Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fakültə : İnşaat-texnologiya
Kafedra: Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 7

Geoloji xarakterli təhlükəli hadisələr
və onların xüsusiyyəti.
 
 
Mühazirəçi:
 E.K.Qafarov
Mühazirənin planı : 
1.Qar uçqunları və onun xarakterstikası
2. Torpaq sürüşmələrivə xarakterstikası 
3.Karst,çökmə ,eroziya və onların nəticələri
 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 

Bakı-2021 


1. Qar uçqunları və onun xarakterstikası
 
 
Marxallar nisbi hündürlüyü 20-40 metrdən çox mailliyi 25
0
və qar örtüyünün 
hündürlüyü 30-40 sm olan sahələrdə baş verə bilər. Marxalların uzunluğu yüz 
metrlə ölçülür, bəzən isə bir neçə kilometrə çatır. Qar uçqunlarının sürəti saniyədə 
onlarla metrə, həcmi milyon kub metrə, maneələrlə göstərdiyi təzyiq hər kvadrat 
metrdə 100 tona çatır. (0,5 t/m
2
təzyiq qapı və pəncərələri qırır, 3 t/m
2
taxta 
tikililəri, 100 t/m
2
daş binaları dağıdır). Dərələrin qar uçqunun qalığı 30-50 
metrədək ola bilər. 
Quru qar uçqunu girdə formalı vahid gövdə şəklində böyük sürətlə hərəkət edir və 
hava dalğası yaradır. Yaş qar uçqunu nisbətən yavaş və ayrı-ayrı axınlar 
formasında yayılır. Uçqunlar adətən bir neçə dəqiqə davam edir. 
Marxal təhlükəli müxtəlif sahələrdə orta illik uçqunların sayı 10-12-yə çata bilər. 
Qar uçqunlarının çoxunun səbəbi qarın intensiv yağması (o cümlədən də çovğunlu 
havada) və dağların yamaclarında sutka ərzində 10 sm qalınlıqda (10-20 mm su 
qatına bərabər) qar qatının yaranmasıdır. 
Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə iri qar uçqunları 
təhlükəsi meydana çıxır. Qar uçqunlarının ikinci əsas səbəbi - qarın əriməsi, 
üçüncü səbəb isə qar örtüyünün aşağı səthinin yavaş-yavaş əriyərək 
yumşalmasıdır. 


Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları baş 
verə bilər. 
Qar uçqunları və marxalların dağıdıcı xassələri dağlarda baş verən sürüşmələrin və 
digər hadisələrinkindən zəif olsa da, onların geniş yayılması və tez-tez təkrar 
olunması nəticəsində marxallar da çox təhlükəli təbii hadisələr sırasına daxil edilir. 
2.Torpaq sürüşmələri və xarakterstikası 
Daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ yamaclarında olan 
torpağın eroziyadan, yaxud abraziyadan aşınması, suyun dağın ətəklərini yuması, 
yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq 
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla, 
uzunluğu isə yüzlərlə metr ola bilər. Belə hallara dağ yamaclarında və abraziya 
terraslarında təsadüf edilir. Sürüşmələr uzun illər boyu tamamilə hərəkətsiz 
qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların sürəti saatda 
onlarca metrə çatır. Məsələn, 1990-cı ildə leysan yağışlarından fəallaşan sürüşmə 
Xəzər donanmasının hərbi şəhərciyində bir neçə binanı elə surətdə dağıtmışdı ki, 
adamlar oradan çıxmağa imkan tapa bilməmişdilər. 
Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı torpaqlı dağ yamacları üçün 
səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları isladarkən baş verir. Belə 
hallara intensiv yağmurlu rayonlarda daha tez-tez rast gəlinir. Kifayət dərəcədə 
hidroizolasiyası olmayan suvarma kanallarının torpaqları həddindən artıq 
islanarkən xüsusi sürüşmə mənbəyinə çevirir. 
Sürüşmə prosesinə hidroloji şərait, iqlim, atmosfer çöküntüləri və sair amillər təsir 
göstərir. 
Hidroloji şərait yamaclarda sürüşmə prosesinin mövcud olduğu ərazilər üçün əsas 
göstəricilərdəndir. Yamaclarda yeraltı suların mövcudluğu ilə sürüşmə prosesi 
arasında birbaşa asılılıq vardır. Yeraltı sular yamacdakı süxurların gərginliyinə, 
möhkəmliyinə və yamacların davamlığına təsir göstərir. Yeraltı suların təsiri ən 
çox axma sürüşməsində, oturma, süxurların sıyıqlaşması və sairə müşahidə olunur. 
Sürüşmənin başqa tiplərində yeraltı suların təsiri çox mürəkkəbdir və eyni deyildir. 


İqlim bir çox meteoroloji elementlərlə səciyyələnməklə yamacların davamlığına 
təsir göstərən amillərdəndir. İqlim süxurların istilik, kütlə və enerjidəyişmə 
xüsusiyyətlərini yaratmaqla yanaşı yer səthinə yaxın yerlərdə onların vəziyyətinə 
birbaşa təsir göstərir, yerüstü və yeraltı suların rejimini, aşınmanın, litogenizin 
yaranması və kəskinliyini, habelə bir çox geoloji proseslərin yaranmasının 
kəskinliyini də tənzimləyir. Sürüşmələrin inkişaf etməsinə atmosfer çöküntülərinin 
orta illik norması 1000 mm-dən çox olan iqlim şəraitinin rolu böyükdür. Süxurların 
nəmliyinin artması və davamlığının zəifləməsi sürüşmə prosesinin inkişafını 
sürətləndirir. Quru iqlim zonasında, xüsusən də Azərbaycanda havanın yüksək 
temperaturu süxurlardakı nəmliyi buxarlandıraraq onların əlaqəsini pozur, çatlar 
yaradır, aşındırır və leysan yağışları zamanı bu çatlara dolan yağış suları onları 
yenidən hərəkətə gətirir. Buna misal olaraq Mingəçevir su anbarının sağ sahilində 
Bozdağda olan sürüşməni göstərmək olar. 
Atmosfer çöküntüləri. Eroziya, qrunt sularının səviyyəsinin qalxması, karstların 
inkişafı və s. sürüşmələri törədən amillərin kompleksidirsə, atmosfer çöküntüləri 
də sürüşmə prosesinin fəallaşmasının kompleks göstəricisi hesab edilə bilər. 
Xüsusən də atmosfer çöküntüləri aylıq normadan artıq düşdüyü vaxt bu effekt daha 
təhlükəli olur. Azərbaycanda yay aylarında baş vermiş sürüşmələrin əksəriyyəti 
bununla əlaqədardır. Çünki anomal böyük həcmdə düşən atmosfer çöküntüləri 
başqa amillərin təsirilə yaradılmış və artıq hazır vəziyyətə gəlmiş sürüşmə 
kütlələrini geniş miqyasda hərəkətə gətirir və ağır dağıdıcı qüvvəyə malik olur. 
Belə təhlükəli halın yaranması üçün müəyyən müddət lazımdır. Əgər vaxtında 
müvafiq profilaktik tədbirlər görülsə, onda iri miqyaslı fəlakət törədən sürüşmənin 
qarşısını almaq mümkün olar. 
3 .Karst,çökmə ,eroziya və onların nəticələri 
Karst.
(el arasında mağara deyilir). Karstlar əsasən karbonatlı, sulfatlı və duzlu 
süxurlarda çökəkliklər formasında olur. Bu, çox mürəkkəb geoloji prosesin 
nəticəsidir və onun əsasını dağ süxurlarının həll olunması və bununla əlaqədar 
süxurların özündə və ətraf mühitdə baş verən dəyişikliklər təşkil edir. 


Karstlar yer səthində çökəkliklər, boşluqlar yaratması, çökmə, yeraltı tikililərin və 
dağ-mədən sistemlərinin, hidrotexniki qurğuların su basmalarına şərait yaratması 
ilə çox təhlükədir. Karst proseslərinin inkişafı ərazilərin geoloji şəraiti ilə müəyyən 
edilir və onun sürəti süxurların mineroloji tərkibindən, əsasən suda tez həll olunan 
duzların olmasından asılıdır. 
Azərbaycan Respublikası ərazisində təsərrüfatlara ciddi təhlükə yaradan karstlar 
yoxdur. Geoloji dövrdə karbonatlı süxurlarda yaranmış boşluqlar el arasında 
mağara adı ilə məlumdur. Onlardan qədim zamanlarda müxtəlif məqsədlər üçün, 
bəzən yaşayış məskənləri kimi də istifadə edilib. Buna misal olaraq çox qədim 
tarixi olan “Azıx” mağarasını göstərmək olar. 
Gilli süxurlarda da yağış və küləyin təsirilə müxtəlif ölçülü “psevdokarstlar” 
yaranır. Bununla ən çox Bozdağ-Acınohur, Qobustan və s. bölgələrdə rast gəlinir. 
Dik yamaclarda “psevdokarstlar” inkişaf edərək torpaq sürüşmələrinin əmələ 
gəlməsinə də şərait yaradır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə