Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
 
 
 


2. Hidrotexniki qurğularda qəzaların baş vermə səbəbləri və nəticələri 
Hidrodinamik təhlükəli obyektlər (HTO) təbiət qüvvələrinin (zəlzələ, fırtına, 
uçqun, sürüşmə və s.) təsirindən, konstruktiv qüsurlardan, istismar qaydalarının 
pozulmasından, daşqınların təsirindən, bünövrələrin uçulmasından, suaşıranların 
kifayətsizliyindən və s., müharibə zamanı isə - zərbə vasitələrinin təsirindən dağıla 
bilər. 
Hidrodinamiki təhlükəli obyektlər təbiət qüvvələrinin təsirindən konstruktiv 
qüsurlardan istismar qaydalarının pozulmasından , daşqınların təsirindən 
bünövrələrin uçulmasından və.s təsirlərdən dağıla bilər. Hidrotexniki təhlükəli 
obyektlər yuyulub dağıldıqda orada əmələ gələn oyuğun ölçülərindən asılı olaraq 
dağıdıcı dalğanın parametrləri dəyişir. Dağıdıcı dalğa 2 prosesin üst – üstə düşməsi 
nəticəsində əmələ gəlir : 
1.
Suyun yuxarı səviyyəsindən aşağı səviyyəyə tökülərək su həcminin birdən – 
birə artması 
2.
Dağıdıcı su dalğası çayın yatağı boyu axdıqca onun hündürlüyü , hərəkət 
sürəti ,eni və digər parametrləri fasiləsiz surətdə dəyişir. Bu dalğada su 
səviyyəsinin qalxan və enən zonaları olur ki , onlar dalğanın ön cəbhəsi 
adlanır. Dağıdıcı dalğa cəbhəsinin arxasında onun hündürlüyü intensiv 
surətdə artır. Bir müddətdən sonra max həddə çataraq , sahilin qatından 
hündür olur və nəticədə subasma hadisəsi baş verir. Bütün axın eni su 
səviyyəsinin qalxması dayandıqdan sonra suyun axını müəyyən dövr ərzində 
sakitləşir. Bu dövrün müddəti su anbarının həcmindən asılıdır. Subasmanın 
son mərhələsi su səviyyəsinin aşağı düşməsidir. Dağıntı dalğası keçdikdən 
sonra həmin ərazilərdə həddən çox rütubət qalır. 
Dağıntı dalğasının dağıtma təsiri aşağıdakıların nəticəsində baş verir . 
1.
Su səviyyəsinin müxtəlif səviyyələrdə birdən – birə dəyişməsi. 
2.
Böyük sürətlə axan su kütləsinin bilavasitə təsiri. 
3.
Hidrotexniki qurğunun bünövrəsinə suyun nüfuz edilməsi nəticəsində 
möhkəmliyin azalması. 


Dağıntı dalğasının hündürlüyü və sürəti çayın hidroloji və topoqrafiq şəraitlərindən 
asılıdır. 
HTO yuyulub dağıldıqda orada oyuq əmələ gəlir ki, yuxarı byefdən aşağı byefə 
axan suyun həcmi və sürəti, həmçinin, bu növ qəzalarda əsas dağıdıcı amil olan 
dağıdıcı dalğanın parametrləri həmin oyuğun ölçülərindən asılı olur. 
Dağıdıcı dağla iki prosesin üst-üstə düşməsi nəticəsində əmələ gəlir: su 
anbarındakı suyun yuxarı byefdən aşağı byefə tökülməsi və su həcminin birdən-
birə artması. 
Dağıdıcı dalğanın obyektlərə təsiri nüvə partlayışı zamanı hava dalğasının təsirinə 
bənzəyir, fərq ondadır ki, burada təsir edən cism sudan ibarətdir. 
Bəndin yarılması ərazinin su basmasına səbəb olur. Subasmış zona aşağıdakı kimi 
əmələ gəlir.
Dağıdıcı su dalğası çayın yatağı boyu axdıqca onun hündürlüyü, hərəkət sürəti, eni 
və digər parametrləri fasiləsiz surətdə dəyişir. Bu dalğada su səviyyəsinin qalxan 
və enən zonaları olur ki, onlar dalğanın ön cəbhəsi adlanır. Dağıdıcı dalğanın ön 
cəbhəsi HTO-in dağılmış hissəsinə yaxın sahələrdə olduqca dik olur və dağılmış 
yerdən bir xeyli məsafədə maillik nisbətən azalır. 
Dağıdıcı dalğa cəbhəsinin arxasında onun hündürlüyü intensiv surətdə artır, bir 
müddətdən sonra maksimal həddə çataraq sahilin qaşından hündür olur və nəticədə 
çaylaq sahələri su basır. Bu zaman çəp axınlar yaranır ki, onlar dalğa cəbhəsinin 
əyrixətli üçbucaq formalı baş zolağını əmələ gətirir. 
Bütün axın eni su səviyyəsinin qalxması dayandıqdan sonra suyun axını müəyyən 
dövr ərzində sabitləşir. Bu dövrün müddəti su anbarının həcmindən asılı olur. 
Subasmanın son mərhələsi su səviyyəsinin aşağı düşməsidir. Dağıntı dalğası 
keçdikdən sonra çay yatağı xeyli dəyişir, çaybasar ərazilərdə həddən çox rütubət 
qalır. 
Verilmiş sxematik təsvirdən də görünür ki, dağıntı dalğasının əsas parametrləri 
(dərinliyi, eni, hərəkət sürəti) bütün istiqamətlərdə dəyişir, yəni axın mürəkkəb 
məkan formasını alır. 
Dağıntı dalğasının dağıtma təsiri aşağıdakıların nəticəsində baş verir:


- ön basqı cəbhəsi dağıldıqda aşağı və yuxarı byeflərdə su səviyyəsinin birdən-birə 
dəyişməsi; 
- böyük sürətlə axan su kütləsinin bilavasitə təsiri; 
- hidrotexniki qurğunun bünövrəsinə suyun nüfuz etməsi nəticəsində qruntun 
möhkəmliyinin azalması; 
- qruntun yuyulması və qrunt kütlələrinin yerdəyişmələri; 
- uçulmuş bina və qurğu parçalarının böyük sürətlə yerdəyişmələri və onların taran 
təsirləri. 
Dağıntı dalğasının hündürlüyü və sürəti çayın hidroloji və topoqrafik şəraitlərindən 
asılıdır. Məsələn, düzənlik sahələrdə dalğanın sürəti 3-25 km/saat hədlərində 
dəyişirsə, dağ və dağətəyi sahələrdə 100 km/saat-a çata bilər. Meşəlik sahələr 
dalğanın sürətini və hündürlüyünü azaldır. 
Böyük hidrotexniki qurğularda son 60-70 il ərzində baş vermiş mindən çox 
qəzaların səbəblərinin təhlili göstərir ki, onların əksəriyyəti bünövrələrin 
yuyulması nəticəsində baş verir. 
Su axını ilə nəql olunan lillərin ziyanlı təsiri su təsərrüfatının bütün 
sahələrində özünü bu və ya digər dərəjədə göstərir. Buna misal olaraq aşağıdakıları 
qeyd etmək olar: 

çaydan götürülən və su ilə birlikdə lillərin suvarma sistemi kanallarına daxil 
olması onların lillənməsinə səbəb olur ki, bu da kanalın suburaxma 
qabiliyyətini bəzən 70- 80 faizə qədər azaldır; 

qurğu düyünlərində lillərin çökməsi onun istismarını çətinləşdirir; 

lillərin su anbarında çökməsi onun faydalı həjminin azalmasına və eləjə də 
istismar müddətinin azalmasına səbəb olur; 

jəldaxıdan və suaşıran bəndlərdə böyük sürətli axınlarda su ilə birgə nəql 
olunan bərk hissəjiklər həmin qurğuların səthlərinin mexaniki aşınmasına səbəb 
olur ki, bu da onların təmir və bərpası üçün əlavə xərjlər tələb edir; 



turbin və nasoslardan keçən lil hissəjikləri onların divar səthlərini jızır, yəni 
mexaniki asınmaya uğradır. Nətijədə bu avadanlıqların faydalı iş əmsalı və 
istismar müddəti azalır; 

suqəbuledici qurğularda lillərlə mübarizə aparmaq zərurəti onların 
konstruksiyalarının mürəkkəbləşməsinə və yaxud da əlavə xüsusi qurğular 
yaradılmasına səbəb olur ki, bu da bütövlükdə hidrodüyünün tikinti dəyərini 
artırır; 

daxili su yollarında çayın məjrasında hərəkət edən lillərin çökməsi nətijəsində 
gəmi gedişində qalxmalar, da- yazlıqlar əmələ gəlir ki, bu da gəmiçilik 
təsərrüfatının pisləşməsinə, izafi istismar xərjlərinin artmasına səbəb olur. 
Lillərin irriqasiya, energetika və digər hidrosistemlərə daxil olması ilə mübarizə 
mərhələlərlə aparılır. Bu mərhələlərin sayı üç olmaqla yanaşı, onlar mübarizə 
tədbirinin aparıldığı yerə və müxtəlif növ qurğu və tədbirlərin lil reciminə təsir 
prinsiplərinə görə bir - birindən fərqlənirlər. 
Müxtəlif ölkələrdə son illərdə əksər bəndlərdə baş vermiş qəzaların 
səbəblərinin 40%-i suaşırma sərfinin hesablanmış maksimal qiymətdən çox olması, 
yəni suyun bəndin üstündən axmasıdır. 
Yoxlama sualları: 
1.Ön təzyiqli (basqılı) əsas hidrotexniki qurğulara nələr aiddir? 
2.
Hidrotexniki qurğularda qəzaların baş vermə səbəbləri nədir? 
3.
Dağıntı dalğasının dağıtma təsiri nəticəsində nə baş verir? 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə