Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Təbii bəndlər 
təbiət hadisələri: torpaq sürüşmələri, sel, uçqunlar, zəlzələ və s. 
nəticəsində əmələ gəlir. Onlar yaz aylarında buz yığınları, tıxanmaları nəticəsində 
də əmələ gələ bilər. Təbii bəndlər aşağıdakı qaydada yaranır. Təbii qüvvələrin 
təsiri nəticəsində çayda suyun axarı birdən kəsilir. Bu zaman su axınının 
məhdudlaşdırılması və ya tamamilə kəsilməsi nəticəsində çayın yuxarı hissəsində 
suyun səviyyəsi artır, aşağı hissəində isə azalır. Yuxarı byefdəki su artımı təbii su 
anbarının yaranmasına səbəb olur, yuxarı və aşağı beytlərdə su səviyyələrinin fərqi 
təbii bəndin su basqısı tərəfini (cəbhəsini) əmələ gətirir. Yuxarı byefdə su 
səviyyəsinin müntəzəm surətdə artması, su təzyiqinin bəndin möhkəmliyindən çox 
olması və ya bəndin yuyulması nəticəsində bəndin qəflətən dağılmasına səbəb olur. 
Yarandıqdan sonra kənar qüvvələrin (təbii qüvvələr, insanın məqsədyönlü 
fəaliyyəti) təsiri olmadan, az bir zaman ərzində dağılan təbii bənd qısamüddətli 
adlanır. Amma çayın axarı bərk süxurlardan ibarət olan materiallarla tutulduqda 
bəndin yuyulma prosesi elə bir şəraitə gətirib çıxara bilər ki, bəndin üstündən 
keçən suyun miqdarı və bütün sistem (təbii bənd-su anbarı-daşan su) müəyyən 
sabitlik vəziyyətinə çatar. Dayanıqlı vəziyyətdə olan təbii bənd - uzunmüddətli 
adlanır. 
“Təbii bənd anlayışına dağlarda yaranan yağış, qar, buz gölləri də daxildir ki, onlar 
da öz sahilini dağıdaraq dağ yamacları üzrə aşağı axan güclü su dalğası əmələ 
gətirə bilər. 
Uzunmüddətli təbii bəndin bir növü də təbii nohurlardır. Təbii nohur yuxarı byefdə 
hər hansı səbəbdən su səviyyəsinin artmasının dayanması nəticəsində əmələ gəlir. 
Ön basqılı hidrotexniki qurğular da öz növbəsində daimi və müvəqqəti olur. 
Torpaq bəndlər bir sıra əlamətlərə görə təsnifata bölünürlər. 
Tikilmə üsuluna görə torpaq bəndlər tökmə, yuma və yarıyuma bəndlərə 
bölünürlər. Tökmə üsulundan istifadə edildikdə qrunt optimal nəmlikdə təbəqələr 
şəklində tökülür və sonra da mexaniki vasitələrlə bərkidilir. Son zamanlar tökmə 
torpaq bəndlərin tikilməsində Orta Asiyada geniş yayılmış yaş tökmə üsulundan da 
geniş istifadə olunur.Əgər mexaniki üsullarla bəndin gövdəsində və ya 


bünövrəsində istifadə olunan tökmə qruntların kipləşdirilməsi az effektli olarsa
onda ''yaş tökmə'' üsulundan istifadə etmək məqsədə uyğundur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə