Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Meşə yanğınlarının səbəbləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Meşə yanğınlarının səbəbləri: 
· meşədə işləyən və ya dincələn zaman adamların odla düzgün davranmaması və 
ya yanğından mühafizə qaydalarına əməl etməməsi; 
· meşə işlərində yanğın təhlükəsizliyi cəhətdən nasaz texnikadan istifadə 
olunması. 
· ildırım nəticəsində baş verən alışmalar. 
· iri meşə yanğınları həmçinin, tək-tək yanğın ocaqlarının törətdiyi barədə 
xəbərdarlıq, rabitə və nəzarət işlərinin yarıtmaz təşkili nəticəsində də baş verə 
bilər. Belə hallar alışma ocaqlarını söndürmək və onların yayılıb fəlakət 
törətməsinin qarşısını almaq üçün vaxtında tədbir görməyə imkan vermir. 
· yanğın təzə başlayanda onu söndürmək üçün operativ tədbirlər görülmədikdə də 
kiçik yanğın ocaqları yayılıb böyük fəlakətə çevrilə bilər. 
 


Meşə yanğınlarının növləri: 
Meşə yanğınları odun hansı meşə elementlərində (meşə döşənəyi-xəzəl, ağacların 
gövdəsi, çətri və s.) yayılmasına; yanğının yayılma surətinə və əhatə etdiyi sahəyə 
görə müxtəlif növlərə aid edilir. 
Odun hansı meşə elementlərində yayılmasından asılı olaraq meşə yanğınları: 
yeraltı (torf) yanğınlar, aşağı (yerüstü) yanğınlar və yuxarı yanğın növlərinə ayrılır. 
Yeraltı yanğınlar
torflu meşələrdə baş verir. Belə yanğınlar xüsusilə təhlükəlidir. 
Yeraltı yanğınlarda kök sistemləri yanır və bitkilər kütləvi surətdə məhv olur. 
Digər tərəfdən belə yanğınların qarşısının alınması və söndürülməsi daha 
mürəkkəbdir və çətin başa gəlir. 
Aşağı yanğınlar 
meşələrimizdə daha tez-tez baş verir. Belə hallarda od ancaq 
yerin səthi boyu yayılaraq ağac gövdələrinin aşağı hissəsini və yerin üzünə çıxan 
kökləri yandırır. 
Aşağı yanğınların tezyayılan və davamlı növləri olur: 
Tezyayılan aşağı yanğın. 
Bu zaman canlı və cansız torpaq örtüyü, meşə bitkiləri, 
yerə tökülmüş yarpaqlar, ağacların aşağı hissəsinin qabığı və çılpaq köklər, 
iynəyarpaqlı cavan ağaclar və kol-kos yanır. Bu cür yanğın torpaq örtüyünün çox 
nəm yerlərindən yan keçərək çox sürətlə yayılır, buna görə də sahənin müəyyən bir 
qisminə od dəymir. Tezyayılan yanğınlar yazda tez-tez baş verir, çünki bu dövrdə 
ancaq üst qat qurumuş olur. Belə yanğında yanma əsasən alovlu olur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə