Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

 


7.
 
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr 
toplusu.Bakı-2021 (azmiu.edu.az) 
Bakı-2021
 
 
1.Əhalinin,məruz qaldığı təhlükəli yoluxucu xəstəliklərin(taun,vəba.sarı qızdırma 
və s.)xarakteristikası.
 
Mülki müdafiə üçün nəticə etibarı ilə lokal sonluqla (ölümlə) və epidemiyaların 
yayılması ilə xarakterizə olunan yoluxucu xəstəliklər əhəmiyyət kəsb edir. Bu 
nöqteyi-nəzərdən taun, vəba, sarı qızdırma, QİÇS (qazanılmış ümmun 
çatışmamazlığı sindromu), və s. ən təhlükəli xəstəliklər sırasına daxildir. 
Taun - kəskin, zoonoz yoluxucu xəstəlik olaraq, taun mikrobakteriyaları - bütün 
orqanizmdə yayıla bilən xüsusi virulent qıcıqlandırıcılar vasitəsi ilə yaranır və 
müxtəlif orqan və hüceyrələrdə hemmorogik mənbələrin əmələ gəlməsi ilə 
nəticələnir. Klinik cəhətdən taun özünü çox güclü ümumi inteksikasiya, ürək-
damar sisteminin ağır zədələnməsi və törədicilərin orqanizmə təsir istiqamətindən 
asılı olaraq lokal əlamətlərlə, ya limfodent kimi (bubon forması - qasıqda limfa 
vəzilərin iltihabı), ya karbunkul və limfodenitli dəri xorası (dəri-bubon forma), ya 
da hemmorogik sətəlcəm kimi (ağ ciyər forması) büruzə verir. Taunun bütün 
formalarının xüsusiyyəti onun septik amillərlə müşayiət olunmasıdır ki, bu da 
lazımi müalicə olmadığı halda tezliklə ölüm hadisəsinə gətirib çıxarır. 


Taun infeksiyasının daşıyıcılarından ən başlıcası çoxsaylı və çöl ərazilərində çox 
yayılmış uzunömürlü gəmiricilər olan sünbülqıranlardır. Taun xəstəliklərinin vəhşi 
gəmiricilərdən insana yoluxmasının əsas keçiriciləri siçovullar və bir qədər az 
səviyyədə siçanabənzər gəmiricilərdir. Taun törədicilərin gəmiricilərdən insanlara 
əsas yayıcıları siçovul bitləridir. Taun infeksiyalarının yayılmasına səbəb 
infeksiyalı bitlərin dişləməsi ilə bərabər, həm də belə bitlərin ifrazatlarının insanın 
dərisinə və ya selikli qişasına düşməsi ola bilər. Bundan başqa xəstə gəmiricilər və 
ya onların ifrazatları ilə birbaşa və ya dolayısı ilə əlaqədə olmaq da xəstəliyə səbəb 
ola bilər. İnsanların xəstələnməsi həmçinin sənaye əhəmiyyətli heyvanların 
dərilərinin soyulması, onların cəmdəklərinin ayrılması zamanı da baş verə bilər. 
Respublika ərazisində bir neçə əlahiddə taun mənbələri mövcuddur. 
Taun mənbələrinin mövcudluğu, beynəlxalq münasibətlərin inkişafı, sürətli əlaqə 
formalarından istifadə kimi amillər epidemiyalara qarşı sayıqlığın həmişə lazımı 
səviyyədə olmasını tələb edir. 
Vəba - insan orqanizminə vəba vibrionları ilə keçən kəskin yoluxucu xəstəlikdir. 
Vəbanın klinik təzahür formaları orqanizmin kəskin surətdə susuzlaşması və 
duzsuzlaşmasına, qan dövranının pozulmasına, sidik ifrazının kəsilməsinə, bədən 
temperaturunun aşağı düşməsinə, qıc hallarına, sianoza, asidoz və mərkəzi sinir 
sisteminin funksiyalarının itirilməsinin inkişafı ilə müşayiət olunan və koma halına 
gətirib çıxara biləcək səviyyədə maddələr mübadiləsinin ağır pozulması ilə 
nəticələnən qəfləti ishal və qusma hallarının əmələ gəlməsi ilə xarakterizə olunur. 
Vəba törədicilərinin yeganə mənbəyi ətraf mühitə ifrazatlı və qusuntuları ilə vəba 
vibrionları yayan insanlardır.
Epidemioloji cəhətdən qızdırmanı iki növə ayırırlar. 
Birinci - rütubətli cəngəlliklərin sarı qızdırması, bu təbii-lokal mənbəli zoonaz 
xəstəlikdir. Bununla yanaşı heyvanlardan insanlara keçmiş virus sonradan əhali 
arasında ağcaqanadlar vasitəsi ilə antroponoz transmissiv xəstəlik kimi də yayıla 
bilər. 


İkinci forma - klassik, şəhər sarı qızdırmasıdır, bu antroponoz xəstəlikdir. 
İnfeksiya mənbəyi xəstə insandır və virus ondan ağcaqanada keçir və orada 
ömrünün sonuna kimi qalır. Virus sağlam insana xəstə ağcaqanadın onun qanını 
sorduğu vaxt keçir. Yayıcı ağcaqanadlar yalnız 18-39 dərəcə “S” temperaturda və 
kifayət qədər rütubətli şəraitdə çoxalırlar ki, bu da onların tropik-rütubətli iqlimi 
olan ölkələrdə olmasını müəyyənləşdirir. Lakin sarı qızdırmanın yayılması, yay 
vaxtı havanın temperaturu 18-25 dərəcə “S”-yə çatanda, yayıcı ağcaqanadların ora 
düşməsi hallarında, mülayim iqlimli ölkələrdə də mümkündür.
QİÇS - qazanılmış ümmun çatışmamazlığı sindromu, insanın immun 
çatışmamazlığı virusundan (İİÇV) törənir. 
İİÇV qana düşərək, T - limfositlərə keçir. Burada onun çoxalma sikli baş verir ki, 
bu da sahib hüceyrənin məhvinə gətirib çıxarır. Orqanizmdə mikroblara və əvvəllər 
patogen olmayan parazitlər (pnevmositlər, müxtəlif bakteriyalar, göbələklər, 
acıtmalar, viruslar) aktivləşməyə başlayır. 
QİÇS-in mənbəyi ən əvvəl xəstə insandır. 
Xəstəliyə yoluxmadan sonra bir neçə aydan bir neçə ilə qədər (5 il) davam edə 
bilən inkubatsiya dövrü başlanır.
QİÇS-lə xəstələnmə 65-70% halda ölümlə nəticələnir. 
QİÇS xəstəliyinin profilaktikası və qarşısının alınması nəzarət sisteminə əsaslanır 
(risk qruplarına məxsus şəxslərin aşkar edilməsi, onların klinik, laborator 
müayinəsi). Xüsusi profilaktika mövcud deyil. 
Hələlik bu xəstəliyə qarşı vaksin tapılmayıb. Qeyri-spesifik profilaktik tədbirlər 
aşağıdakılardan ibarətdir: 
sanitar-maarifləndirmə; 
qan donorlarına nəzarət; 
dezinfeksiya və sterilləşdirmə sistemi. 
Sonda, epidemik yayılmaya meylli olan bir sıra vacib inyeksiyalar haqqında söhbət 
açmaq zəruridir. Bu yoluxucu xəstəliklər xüsusi təhlükəli olmasalar da ölkədə 
müəyyən qədər yayılma ehtimalı olduğuna görə onlara qarşı profilaktik tədbirlərin 
aparılması və müalicə məsələləri aktualdır. 


Qarın yatalağı (Tif) və A və B paratifləri - salmonellalar tərəfindən törədilir. Tif - 
paratifoz bakteriyalar ətraf mühitə kifayət qədər davamlıdırlar. Törədicilər insan 
orqanizminə düşdükdə nazik bağırsağın seliyində qalır, orada yığılır, artır sonra isə 
mikroblar qana keçir. 
Qarın yatalağı və paratiflərlə xəstələnmə halları hazırda yüksək deyil. Xəstəlik 
sporodik şəkildə və ya xroniki su epidemiyası şəklində keçir. Sudan yoluxma 
halları nisbətən daha az müşahidə olunur və bu hallar ümumiyyətlə qəza 
vəziyyətlərinin nəticəsində baş verir. 
Dizenteriya - insanın şiqqellər tərəfindən törədilən yoluxucu xəstəliyidir. Kliniki 
cəhətdən ümumi intoksikasiya və yoğun bağırsağın xəstəliyi simptomları ilə 
xarakterizə olunur. Əsas etibarı ilə qida, su və müəyyən hallarda çirkli əllər vasitəsi 
ilə keçir. Sanitar-gigiyenik qaydalara riayət edilmədiyi hallarda epidemik yayılma 
baş verə bilər. 
A tipli viruslu Hepatit - insanın yoluxucu xəstəliyidir. Spesifik virus tərəfindən 
törədilir və əsas etibarı ilə qara ciyərin xəstələnməsi ilə nəticələnir. Kliniki 
cəhətdən hepatit özünü ümumi intoksikasiya simptomları, qara ciyərin 
funksiyalarının pozulması, sarılıq xəstəliyinin inkişafı, maddələr mübadiləsinin 
pisləşməsi ilə büruzə verir. Yoluxma fekal-oral yolla baş verir. 
V tipli viruslu Hepatit - əsas etibarı ilə müxtəlif tibbi prosedurların yerinə 
yetirilməsi zamanı keçir (qan köçürməsi, inyeksiyalar və s.) və epidemik cəhətdən 
az qorxuludur. 
Qripp - kəskin viruslu yoluxucu xəstəlikdir. Kliniki cəhətdən qızdırma ümumi 
intoksikasiya sindromu, yuxarı nəfəs yollarının selikli qişasının, xüsusən 
traxeyanın kataral iltihabı ilə xarakterizə olunur. İnfeksiya hava-damla yolu ilə 
keçir. 


Meninqokok 
infeksiyası - kəskin yoluxucu xəstəlikdir. Vekselbaum 
meninqokokları tərəfindən törədilir. Daha çox yayılmış sağlam daşıyıcılıqdan 
başlayaraq, xəstəliyin çox ağır formaları olan və yüksək letal sonluqla nəticələnən 
irinli meningit və meninqokok sepsisə qədər infeksion proseslərin çox müxtəlif 
formaları ilə müşayiət olunur. Meninqokok xəstəliyinin kliniki təzahür formaları 
arasında xəstəlik baxımından az qorxulu olan, lakin törədicilərin əhali arasında 
geniş yayılması prosesində əsas rol oynayan nazofaringit daha çox müşahidə 
olunur.
İnsanların yoluxucu xəstəliklərinin təsnifatı 
Epidemiologiyada yoluxucu xəstəliklərin müxtəlif təsnifatları mövcuddur. Bir çox 
epidemioloji təsnifatlar içərisində mahiyyətini törədicinin yoluxma mexanizmi 
təşkil edən təsnifat daha geniş yayılmışdır. Törədicinin orqanizmdə infeksiyanın 
keçmə mexanizmini müəyyənləşdirən əsas lokallaşmasına uyğun olaraq, bütün 
yoluxucu xəstəliklər 4 qrupa bölünür: 
1) bağırsaq infeksiyaları; 
2) nəfəs yollarının infeksiyaları (aerozollu); 
3) qanla keçən infeksiyalar (transmissiv); 
4) xarici örtük infeksiyaları (kontaktlı). 
Yoluxucu xəstəliklərin ümumbioloji təsnifatının əsasını onların törədicilərinin 
mənbəyinin xüsusiyyətlərinə görə ayrılması təşkil edir: antroponozlar, zoonozlar, 
həmçinin infeksion xəstəliklərin transmissiv və qeyri-transmissivlərə ayrılması 
nəzərdə tutulur. 
2.Heyvanların məruz qaldığı təhlükəli yoluxucu xəstəliklərin(dabaq,donuz taunu 
və s.) xarakteristikası. 
 
Heyvanların daha çox yayılmış, xəstəliyin ağırlığı, epizootiyaların yaranması və 
inkişafı, həmçinin karantin tədbirlərinin təşkili və həyata keçirilməsi baxımından 
ən təhlükəli xəstəlikləri dabaq, donuzların klassik taunu və quşların nyukasl 
xəstəliyidir. 


Dabaq - qoşadırnaqlı ev və vəhşi heyvanlarda qızdırma, ağız nahiyəsinin selikli 
qişasının, dərinin, əmcəklərin və sonluqların avtoz xəstəliklərə məruz qalması ilə 
müşayiət olunan yüksək kokontagioz, kəskin viruslu xəstəlikdir. 
Dabaq xəstəliyinə daha tez məruz qalan heyvanlar iribuynuzlular və donuzlardır. 
Qoyunlar və keçilər bu xəstəliyə az tutulurlar. Dabağın törədiciləri xəstə heyvanlar, 
o cümlədən xəstəliyin inkubasiya dövrünü keçirən və virusdaşıyıcıları olan 
heyvanlardır. Belə heyvanlar ətraf mühitə virusu süd, tüpürcək, sidik və nəcislə 
yayırlar ki, nəticədə tikililərin, otlaqların, su mənbələrinin, yemin və nəqliyyat 
vasitələrinin və sairənin infeksiyaya uğraması prosesi baş verir. 
Dabağın yayılması əksər hallarda təsərrüfat və iqtisadi əlaqələrdən, heyvandarlığın 
aparılması 
üsullarından, 
heyvanların 
sayından, 
əhalinin 
miqrasiyanın 
səviyyəsindən və digər amillərdən asılıdır. 
Dabaq virusunun yayılmasında insanın böyük rolu var, beləki, o heyvanlarla 
təmasda olaraq, böyük məsafələrə hərəkət edə bilir. Dabaq, özünü bir qayda olaraq 
epizootiya, bəzən isə panzootiya formalarında biruzə verir. 
Dabağa qarşı mübarizə tədbirləri sistemi mövcuddur. Əsas diqqət dabağın 
xaricdən, ölkənin digər rayonlarından, gətirilməsinin qarşısının alınmasına 
yönəldilmişdir. 
Dabaq aşkar olunduqda onun mənbəyi olan təsərrüfata və ya yaşayış məntəqəsinə 
karantin elan olunur və orada təsərrüfat fəaliyyəti məhdudlaşdırılır. 
Donuzların klassik taunu - yoluxucu, yüksək kokontagioz xəstəlikdir. Adi şəraitdə 
taun xəstəliyinə növ və yaşından asılı olmayaraq yalnız bütün ev və vəhşi donuzlar 
tutulurlar. Cins donuzlar xəstəliyə daha tez məruz qalırlar. İnfeksiya mənbəyi 
əvvəllər və ya hazırda xəstə olan ev və vəhşi donuzlar - virusdaşıyıcılarıdırlar. 
Taunla xəstələnmə xəstə və ya virusdaşıyıcıları olan donuzların sağlam heyvanlarla 
birgə saxlanılmasından və həmçinin infeksiyalı yemdən istifadədən baş verir. 


Klassik taun ilin bütün vaxtlarında yarana bilər. Lakin ona donuzların kütləvi 
yerdəyişməsi, satılması və kəsilməsi vaxtı olan payız aylarında daha çox təsadüf 
olunur. Yeni yaranmış mənbələrdə immunsuz heyvanların olması şəraitində, 
epizootik proses intensiv şəkildə, epizootiya formasında baş verir. Yoluxma 
səviyyəsi 95-100%-ə, heyvanların qırılması 60-100%-ə çatır. 
Ətraf mühitdə taun virusunun davamlı olaraq qalması, həmçinin virusdaşıyıcıların 
uzun müddət aşkar olunmaması yeni yaranmış mənbələrin stasionar mənbələrə 
çevrilməsinə səbəb olur. Tauna tutulmuş donuzların spesifik müalicəsi 
işlənilməyib. Xəstə heyvanları dərhal məhv edirlər.
Quşların nyukasl xəstəliyi (psevdotaun) - toyuqlar dəstəsinə daxil olan quşların 
yüksək kokontagioz viruslu xəstəliyidir və nəfəs yollarının, həzm orqanlarının və 
mərkəzi sinir sisteminin xəstələnməsi ilə xarakterizə olunur. Törədicilərin mənbəyi 
xəstə və ya nə vaxtsa xəstələnmiş, viruslu nəfəsləri, bütün növ ifrazatları ilə yayan 
quşlardır. Virus quşun xəstələndiyindən sonra, 24 saat ərzində inkubasiya dövrünə 
daxil olur. 
Quşların xəstələnməsi alimentar və aerogen yolla, yem, su, hava vasitəsi ilə xəstə 
və sağlam quşların birgə saxlanılması şəraitində baş verir. Virus mənbəyi vəhşi 
quşlar, həmçinin ev qazları və ördəkləri ola bilər.
Spesifik müalicə işlənməyib. Xəstə quşların simptomatik müalicəsi infeksiyanın 
törədicisinin yayılması təhlükəsinə görə məqsədə uyğun hesab olunmur. Nə vaxtsa 
xəstələnib sağalmış və vaksinləşdirilmiş quşlar immunitet qazanırlar. Əksər 
təsərrüfatlarda vaksinləşdirməni aerozol metodu ilə həyata keçirirlər. 
Nyukasl xəstəliyinə şübhə olan hallarda laborator müayinələri aparılır. Xəstələnmə 
halları təsdiq olunduqda təsərrüfat təhlükəli elan olunur və ona karantin tətbiq 
edilir. Belə təsərrüfatda olan xəstə quşlar məhv edilir və ya yandırılır. 
Epizootoloji təsnifata görə heyvanların yoluxucu xəstəlikləri 5 qrupa bölünür : 
1) alimentar infeksiyalar - torpaq, yem, su, vasitəsi ilə ötürülür. Mədə-bağırsaq 
sisteminin xəstələnməsi xarakterikdir: törədicinin ötürülməsinin əsas amili 
infeksiya olunmuş yem, təzək və torpaqdır; bu infeksiyalara qara yara, dabaq, sap, 
brusellyoz və s. aiddir. 


2) respirator infeksiyalar (aerogen) - nəfəs yollarının və ağ ciyərin selikli qişasının 
xəstələnməsi; əsas ötürmə yolları - hava-damla; bunlara aiddir: paraqripp, ekzotik 
sətəlcəm, qoyun, keçi çiçəyi, yırtıcı heyvanların taunu və s; 
3) transmissiv infeksiya - ötürmə, qaniçən buğumayaqlılar vasitəsi ilə baş verir, 
törədicilər daima və ya müəyyən dövr qanda qalır: ekzotikliyi və mövsümüliyi ilə 
fərqlənir; bunlara ensofalomielitlər, tulyaremiya, atların infeksion anemiyası 
aiddir; 
4) törədiciləri üst örtük vasitəsi ilə, ötürücülərin iştirakı olmadan yoluxan 
infeksiyalar. Bu qrup ötürmə mexanizminə görə çox müxtəlifdir; bunlara stobnyak, 
quduzluq, inək çiçəyi və s. aiddir. 
5) naməlum yollarla keçən infeksiyalar, yəni təsnifata düşməyən qrup. 
Heyvanların yoluxucu xəstəliklərinin (epizootik baxımdan) aşağıdakı üç prinsip 
üzərində qurulmuş digər təsnifatı da mövcuddur (Bakulov təsnifatı): 
· törədicinin orqanizmdə lokalizə olunmasının onun ötürmə mexanizminə 
uyğunluğuna görə; 
· infeksiyanın törədicisinin mənbəyinə görə; 
· törədicilərin kateqoriyalarına görə. 
Lakin bir çox müəlliflərin fikrincə yolxucu xəstəliklərin epizootoloji təsnifatının 
təkmilləşdirilməsinə yönəldilmiş yeni nəzəri tədqiqatların aparılması zəruridir. 
3. Bitkilərin məruz qaldığı xüsusi təhlükəli yoluxucu xəstəliklərin(gövdə pası və 
s.) xarakteristikası.
 
Ən təhlükəli xəstəliklər buğdanın, çovdarın gövdə (xətti) pası, buğdanın sarı pas 
xəstəliyi və kartofun sitoftorozasıdır. 


Buğdanın, çovdarın gövdə pası - bu bitkilərin daha çox yayılmış və zərərverici 
xəstəliyidir. Gövdə pası əsas etibarı ilə dənli bitkilərin gövdələrini və yarpaq 
qınlarını zədələyir. Pas xəstəliklərinin tez yayılması onların törədicilərinin yüksək 
məhsuldarlığı ilə şərtiləşir. Törədicinin tam inkişaf siklini ardıcıl spordaşıma sırası 
təşkil edir. Gödələk (qıcıqlandırıcı) teleytomərhələdə yalnız dənlilərin 
kövşənliyində qışlayır. Yazda teleytosporlar bazisiosporlarla bazisiyalar əmələ 
gətirir ki, onlar da müvafiq şərait olduqda əvvəl bitkilərin dənlərini deyil, aralıq 
bitkilərin - zirişkin cavan yarpaqlarını zəhərləyirlər.
Sarı pasın yüksək zərərvericiliyi mülayim qış, isti yaz və rütubətli və sərin yayı 
olan illərdə qeydə alınır. Əkinlərin sarı pasla xəstələndiyi hallarda buğdanın 
məhsuldarlığı 50%-ə qədər aşağı düşür, göbələk üçün əlverişli hava şəraiti olduqda 
isə məhsulun 90-100%-i məhv ola bilər. 
Kartofun fitoftorozu - çox yayılmış və zərərverici xəstəlikdir. Fitoftorozun əsas 
zərəri kartof yumrusunun əmələ gəldiyi dövrdə tağların vaxtından əvvəl məhvi və 
yumrular yerdə olarkən onların kütləvi şəkildə çürüməsi nəticəsində məhsulun 
miqdarını aşağı salmasındadır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə