Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Fakültə : İnşaat-texnologiya
Kafedra:Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı:
Fövqəladə halların təhlükəli amilləri
Mövzu: 14
.
Kimyəvi təhlükəli obyektlərdə qəzalar,
baş vermə səbəbləri və 
onların nəticələri. 
 
Mühazirəçi: E.K.Qafarov
Mühazirənin planı : 
1
.
Kimyəvi təhlükəli obyektlərin tipləri və təsnifatı.
2.Kimyəvi təhlükəli obyektlərdə qəzaların baş vermə səbəbləri.
3.Kimyəvi təhlükəli obyektlərdə
 
qəzaların nəticələri.
Ədəbiyyat: 
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s 
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh. 
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
 
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki 
müdafiə) Bakı 2010, səh.388 


6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
 
7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az)
 

Bakı-2021 
1.Kimyəvi təhlükəli obyektlərin tipləri və təsnifatı.
 
Kimyəvi təhlükəli obyekti (KTO) hər hansı kimyəvi təhlükə obyekti tipinə aid 
etmək üçün həmin tiplərin müvafiq əlamətlərini təyin etmək lazımdır. Sənayedə 
obyektin sahə və ya yarımsahə üzrə ixtisaslaşması əsas əlamət hesab olunur ki
mülki mühafizəyə bu cür dərəcələnmə qəbul olunmazdır. Mülki müdafiə tədbirləri 
mümkün qəzaların nəticələrinin aradan qaldırılmasına yönəldildiyi üçün, kimyəvi 
təhlükə obyektlərinin tipi ilk növbədə qəzanın zədələyici amillərinin əmələ gəlmə 
şəraitlərindən, həmin amillərin təsirlərinin xarakterindən və mümkün nəticələrin 
miqyasından asılı olaraq təyin edilir. 


Zədələyici amillərin əmələ gəlmə şəraiti ilk növbədə kimyəvi təhlükəli obyektdə 
(KTO) olan maddələrin xassələri və saxlanma şəraiti ilə əlaqədar olur. Məsələn, 
ammonyak saxlanan qab dağıldıqda əmələ gələn zəhərli hava buludunun 
parametrləri və kimyəvi zəhərlənmə zonasının miqyası, əsasən, ammonyakın 
tutumda təzyiq altında və ya izotermik tutumda saxlanmasından asılı olur. Kimyəvi 
zəhər zonasının miqyası, o cümlədən GTZM zəhərliyindən və atmosferin yerüstü 
qatına daxil olan miqdarından da asılı olur. 
Beləliklə, mülki müdafiə nöqteyi-nəzərindən kimyəvi təhlükəli obyektin tipini 
aşağıdakı əlamətlərə görə təyin etmək lazımdır: 
Kimyəvi təhlükəli obyektdə GTZM-nin miqdarı; 
Kimyəvi təhlükəli obyektdə GTZM-nin zəhərliyi; 
GTZM-nin saxlanma (və ya hazırlanma) texnologiyası. 
Bəzən KTO-ni istehsalat əlamətlərinə görə tiplərə ayırırlar: 
GTZM istehsal edən KTO; 
GTZM istehlak edən KTO. 
Kimyəvi təhlükəyə obyektin tipini GTZM miqdarına görə təyin etdikdə 
aşağıdakıları aşkar etmək lazımdır: 
- mümkün kimyəvi zəhərlənmə zonasının dərinliyi KTO-nin həndəsi ölçülərindən 
böyükdürmü? 
- mümkün kimyəvi zəhərlənmə zonasının dərinliyi sanitariya-mühafizə zonasının 
radiusundan çoxdurmu? 
KTO-da mümkün qəzaların nəticələrini qiymətləndirdikdə eyni zamanda GTZM 
saxlanan yalnız bir tutumda qəzanın baş verəcəyi qəbul edilir (nəqliyyatda qəza 
ehtimalı bura aid deyil). 
Bununla bərabər, müəyyən ekstremal hadisələrdə (təbii fəlakət, fəlakətli qəza) 
KTO müxtəlif GTZM yerləşən bütün anbarlarda tutumların dağılması baş verə 
bilər. Ona görə də, mümkün kimyəvi zəhərlənmə zonalarını təyin etmək üçün 
hesabat bütün variantlar üzrə aparılmalıdır. 


Mümkün qəzaların miqyaslarını qiymətləndirmək və onların nəticələrinin aradan 
qaldırılma planlarını hazırlamaq üçün KTO təhlili və kimyəvi təhlükəli obyektlərin 
tipini təyin etmək zəruridir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə