Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


Kimyəvi təhlükəli obyektlərdə qəzaların baş vermə səbəbləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
2.Kimyəvi təhlükəli obyektlərdə qəzaların baş vermə səbəbləri. 
 
Güclü təsirli zəhərli maddələrin (GTZM) saxlanması, daşınması və emal edilməsi 
proseslərində tutumların zədələnməsi və ya dağılması səbəbindən həmin zəhərli 
maddələrin qəza atılmaları baş verə bilər. 
Bundan əlavə, bəzi zəhərsiz maddələr müəyyən şəraitlərdə (məs., partlayış, yanğın 
zamanı) kimyəvi reaksiyalar nəticəsində güclü təsirli zəhərli maddələr yarada bilər. 
Kimyəvi təhlükə obyektində qəza zamanı əsas zədələyici amil atmosferin yerüstü 
qatıdır ki, o, GTZM təsir zonasında olan adamları zəhərləyir. 
Kimyəvi zədələnməyə məruz qalma hava buludunun parametrləri və kimyəvi 
zəhərlənmə zonasının ölçüləri ilə təyin olunur. 
Havanın GTZM ilə zəhərlənməsinin əsas göstəricisi zəhərli maddənin qatılığıdır. 
GTZM havada qatılığı onun vahid hava həcminə gətirilmiş çəki ilə miqdarını 
göstərir və q/m3 və ya mq/1-lə ölçülür. 
3.Kimyəvi təhlükəli obyektlərdə qəzaların nəticələri.
 
Kimyəvi zəhərlənmənin miqyası zəhərlənmə zonasının ölçüləri ilə xarakterizə 
olunur. Kimyəvi zəhərlənmə zonasının aşağıdakı növlərə ayırırlar: ölümcül 
toksodoz (zəhərli doza), sıradan çıxarılan toksodoz və həd toksodozu. 
Ölümcül toksodoz zonası
(fövqəladə zəhərlənmə təhlükəsi zonası) - ölümcül 
zəhərlənmə dozasının sərhədləri zonasına deyilir. 
Sıradan çıxaran toksodoz zonası
(təhlükəli zəhərlənmə zonası) - toksodozun 
sıradan çıxaran qiymət hədləri zonasına deyilir. 


Kimyəvi təhlükə obyektlərində qəzalar zamanı əsas zədələyici amil olan 
atmosferin yerüstü kimyəvi zəhərlənmə qatından əlavə, su mənbələri, ərzaq 
məhsulları, torpaq, həmçinin yanğın və partlayışlar da kimyəvi zəhərlənməyə 
məruz qala bilər ki, həmin məsələlərin bu bölmədə öyrənilməsi nəzərdə tutulmur. 
cəsində baş verə bilər. 
Yoxlama sualları: 
1.Kimyəvi təhlükəli obyektlərin tipləri hansılardır? 
2.Kimyəvi təhlükəli obyektlərdə qəzaların baş vermə səbəbləri nədir? 
3.
Kimyəvi təhlükəli obyektlərdə qəzalar nə ilə nəticələnir? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə