Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


YPTO-da qəzaların zədələyici amilllərinin əsas parametrləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

YPTO-da qəzaların zədələyici amilllərinin əsas parametrləri 
Qəzalar öz inkişaf zamanı beş səciyyəvi fazadan keçir: 


Birinci - texnoloji prosesin gedişatında pozuntuların toplanması; 
İkinci - qəzanın təqlid olunması; 
Üçüncü - qəzanın inkişafı, bu zaman adamlara, təbii mühitə və iqtisadiyyat 
obyektlərinə təsirlər baş verir; 
Dördüncü - xilas etmə və digər təcili işlərin aparılması, qəzanın lokallaşdırılması; 
Beşinci - qəzanın nəticələri ləğv edildikdən sonra həyat fəaliyyətinin bərpa 
edilməsi.
 
ENERJİ SİSTEMLƏRİNDƏ, MÜHƏNDİS VƏ TEXNOLOJİ ŞƏBƏKƏLƏRİNDƏ 
QƏZALAR 
Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması 
nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər. Xarakterinə 
görə bunlar nüvə partlayışı nəticəsində yaranan ikinci zədələnmələrin eynidir. 
Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal 
mühəndis şəbələrinin nə demək olduğu bu müəssisələrdə istehsalın nəhəng enerji 
tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: məs., 1 ton koksun, istehsalı 
üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr, çuqun üçün 250 kub metr, 
quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr, sintetik lif üçün 500 
kub m, süni ipək istehsalı üçün 950 kub metr, pambıq-parça materiallar üçün 300-
11.000 kub metr, yüksək sort kağız istehsalı üçün 3 min kub metr su tələb olunur. 
Nəqliyyat sahəsində qəzalar ən çox baş verən hadisələrdəndir. Hazırda mövcud 
olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri 
arasında avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yeri tutur. 
Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının toqquşmasından, 
tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş verən qəzalardan 
əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii fəlakətlər zamanı, 
yolların nasazlığı nəticəsində qəzalar olur. 


İstehsalat qəzaları zamanı partlayışlar tutumların, sistemlərin, digər qabların və 
texnoloji boru kəmərlərinin, deformasiyaya uğraması və ya dağılması nəticəsində 
zərərli maddələrin, o cümlədən də güclü təsirli zəhərli maddələrin (TZM) kənara 
sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı yaşayış 
məntəqələrində ətraf mühitin, o cümlədən də havanın, suyun zəhərlənməsinə, eləcə 
də insanların, heyvanların və bitkilərin ciddi xəstəliklərinə və məhvinə gətirib 
çıxarır. Güclü təsirli zəhərli maddələrin ətrafa sızması və kimyəvi zəhərlənmə 
zonasının yaranması ilə müşayiət olunan istehsalat qəzalarının nəticələri öz 
xarakterinə görə kütləvi qırğın vasitəsi olan kimyəvi silah (zəhərləyici maddə) 
işlədilərkən yaranan kimyəvi zəhərlənmə ocağının nəticələri kimidir. Bu halda 
kimyəvi zəhərlənmə ocağı, kimyəvi maddənin təsiri nəticəsində buradakı insanlar, 
heyvanlar və bitkilər zədələnən və ya zədələnə biləcək əraziyə deyilir. 
Respublikamızda xeyli miqdarda kimyəvi təhlükəli maddələri (KTM) olan 70-dən 
artıq iqtisadiyyat obyekti fəaliyyətdədir. Onların 50%-dən çoxunda xlor, 35%-də 
ammonyak, 5%-də isə xlorid turşusu işlədilir. Bəzi obyektlərdə eyni zamanda bir 
neçə yüz tondan bir neçə min tonadək təhlükəli kimyəvi maddələr ola bilər. Bütün 
obyektlərdə onların ümumi ehtiyatlarının miqdarı 10 min tondan artıqdır. O da 
narahatlıq doğurur ki, belə obyektlər adətən iri narahatlıq doğurur ki, belə 
obyektlər adətən iri şəhərlərdə (əhalisi 100 min nəfərdən artıq olan) və onların 
yaxınlığında yerləşir. Xüsusən də kimya müəssisələrinin 70%-dən çoxu və demək 
olar ki, bütün neftayırma və neft kimyası müəssisələri məhə iri şəhərlərdə və 
onların yaxınlığındadır. Bunlar fövqəladə hallarda əhali üçün ciddi təhlükə törədə 
bilər. 
Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi zəhərlənmə 
baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır.
Bu məlumatlara laqeyd yanaşmaq olmaz, heç olmasa ona görə ki, kimya 
obyektlərində fövqəladə hadisələrin sayının artması tendensiyası yaranmışdır. 
Qeyd etmək kifayətdir ki, 1992-1998-ci illərdə belə obyektlərdə KTM-in ətraf 
mühitə sızması ilə nəticələnən 10-dan çox qəza olmuş, bu zaman 100-dən artıq 
adam zərər çəkmişdir. 


Radioaktiv maddələrin ətrafa sızması atom elektrik stansiyalarında, atom 
gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində 
baş verir. 
Radioaktiv qazların sızması, o cümlədən: uran şaxtalarından havanı zəhərləyən 
Radon qazının, nüvə yanacağının regenerasiyası üzrə qurğuda və reaktorlarda 
yaranan radioaktiv qazın, eləcə də radioaktiv tullantılar saxlanılan müəssisələrdən 
və anbarlardan radioaktiv mayelərin ətrafa sızması xüsusən qorxuludur. 
Atmosferin, su hövzələrinin və torpağın sənaye tullantıları və digər maddələrlə 
çirklənməsi, zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə 
hallar tədbirdə ekoloji tarazlığı pozur. Havanın çirklənməsi bəzən iri təbii 
fəlakətlərə bərabər təsirə malik olur. Dünyada iki nömrəli problem sayılan bu 
problemin (bir nömrəli problem - sülh hesab edilir) aktuallığı o dərəcədə böyükdür 
ki, onun həlli üçün planetin bütün ölkələrinin birgə ciddi - söhbətləri tələb olunur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə