Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


TEXNOGEN XARAKTERLİ FÖVQƏLADƏ HADİSƏLƏRİN (FH)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

TEXNOGEN XARAKTERLİ FÖVQƏLADƏ HADİSƏLƏRİN (FH) 
ARTMASININ ƏSAS SƏBƏBLƏRİ 
Mühəndislər və alimlər texnogen təhlükəsizliyin yüksəldilməsi problemi üzərində 
müntəzəm surətdə çalışırlar. Bu istiqamətdə geniş əhatəli texniki, ekoloji, hüquqi 
məsələlər fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə mütəxəssislər 
assosiasiyasının fəaliyyəti çərçivəsində də həll edilir. Bununla belə göstərilən 
səylərə baxmayaraq bütün sahələrdə, xüsusən də mürəkkəb texnika işlədilən 
sahələrdə qəzaların vaxt ərzində sayca get-gedə artması tendensiyası durmadan 
güclənir. Deməli, bunun səbəblərini tapmaq lazımdır. Problemin tam həlli 
iddiasında olmadan texnogen qəza və fəlakətlərin sayca artmasının, zənnimcə, 
prinsipial və başlıca səbəblərindən birini göstərməyə çalışaq. 


Bu səbəb texnikanın gücünün və mürəkkəbliyinin kəskin surətdə, sıçrayışla 
artması, texnikanı idarə edən insanların isə bu parametrlərdən kənarda, yəni geridə 
qalmasıdır. İnsanın psixofizioloji sistemlərinin imkanları məhduddur, təbiət bu 
sistemləri heç də müasir texnogen həyat şəraiti yaratmamışdır və onları 
“yaxşılaşdırmaq, “yenidən düzəltmək və ya “modifikasiya etmək mümkün deyil. 
Lakin hazırda insanlardan nəinki onların imkanlarından çox-çox artıq, həm də 
prinsipcə demək olar ki, imkandan kənar fəaliyyət tələb edilir. 
Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr 
mövcuddur ki, bunlar da müxtəlif növ FH-in başlıca mənbələridir. Bunların əsas 
səbəbləri aşağıdakılardır: 
· istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi 
mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması 
prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnogen 
intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi; 
· bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji 
avadanlıqların, nəqliyyat vasitələrinin, əsas istehsalat fondlarının yol verilməz 
dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması; 
· sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun 
keyfiyyətcə kəskin surətdə aşağı düşməsi; 
· istehsalatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə 
amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və 
onların keyfiyyətsiz olması; 
· sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, habelə idarəetmə sahələrində 
təhlükəsizliyin təmin edilməsi sistemlərinin texnoloji etibarlılığının zəif olması; 
· zərərli və təhlükə potensiallı müəssisələrdə kadrların, xüsusən də yüksək ixtisaslı 
kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, 
mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi; 
· ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi 
tədqiqatların keyfiyyətinin aşağı olması; 


· partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr 
texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi; 
· qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan tələfatı və maddi 
itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və 
əlaqələndirilməməsi; 
· iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətcil texnologiyaların 
yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə 
mühafizəsinin atomatlaşdırılmasının zəif templə aparılması; 
· ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış 
zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi; 
· potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin 
kifayət dərəcədə olmaması; 
· sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə 
vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması; 
· təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud) xəbərdarlıq 
sistemlərinin olması; 
· təhlükəsizliyin təminatı, FH-in qabaqlanması və aradan qaldırılması üçün 
cavabdeh olan işçilərin sayının azaldılması; 
· qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması; 
· qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların 
olmaması; 
· avtomobil yolları şəbəkəsinin zəif inkişafı; 
FH in baş verməsi ehtimal olunan zonalarda sosial problemlərin yaranması. 
Güclü istehsalat qəzaları, eləcə də təbii fəlakətlər bir sıra hallarda müharibələrdən 
daha dağıdıcı olur. Xüsusən də belə hallarda ətrafa çıxan enerji meqatonik nüvə 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə