Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Daşqın,bataqlaşma və onların nəticələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

4.Daşqın,bataqlaşma və onların nəticələri. 


Daşqın
- çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti 
olaraq su altında qalmasına deyilir. Çaylar adətən yazda - qarın əriməsi, payızda - 
leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan dövrdə məcra buz 
qırıntıları ilə tutularkən (buz tıxacları yaranarkən) və külək dənizdən əsərkən daşır. 
Bunlardan başqa zəlzələ, dağ uçqunları və sel nəticəsində çay yataqlarında təbii 
sədlər yaranarkən ətrafı su basa bilər.Buna misal olaraq 2010-cu il Kür daşqınını 
göstərmək olar. 
Daşqınlar vaxtı adamlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular və 
kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər tələf 
olur, çünki çayların suyu bir neçə dəfə qalxaraq ətrafda on kilometrlərlə ərazini 
basır. 
Obyektlərdən yuxarıda yerləşən hidrotexniki qurğuların: su bəndlərinin, sədlərinin 
və s. dağılması və ya suvarma rayonlarında irriqasiya sistemi qurğularının sıradan 
çıxması nəticəsində də obyektləri, yaşayış məntəqələrini su basa bilər. Ən qorxulu 
hal iri su tutumları bəndlərinin dağılmasıdır ki, bu zaman fəlakətli daşqın (su 
basma) zonası yaranır. 
Bataqlaşma. 
Bu, çox mürəkkəb bioloji-geoloji prosesdir. Onun təsirilə 
hidrogeoloji, geoloji və torpaq şəraiti dəyişikliyə məruz qalır, yer səthinin relyefi 
və bitki örtüyünün strukturu dəyişir. 


Bataqlaşmanın bataqlıqlar yaranmasının ilk mərhələsi kimi qiymətləndirmək olar. 
Bataqlıqlar yaranarkən torpaqların fiziki (sıxlığı, nəmliyi, hava və istilik 
keçiriciliyi və s.), fiziki-kimyəvi (həllolma, turşuluq və s.) xüsusiyyətləri də 
dəyişir. Yeni torpaq və bitki növləri yaranır, bataqlıq sularının da fiziki-kimyəvi 
xüsusiyyətləri dəyişir - minerallaşma (şorlaşma) artır, bataqlıq suları zəif turşlaşır. 
Bataqlaşmanı yaradan əsas amillər hidroloji və hidrobioloji proseslərdir. 
Respublika ərazisində formalaşmış bataqlıqlar cənub-şərqi Şirvanda, Mil və 
Muğan düzənliklərində, Lənkəran düzənliyinin şimalında, Abşeron yarımadasının 
şərqində və s. mövcuddur. Xəzərin səviyyəsinin qalxması ilə bu proses Xəzəryanı 
sahələrdə 1978-1996-cı illərdə daha kəskin miqyas almış və 450-500 km2 ərazi su 
altında qalmışdır. 
Qrunt suları səviyyəsinin müxtəlif səbəblərdən (suyun kanallardan, suvarma 
sistemlərinin su anbarlarından süzülməsi, təzyiqli suların qrunt sularını 
qidalandırması, Xəzərin və Şəmkir su anbarlarının qrunt sularına sipər olması və 
s.) qalxması ilə əlaqədar Qazax, Akstafa, Şəmkir, Tərtər, Bərdə, Yevlax, Oğuz 
rayonları ərazisində bataqlaşma prosesi gedir. 
Yoxlama sualları: 
1.Dənizdə qovulma və gərilmə prosesisininn xarakterik elementləri hansılardır? 
2.Selin baş vermə səbəbi nədir? 
3.Daşqın nədir? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə