Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Yuma üsulu
tədbiq edildikdə karxanalarda qruntların işlənməsi, tikinti 
meydanına nəql edilməsi və bəndin gövdəsinə tökülməsi prosesləri 
hidromexanizasiya üsulu ilə aparılır.
Yarıyuma üsulu tətbiq edildikdə bəndin müəyyən hissəsi adi tökmə mexaniki 
kipləşdirmə üsulu ilə, qalan hissəsi isə hidromexanizasiya üsulu ilə qurulur. 
İnşaat hündürlüyünə görə torpaq bəndlər alçaq bəndlərə (basqısı 
15 m - ə
qədər olan), orta hündürlüklü bəndlərə (basqısı 
15 - 50 m
olan) və yüksək bəndlərə 
(basqısı 
50 m
-dən çox olan) bölünürlər. 
Torpaq bəndlər dağılmaya-qəzaya ən həssas hidrotexniki qurğulardır.İnşaat 
materialı kimi istifadə olunan qruntlardan yaradılan bəndlərə torpaq bəndlər 
deyilir. Torpaq bəndlər müasir hidrotexniki tikinti təcrübəsində ən geniş istifadə 
olunan səviyyəyaradan qurğulara aiddirlər. Onlar əksər hallarda həm ümumi və 
həm də xüsusi məqsədlər üçün yaradılan hidrodüyünlərin ayrılmaz hissəsini təşkil 
edirlər.
Torpaq bəndlərin istehsalatda geniş tədbiq olunması aşağıdakı amillərlə 
bağlıdır: 
Bəndin tikilməsi üçün praktiki olaraq istənilən təbii yerli qrunt materialının və 
eləcədə müxtəlif sənaye tullantılarının (süni qruntların) istifadə oluna bilməsi, 
onların əldə edilməsinin ucuz başa gəlməsidir.
Bu göstərilən üstün jəhətləri ilə yanaşı torpaq bəndlərin müəyyən nöqsan
jəhətləri də vardır. Torpaq bəndlər kar bəndlər sinfinə aiddirlər. Onların qaşı 
üzərindən suyun aşması olduqja təhlükəlidir. Yalnız təsadüfü hallarda xüsusi 
konstruksiyalı kiçik bəndlərin üzərindən suyun aşmasına yol veriən bilər. Bununla 
əlaqədar olaraq torpaq bəndlərin tikilməsində istər inşaat və istərsə də istismar 
dövrlərində çayın daşqın sularını aşağı byefə ötürmək üçün xüsusi sutullayan və 
sudüşürən qurğuların yaradılması lazım gəlir. Bəndin gövdəsində sızma axınının 
olması müxtəlif sızma deformasiyalarının baş verməsi imkanını yaradır


Bəndin gövdəsini təşkil edən qruntların sızdırma qabiliyyəti çox yüksək 
olduqda sərt iqlim şəraitində bəndin tikilməsi üçün çətinlik yaradır və həm də onun 
en kəsik profili üzrə qeyri-müntəzəm deformasiyanın artmasına səbəb olur. Sızma 
prosesi həmçinin bəndin ümumi dayanıqlığının təmin olunmasına da mənfi təsir 
göstərir.
Texnoloji vəzifələri yerinə yetirmək üçün istifadə edilən hidrotexniki qurğular 
daimi adlanır. 
Daimi qurğuların tikintisi və təmiri dövründə istifadə edilən hidrotexniki qurğular 
müvəqqəti hesab edilir. 
Daimi hidrotexniki qurğular İN və Q 2.06.01.86-ya uyğun olaraq əsas və ikinci 
dərəcəli olur. 
Əsas qurğulara elə ön basqılı (təzyiqli) hidrotexniki qurğular aid edilir ki, onlar 
dağıdıldıqda su dalğasının təsirindən yaxınlıqda yerləşən yaşayış məntəqəsində 
yaşayan əhalinin normal həyat fəaliyyəti pozulur, binalar, tikilir və ya iqtisadiyyat 
obyektləri dağılır və ya zədələnir. 
İkinci dərəcəli ön təzyiqli (basqılı) hidrotexniki qurğular dağıldıqda göstərilən 
dağıntı və zədələnmələr baş vermir. 
Ön təzyiqli (basqılı) əsas hidrotexniki qurğulara aşağıdakılar aiddir: 
- bəndlər; 
- torpaq bəndin təzyiqli tərəfinə daxil olan dirəklər və dayaq divarları; 
- su qəbulu və suburaxıcı qurğular; 
- təzyiqli (basqılı) hovuzlar və səviyyə tənzimləyən rezervuarlar; 
- hidravlik, hidroakumulyasiya elektrik stansiyaları və kiçik hidrostansiyalar; 
- şəhərlərin, kənd təsərrüfatı sahələrinin və digər təsərrüfat obyektlərinin mühəndis 
mühafizəsinin tərkibinə daxil olan qurğular. 
Ön təzyiqli (basqılı) hidrotexniki qurğular dağıldıqda baş verən nəticələrə görə 
dərəcələrə bölünür


Ön təzyiqli (basqılı) əsas, daimi hidrotexniki qurğuların dərəcəsi həmçinin, aşağı 
byefdə yerləşən obyektlərin əhəmiyyətindən və hesablanmış maksimal təzyiqdən 
(su basqısından) asılıdır . 
Bir hidrotexniki qurğu iki və daha çox müxtəlif təyinatlı vəzifəni yerinə 
yetirirsə, onun dərəcəsi daha yüksək dərəcəli qurğuya görə təyin edilməlidir. 
Müvəqqəti qurğular bir qayda olaraq, IV dərəcəyə aid edilir, amma bəzi hallarda 
onları müvafiq əsaslandırmalarla, III dərəcəyə də aid etmək olar.Çaylardakı sudan 
enerji daşıyıcısı kimi, gəmiçiliyin təmin edilməsi və digər təsərrüfat məqsədləri ilə 
daha səmərəli istifadə etmək üçün hidravlik qovşaqlar yaradılır. Hidravlik qovşaq, 
həcmi on kub kilometrlərlə ölçülən böyük su anbarlarının olması ilə fərqlənirlər. 
Hidravlik qovşaq kompleksinin eyni zamanda su təsərrüfatı kompleksinin bir neçə 
hissəsinin işini təmin edən əsas hidrotexniki qurğuların dərəcəsi, daha yüksək 
dərəcəyə uyğun olan hissə üçün təyin edilir. İkinci dərəcəli hidrotexniki qurğuların 
dərəcəsi verilmiş hidravlik qovşağın əsas qurğularının dərəcəsindən bir dərəcə 
aşağı, amma III dərəcədən çox olmayaraq qəbul edilir. 
Ön təzyiqli (basqılı) hidrotexniki qurğuların dayanıqlığı və möhkəmliyi su 
səviyyəsinin, külək sürətinin, dalğa hündünlüyünün maksimal hesabalanmış 
qiymətlərinə görə İN və Q 2.01.14-83-ə uyğun olaraq, müəyyən edilir. Məsələn, su 
səviyyəsinin hesablanmış təminatı aşağıdakılardan çox olmamalıdır: I dərəcəli 
qurğular üçün - 100 ildə 1 dəfə (1%), II və III dərəcəli qurğularda 20 ildə 1 dəfə 
(5%), IV dərəcəli qurğularda 10 ildə 1 dəfə (10%), küləklə dalğalanmanın və 
küləklə qovulmanın hesablanmış təminatı I və II dərəcəli qurğular üçün - 2% və 
III-IV dərəcəli qurğular üçün 4% olmalıdır; dalğa hündürlüyünün hesablanmış 
təminatı üzrə qəbul edilir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə