Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


İldırımın baş vermə səbəbləri və növləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
2.İldırımın baş vermə səbəbləri və növləri. 
 
İldırım. 
Buludlar, onun ayrı-ayrı hissələri, yaxud buludla yer səthi arasında 
elektrik boşalmaları ildırım adlandırılır. Əsasən iki xətti və kürəvi növləri var. 
Şaxələnmiş xətti ildırımın uzunluğu 2-3, bəzən 20 km, diametri isə cəmisi bir neçə 
santimetr olur. 
Azərbaycanda xətti ildırım daha çox tufan buludları zamanı baş verir. Şəki-
Zaqatala və Ağdam-Füzuli zonalarında baş verən tufanların (ildə 40 gün) demək 
olar ki, hamısı ildırım və göy gurultusu ilə müşayiət olunur. Burada adamları və ev 
heyvanlarını ildırımvurma hadisələri də olur. İldırımlı günlər ən az Abşeron-Ələt 
sahəsində (ildə 7 gün) müşahidə edilir. Kürəvi ildırımlar Azərbaycan ərazisi üçün 
az səciyyəvidir. 
Xətti ildırımdan qorunmaq üçün çöldə olan adamlar iri ağacların altında, yaxud 
hündür yerlərdə dayanmamalı, heyvanları mümkün qədər çökək yerlərdə 
saxlamalıdırlar. Kürəvi ildırım evlərə daxil olarkən qapı-pəncərəni açıb onun 
otaqdan çıxmasına şərait yaratmaq lazımdır. İldırım - insanları, heyvanları məhv 
edir, yanğınlar törədir, elektrik şəbəkələrini zədələyir və s. Ümumiyyətlə, dünyada 
tufanlardan və onların nəticələrindən ildə 10.000-ə qədər adam məhv olur (və bu 
göstərici üzrə tufan və ildırım ilk beş təbii təhlükələr sırasına daxildir). Afrikanın 
bəzi rayonlarında (Zimbabve və Keniya), Fransada, ABŞ-da və bir sıra digər 
ölkələrdə ildırım qurbanlarının sayı digər təhlükəli kortəbii hadisələrinə nisbətən 
daha çoxdur. Hər 10.000 nəfər əhali üzrə ildə Zimbabvedə və ona qonşu ölkələrdə 
200 nəfərə qədər, Fransada 55 nəfər, ABŞ-da 10 nəfər məhv olur; 1888-ci ildə 
Nyu-Dehlidə (Hindistan) güclü tufan zamanı yağan doludan 250 nəfər məhv 
olmuşdu. 


Tufanlar nəticəsində (əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da 
təxminən 700 mln. dollar (bütün təhlükəli təbii proseslər arasında beşinci yer), 
İsveçrə, Fransa, Kanada, Cənubi Afrika Respublikası və bəzi digər ölkələrdə - yüz 
milyonlarla dollar, bütün dünyada isə ən azı 2 milyard dollar təşkil edir. Bir dəfədə 
baş vermiş zərər ABŞ-da 350 mln. dollardır.
Boran. 
Mahiyyət etibarilə çovğun və tufanın yaratdığı vəziyyətdən az fərqlənir. 
Çovğundan fərqli olaraq boran zamanı havanın hərəkəti istiqaməti çox mürəkkəb 
olur, burulğanlı səciyyə daşıyır, güclü külək, qar və soyuqla müşayiət olunur. 
Ən çox qış ayları üçün səciyyəvi olan boran yayda yüksək dağlıq zonada da baş 
verir, mal-qaranın otarılmasını, qoyun sürülərinin hərəkətini çətinləşdirir, bəzən 
onların qırılmasına səbəb olur. 
Azərbaycanda boran üzrə meteoroloji müşahidələr aparılmır. Xalq arasında isə 
boran müşahidə edilir və ona qarşı ehtiyat tədbirləri görülür. 1958-ci il iyulun 2-də 
Şəki rayonunun Kəm yaylağında baş verən boran zamanı güclü yağış və sonra qar 
yağması nəticəsində yaylaq ətrafında sürüşmələr baş vermiş və çoxlu heyvan 
tələfatı olmuşdur. 
Boranın proqnozu və ondan mühafizə tufanda olduğu kimidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə