Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Güclü istilər. 
Tropik havanın təsiri, yaxud yerli antisiklon şəraitdə əmələ gələn 
tropik hava şəraiti nəticəsində bir neçə gün ərzində havanın temperaturu orta 
maksimumdan xeyli artıq olur. Nəticədə bəzi günlər sakit hava şəraitində dözülməz 
termik şərait yaranır. Azərbaycanda güclü istilər yay aylarının yüksək termik 
fonunda, demək olar ki, hər il baş verir. 
Qızmar diskomfort birinci növbədə ürək-damar xəstəliklərini ağırlaşdırır, bəzən 
tək-tək və ya kütləvi ölüm halları ilə nəticələnir. Təəssüflə qeyd etməliyik ki, sovet 
hakimiyyəti illərində atmosfer hadisələri nəticəsində baş verən ölüm halları 
haqqında statistika məxfi olmuş və buna görə də konkret məlumat vermək çətindir. 
Lakin yaxın enliklərdə yerləşən ərazilərdə, Hindistanın şimal əyalətlərində, 
Yunanıstanda, ABŞ-da baş verən güclü istilər müəyyən nəticə çıxarmağa imkan 
verir.
Güclü istilər, iqlimin istilənməsi bəşəriyyət qarşısında duran ən ciddi 
problemlərdən biridir.
Güclü istilər, “istixana effekti” və təbii istiləşmə ilə əlaqədar dövrlər bir-birinin 
üstünə düşəndə daha çox ziyanlı ola bilər. 
Leysan. 
Adətən qısa müddətdə yağan şiddətli yağış. Yağışın şiddəti onun müəyyən 
miqdarının müxtəlif vaxt ərzində yağması ilə ölçülür. Məsələn, bir dəqiqə ərzində 
0,5 min və daha çox yağış düşsə bu leysandır. 1 saatda 0,2 mm, 6 saatda 0,09 mm 
yağış da leysan hesab edilir. 


Leysan ən çox ilin isti dövründə (aprel-oktyabr) topa yağış buludlarından yağır. Bu 
yağışlar Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonaları, xüsusilə Şəki-
Zaqatala bölgəsi üçün səciyyəvidir. Talışda leysan yağışları uzunmüddətli olsa da 
bəzən qısa vaxt ərzində həddən çox yağış düşür. Məsələn, 1912-ci ilin 18 
oktyabrında Astarada sutka ərzində 105 mm, 25 dəqiqə ərzində isə 10,3 mm 
yağıntı düşmüşdür. 1917-ci ilin 19 oktyabrında burada 159 mm yağıntı düşmüş və 
bunun güclü leysan hissəsi 35 dəqiqə ərzində 18 mm olmuşdur. 1934-cü ilin 
aprelində Dağlıq Qarabağda düşən güclü leysan 14 gün ərzində rayonlararası 
əlaqəni pozmuşdu, Şəki rayonunda tez-tez baş verən leysanlar güclü, bəzən 
dağıdıcı sellərə keçməsinə səbəb olur. 
Leysanlar təkcə dağətəyi yox, yəzən respublikanın düzənlik rayonlarında da güclü 
daşqınlar və böyük dağıntılar törədir. 
Tufan. 
Şiddətli qızma nəticəsində yer səthinə yaxın hava təbəqələri 2000-3000 m 
və daha yuxarılarda güclü tora-yağış buludları əmələ gətirir. Buludların sürətli 
inkişafı çox vaxt güclü elektrik boşalmaları - ildırım, göy gurultusu və şiddətli 
yağışla (tufanla) nəticələnir. Güclü tufan zamanı ayrılan enerji bir neçə atom 
bombasının partlaması nəticəsində alınan enerjiyə uyğun gəlir. 
Dolu və şiddətli yağışla müşaiyət olunan tufanlar kənd təsərrüfatına ciddi ziyan 
vurur. 
Azərbaycanda tufan ən çox dağlıq rayonlarında - Böyük və Kiçik Qafqazın 
dağətəyi və orta dağ rayonlarında müşahidə edilir. Burada ilin isti dövründə 35-45 
gün tufan olur. Kür-Araz ovalığında, Talışın düzənlik hissəsində ildə 10-20 gün 
güclü tufan qopur, tez-tez dolu yağır. Yağıntının miqdarı çox olduğuna görə dağ 
çayları daşır, bəzən sel əmələ gəlir. Tufanlar adətən günün ikinci yarısında, axşam 
və gecə yarısı baş verir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə