Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


partlayış və tezalışma təhlükəsi olan sahələrə daimi nəzarətin olmaması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c


partlayış və tezalışma təhlükəsi olan sahələrə daimi nəzarətin olmaması; 
İkinci qrup səbəblər 
isə təbiətin bütün hadisələrinin tam surətdə öyrənilməsi ilə 
şərtləşir. Məsələn, bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan 
müəssisələrdə) məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və 
şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və özbaşına alışma törədib. Özü də 
belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müəssisədə, hətta 
nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. 
Nəticədə, elmi biliklərin bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq 
yeni, əvvəllər məlum olmayan təbiət hadisəsi aşkar edilir. 
İstehsalat qəzaları
xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun 
layihə-istehsalat qüsurlarının. onların istismarı qaydalarının və istehsalatda 
texnoloji prosesin pozulması nəticəsində də baş verə bilər. Məsələn, yaşayış 
binalarının istismarının analizi göstərdi ki, sülh dövründə binalar aşağıdakı 
səbəblər üzündən (%-lə) sıradan çıxır: 
· layihələşdirmə zamanı axtarış-araşdırma işlərinin keyfiyyətsiz aparılması və 
səhvlərə yol verilməsi - 12,5; 
· inşaat işlərinin aşağı keyfiyyətdə aparılması - 15,0; 
· istismar qaydalarının pozulması - 64,0; 
· digər səbəblər - 8,5. 
2. Sənaye müəssisələrində partlayışlar və yanğınlar, enerji və kommunal 
sistemlərdə qəzalar.
 
Əksər hallarda qurğuların dağılması və deformasiyaya uğraması, yanğınlar, enerji 
sisteminin sıradan çıxması, texnoloji boru kəmərlərindən və tutumlardan zərərli 
maddələrin kənara sızması ilə müşayiət olunur. Partlayışların törətdiyi istehsalat 
qəzalarının nəticələri, xaraktercə, müharibə vaxtı baş verən dağıntılara oxşayır. 


Qazanxanalarda qazanların partlayışına, kimya müəssisələrində - qazın, cihazların, 
hazır məhsul və yarımfabrikatların; neftayırma zavodlarında - benzin buxarları və 
digər qarışıqların; dəyirmanlarda - unun; şəkər zavodlarında - şəkər tozunun; taxıl 
elevatorlarında - tozun; taxta-şalban və ağac emalı kombinatlarında - mişar 
tozunun və lak-boyaq buxarlarının partlayışları və s. daha çox müşahidə edilir. 
Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qazların 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə