Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Mühazirəçi:E.K.Qafarov
Mühazirənin planı :
1.
Hidrotexniki qurgular, onların təsnifatı.Təbii bəndlər, onların təsnifatı. 
2. Hidrotexniki qurğularda qəzaların baş vermə səbəbləri və nəticələri.
 
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 
 Bakı-2021 


1.Hidrotexniki qurgular, onların təsnifatı.Təbii bəndlər, onların təsnifatı. 
Hidrotexniki qurğuları su təsərrüfatı sahəsində xidmətinə görə qruplara bölmək 
olar. Bunlardan meliorasiya, hidroenergetika, su nəqliyyatı, su təchizatı, balıqçılıq 
sistemlərində yaradılan qurğuları göstərmək olar: meliorasiya sistemində yaradılan 
qurğular şorlaşmış torpaqların yuyulmasına, bataqlıqların qurudulmasına, 
torpaqların suvarılmasına, hidroenergetika sistemində su elektrik stansiyasının 
binası, basqı hovuzu, basqılı və ya basqısız derivasiya kanalları kimi qurğular 
yaratmaqla elektrik enercisi alınmasına, su nəqliyyatı sistemində yaradılan 
qurğular onun hərəkətinə törədən maneçiliyi aradan qaldırmağa (gəmikeçirən 
şlüzlər, meşə materiallarını ötürən qurğular və s.), su təchizatı və kanalizasiya 
sistemlərində yaradılan qurğular (su qəbuledici, nasos stansiyası, basqılı su qülləsi, 
çən, kaptac qurğusu və s.) suyun təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırmasına, 
balıqçılıq təsərrüfatında yaradılan qurğular (balıq ötürən, balıq qaldıran, balıq 
yetişdirən və s.). 
Hidrotexniki tikintiləri yerləşməsinə görə çay üzərində və sistem daxilində 
layihələndirirlər. Çay üzərində yerləşən hidrotexniki qurğulara suqəbulediji
suaşıran bəndlər, torpaq bəndlər, su elektrik stansiyaları, gəmi keçirən şlüzlər
çökün-tülərlə mübarizə aparan, sahil bərkidiji və s. qurğular aiddir. Sistem 
daxilindəki qurğulara isə nizamlayıjı şlüzlər, suötürənlər (kanal, akveduk, düker, 
tunel, nov, boru, leysanötürən və s.), əlaqələndirijilər (jəldaxıdan, sudüşürənlər və 
s.), durulducular, gəmiburaxan şlüzlər, hidroelektrik stansiyalar, körpülər aiddir. 
Daimi hidrotexniki tikintilər iqtisadi əhəmiyyətinə görə və kapital qoyuluşuna 
görə inşaat norma və qaydalarına uyğun olaraq onları dörd sinifə bölürlər. I sinif 
tikintilər yüksək, II sinif orta, III sinif az, IV sinif isə minimum tələbləri 
ödəməlidir. Müvəqqəti tikintilər isə V sinif qurğulara aiddir.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə