Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Abraziya.
Sahilin dəniz və okean suları ilə yuyulması nəticəsində sahil 
çıxıntılarının duruya doğru inkişafıdır. Abrasiya nəticəsində yaranmış relyef 
forması dənizin çəkilməsindən asılı olmayaraq demək olar ki, sabit, yəni dönməz 
qalır. Abrasiya prosesi Xəzər boyu Yalamada, Abşeronun şimal-şərqində və 
Lənkəran-Astara bölgələrində, Mingəçevir su anbarı sistemində müşahidə edilir. 
Onların yaranma sürəti geoloji dövrdə belə, böyük deyil və respublika ərazisi üçün 
xüsusi təhlükə yaratmır. 
Eroziya. 
Yer səthinin axar suların təsiri ilə dağılması (aşınması) prosesi. 
Torpaqların eroziyasından fərqli olaraq mühəndis geologiyasında eroziyaya iki 
aspektdən baxmaq lazımdır: birincisi - inkişafı ilə geoloji mühit dəyişdirən və 
ərazinin mühəndis-geoloji şəraitinə təsir göstərən amil kimi; ikincisi - başqa 
proseslərin: sürüşmə sel, suffoziya və s. inkişafına zəmin yaradan amil kimi. 


Eroziyanın aşağıdakı növləri məlumdur: daimi axar suların (çayların) yataq 
eroziyası; yan və dərinlik eroziyası; müvəqqəti su axarlarının (dərələr) eroziyası. 
Öz miqyası və təhlükəsinə görə birinci iki növ qorxulu hesab edilir. Azərbaycan 
ərazisində ancaq geoloji dövrdə bu proseslər geniş miqyas alır. Onların müasir 
təzahürləri ən çox Qobustanda, Qərbi Abşeronda, Ceyrançöldə, Acınohur və digər 
sahələrdə özünü göstərir. 
Torpaq eroziyası isə quru iqlim şəraitində dağətəyi düzənliklərdə və texnogen 
amillərin - (daş, qum, gil karxanalarının və s.) təsir zonalarında müşahidə olunur. 
Oturma (çökmə). 
Löz xüsusiyyətli süxurların islanması zamanı deformasiyaya 
uğramaşı. Bu, yer səthində müəyyən boşluqların (nəlbəki forması və s. relyefin) 
yaranması ilə müşahidə edilir. Belə deformasiya zamanı süxurda sıxlaşma və 
islanan kütlənin həcminin azalması prosesi gedir. 
Oturma prosesi həmçinin, dünyanın bir çox yerlərində faydalı qazıntı yataqlarının 
uzun müddət istismarı nəticəsində baş verdiyi məlumdur. Oturma prosesi yüz ildən 
çox istismar edilən Abşeronun neft və qaz yataqları sahəsində mövcuddur. 
Ümumiyyətlə, losvarı süxurlarda oturma prosesinin gilli süxurları yayıldığı 
Qobustan, Ceyrançöl, Şirvan, Qarabağ, Mil, Muğan və s. sahələrdə çox kiçik 
miqyasda baş verməsi müşahidə edilir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə