuş yeyinti məhsullarından və ya sudan istifadə edildikdə zədələnmək 
olar. 
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. 
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi 
nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağ yaranan 
yerdə karantin və müşahidə rejimləri tətbiq olunur . 
2. Bioloji zədələnmə ocağında karantin və observasiya rejimləri. 
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün 
bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu 
xəstəlikləri yayılma təhlükəsi artır. 
Profilaktika aparmaq və lazımi tədbirləri görmək üçün bakterioloji vasitələrin 
vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin bakterioloji 
silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yoluxucu xəstəlik 
törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar. 
Bakterioloji vasitələri olan hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafa iri 
qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və tozşəkilli maddələr çökür. 
Bəzən təyyarələrdən müxtəlif yüklərin - konteynerlərin, torbaların (kisələrin), 
bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlikyayan həşəratlar 
tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli 
miqdarda həşərat və gənə toplaşa bilər. 
Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi 
epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər. 
Bunun qarşısını almaq üçün observasiya və karantin-postları təyin edilir. 


Observasiya - epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını 
almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-
profilaktika tədbirləri sisteminə deyilir. 
Tibb bölmələri idarələri təcili profilaktika və müalicə tədbirləri görür. Əgər 
bütün əhali təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli 
nəticəsi olar. 
Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə 
yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-
döşəyi, mebeli və i.a. dezinfeksiya etmək lazımdır. 
Xəstəliyin qarşısını alan profilaktika peyvəndlərindən və dərman qəbulundan 
imtina etməyin. 
Düşmənin bakterioloji silahının təsirinə məruz nalmış rayonda hakimiyyət 
orqanları xüsusi rejim - karantin yaradırlar və həmin rayona gediş-gəliş qadağan 
edilir. Karantin - bakterioloji yoluxma ocağını təcrid etmək, xəstəliklərin 
yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə 
yetirilən, epidemiya əleyhinə rejimli profilaktik tədbirlər sistemidir. Karantin 
dövründə əhalinin vəzifəsi qoyulmuş qaydada ciddi riayət etməkdir. Yadda 
saxlamaq lazımdır ki, bütün tədbirlər adamların həyatını və sağlamlığını mühafizə 
etmək üçün görülür.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə