Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri


partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c


partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən 
yanğınlar, uçqunlar və s. törədir. 
Məişətdə işlədilən qaz balonlarının partlayışları da tez-tez baş verir, nəticədə 
yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan tələfatına 
və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışların gücü artdıqca onların 
yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların 
elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa 
təsir, əks olunan təsir, kənarlardan təsir, içəridən təsir, seysmik partlayış dalğasının 
təsiri və s. kimi. Qurğuların zəif sahələrinin modelləşdirilməsi zamanı onların 
elementlərinin zərbə dalğasının təsirinə müqavimətini zərbə dalğası cəbhəsindəki 
izafi təzyiqlə xarakterizə edirlər ki, bu da DPf ilə işarə olunur. İzafi təzyiq DPf-dən 
həmçinin zərbə dalğasının təsirinə qurğu elementlərinin göstərdiyi müqavimətin 
universal xarakteristikası kimi, eləcə də onların dağılma və zədələnmə dərəcəsini 
təyin etmək üçün istifadə olunur. 
İstehsalat qəzaları zamanı qurğuların partlayış nəticəsində zədələnməsinin dərəcəsi 
və xarakteri aşağıdakılardan asılı olur: 
· partlayışın gücündən (trotil ekvivalentindən); 
· obyektdəki qurğunun texniki xarakteristikasından (növü, möhkəmliyi, ölçüsü, 
forması - əsaslı, müvəqqəti, yerüstü, yeraltı və s.); 
· obyektin planirovkasından (qurğuların seyrəkliyi, tikintinin xarakteri) və ərazinin 
landşaftından (relyef, torpaq növü, yaşıllıqların sahəsi və s.); 
· meteoroloji şəraitdən (küləyin istiqaməti və gücü, rütubət, temperatur, yağıntı). 


Müəssisədə müxtəlif səbəblərdən qaz-hava qarışığının partlayışı ehtimalı 
yaranarkən təhlükəyə məruz qala biləcək üç yarımsferik zona nəzərdən keçirilir: 
I - qaz-hava partlayışının yerin səthində bilavasitə brizant təsiri zonası; 
II - partlayış məhsullarının təsiri zonası; 
III - hava zərbə dalğasının təsir zonası. 
Qaz-hava qarışığının təsir dairəsi nüvə partlayışında olduğu kimidir (hesablamalar 
üçün eyni cədvəllərdən istifadə etmək mümkündür). 
I zonada zədələyici təsir dağıntılarla xarakterizə edilir ki, bu dağıntılar qaz-hava 
qatışığının daxilindəki detonasiya məhsullarının ətrafdakı əşyalara kəskin zərbəsi 
sayəsində meydana çıxır. Təsirin radiusu məlumat kitabçalarında verilən cədvəllərə 
uyğun surətdə bu düsturla təyin edilir: ç=1,7Ço. Karbohidrogenlər, propan və 
metan partlayarkən Ço-10 ton üçün 40 m, 50 ton üçün 70 m-ə, 100 ton üçün 90 m 
və 200 ton üçün 109 metrə bərabərdir. 
Obyektlərdə havaya çoxlu benzin buxarlı, şəkər və mişar tozu və s. qarışması 
sayəsində yaranan qaz-hava qarışığı partlayışlarının qarşısını almaq üçün ilk 
növbədə ehtimal olunan alışma mənbələrini aradan qaldırır, müəssisənin 
dağıntılardan, mühafizəsinə yönəldilmiş tədbirlər həyata keçirirlər. 
Mühafizənin altı üsulu məlumdur: 
· partlayış zamanı yaranan maksimum təzyiqə bərabər təzyiqə davam gətirə 
biləcək möhkəm qoruyucu konstruksiyaların layihələşdirilməsi; 
· partlayış təhlükəli zonalarda yanğının davam etməsinə imkan verməyən, yəni 
havasında az oksigen olan ətalətli mühitin yaradılması; 
· partlayış təhlükəli zonanın möhkəm divarlarla əhatə edilməsi; 
· partlayış təhlükəli istehsalatların partlayış zamanı ətraf mühitə zərər dəyməyəcək 
uzaq sahələrdə yerləşdirilməsi; 
· partlayış zamanı yaranan yüksək təzyiqi azaltmaq üçün xüsusi qoruyucu 
klapanlar düzəldilməsi; 
· partlayışın yatırdılması. 


Partlayışın yatırdılması aşağıdakı prinsipə əsaslanır: partlayış təhlükəli qarışıq 
alovlanarkən ilk anda təzyiq yavaş yüksəlir və həmin anda da xüsusi vericilərin 
siqnalı üzrə, məhlulçiləyici qurğu işə qoşulur və odsöndürücü məhlul çiləməklə 
yanğının yayılmasının qarşısını alır.Bu məqsəd üçün müxtəlif kimyəvi maddələr, 
xüsusən də xlor-brom-metan daha təsirlidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə