Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Zəif aşağı meşə yanğını. 
Yayılma sürəti dəqiqədə 1 metrə qədər olan yanğındır. 
Belə yanğınlarda alovun hündürlüyü 0,5 metrə çatır. 
Orta sürətli aşağı meşə yanğını.
Yayılma sürəti dəqiqədə 3 metrə qədər olan 
yanğına deyilir. Belə yanğın zamanı alovun hündürlüyü 1,5 metrə çatır. 


Güclü aşağı meşə yanğını.
Yayılma sürəti dəqiqədə 3 metrdən çox, hündürlüyü 
1,5 metrdən artıq çatır. 
Zəif yuxarı meşə yanğını.
Külək istiqamətində alovun yayılma sürəti dəqiqədə 3 
metrə qədər. 
Orta sürətli yuxarı meşə yanğını. 
Alovun yayılma sürəti dəqiqədə 100 metrədək. 
Güclü yuxarı meşə yanğını. 
Alovun çətirlərə yayılması sürəti dəqiqədə 100 
metrdən artıq olur. 
Əhatə etdiyi sahəyə (miqyasına) görə meşə yanğınları məhdud və irimiqyaslı ola 
bilər. 
İri meşə yanğını
sahəsi 2 kavadrat kilometrdən böyük olan meşə yanğınına 
deyilir. Belə yanğınlar, adətən hava şəraitinə görə meşələrdə fövqəladə yanğın 
təhlükəsi yarandıqda - ilin isti aylarında uzun müddətli quraqlıqlar zamanı törəyir. 
İri meşə yanğınlarında çox vaxt müxtəlif yanğın növlərinin elementləri müşahidə 
edilir. Küləyin istiqamətindən və yanar materialların miqdarından asılı olaraq 
yanğının kənarları müxtəlif sürətlə yayılaraq yanğının mürəkkəb konfiqurasiyasını 
yaradır. Buna görə də belə yanğının əsas elementlərini - yanğının cəbhəsini (ön 
kənarını), cinahlarını və arxa cəbhəsini müəyyənləşdirmək çətin olur. 
3.Meşə yanğınlarının elementləri. 
Meşə yanğının ön cəbhəsi. 
Yanğının külək istiqamətində yayılma xəttini deyirlər. 
Ön cəbhə adətən tezyayılan yuxarı yanğınlar zamanı daha aydın müşahidə edilir
sakit havada davamlı yuxarı yanğın isə aydın görünən cəbhəyə malik olmur. 
Küləyin istiqaməti dəyişdikdə yanğın cərgəsi də dəyişə bilər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə