Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


KİMYƏVİ TƏHLÜKƏLİ OBYEKTLƏRDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 
KİMYƏVİ TƏHLÜKƏLİ OBYEKTLƏRDƏ
QƏZALARIN TƏSNİFATI 
Kimya sənayesi müəssisələrində qəzaları iki kateqoriyaya bölürlər. 
I kateqoriya qəzaya - partlayışlar nəticəsində baş verən, texnoloji sxemin 
pozulmasına, texniki qurğuların dağılmasına səbəb olan və məhsul istehsalı tam və 
ya qismən dayandırılan qəzalar aid edilir. Bu halda məhsulun istehsalını bərpa 
etmək üçün yuxarı təşkilatlar tərəfindən xüsusi sərmayə qoyuluşu tələb olunur. 
II kateqoriya qəzaya - əsas və köməkçi texnoloji avadanlığın, texniki qurğuların 
zədələnməsi ilə nəticələnən və bu səbəblərə görə məhsul istehsalı tam və ya 
qismən dayandırılan qəzalar aiddir. Bu halda məhsul istehsalını bərpa etmək üçün 
planlaşdırılmış əsaslı təmir üçün nəzərdə tutulan normativ məbləğdən artıq xərclər 
tələb olunur, bununla belə, yuxarı təşkilatlardan xüsusi sərmayə qoyuluşu tələb 
olunmur. 
Mülki mühafizə maraqları nöqteyi-nəzərindən qəzanın təhlükəlik dərəcəsini 
bilməyən də böyük əhəmiyyəti vardır. Qəzaları təhlükəliliyinə görə aşağıdakı 
növlərə ayırırlar: 
KTO-da xüsusi, qeyri səciyyəvi qəza 
- GTZM mühitə atılması ilə əlaqədar 
olmayan və ya GTZM cüzi sızması ilə əlaqədar olan qəzalardır; 
KTO-da obyekt miqyaslı qəza 
- GTZM texnoloji avadanlıqdan və ya boru 
xətlərindən sızması ilə əlaqədar olan qəzalardır; bu halda kimyəvi zəhərlənmə 
zonasının dərinliyi obyektin ətrafındakı sanitariya - mühafizə zonasının 
radiusundan kiçik olur; 
KTO-da yerli qəza
- bir ədəd GTZM tutumunun və ya anbarının dağılması ilə 
əlaqədar olan qəzalara deyilir; bu halda zəhərli hava buludu yaşayış tikililəri 
zonasına çatır, yaxın yaşayış məntəqəsindən əhali köçürülür və digər müvafiq 
mühafizə tədbirlər görülür; 


KTO-dan regional miqyaslı qəza
- xeyli miqdarda GTZM mühitə atılması ilə 
müşayiət olunan qəzadır ki, bu zaman zəhərli hava buludu bir çox yaşayış 
rayonlarına yayıla bilər; 
KTO-da qlobal qəza - kimyəvi təhlükəli böyük obyektdə GTZM anbarlarının tam 
dağılması ilə müşayiət olan qəzalara deyilir. Böyük təxribat nəticəsində və ya 
müharibə zamanı, təbii fəlakət və ya qonşu obyektdə (partlayış təhlükəli
hidrodinamik təhlükəli) fövqəladə hal nəticəsində baş verən qəzadır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə