FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


NAĞILLARIN TƏHLİLİ ÜZRƏ İŞİN ELMİ –



Yüklə 0,72 Mb.
səhifə61/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

NAĞILLARIN TƏHLİLİ ÜZRƏ İŞİN ELMİ –


METODİKİ PRİNSİPLƏRİ
Hər bir bədii əsər, istər nəzmlə yazılmış olsun, istərsə də nəsrlə, habelə dram əsərlərinin hamısı məzmun öyrədildikdən sonra təhlil edilməlidir.
Təhlil əsərin canrı, mövzu və ideyası ilə bağlı məsələlrin şərhi ilə başlayır.
«Zəhmət, Ağıl və Bəxt» nağılı da şifahi xalq yaradıjılığı məhsuludur. Siz müxtəlif nağıllar eşitmisiniz və onlarla nağıllarımız vardır ki, hələ oxumayıbsınız. Yeri gəlmişkən deyim ki, hamı nağılları oxumalıdır. Nağıl, dastan oxuyan şəxs xalqın ruhuna, mənəviyyatına daha sıx bağlanar. Bütün nağıllarda gözllik, nəjiblik, doğruluq, xeyirxahlıq təbliğ olunur. «Zəhmət, Ağıl və Bəxt» nağılı da belə əsərlərdəndir.
Bəs «Zəhmət, Ağıl və Bəxt» nağılının mövzusu haradan götürülmüşdür, başqa sözlə desək, nağıl nədən bəhs edir? Bu suala konkret javab vermək lazımdır. Qeyd etmək lazımdır ki, hər hansı bir əsərin konkret mövzusu və ideyası olur. «Zəhmət, Ağıl və Bəxt» nağılının mövzusu bir əkinçinin başına gələn əhvalatdan götürülmüşdür.
Bəs nağılın ideyasını nə təşkil edir? Yeni nağıldan çıxan son fikir nədən ibarətdir? Sözsüz ki, burada Zəhmətə üstünlük verilir. Həyatın gözəlliyi zəhmətdədir. Zəhmət çəkmədən səfa görmək olmaz. Zəhmətsiz rahatlıqdan danışmaq da olmaz. Çünki insanın varlığı, səadəti öz zəhməti ilə bağlıdır.
Bundan sonra nağılda olan obrazlar qeyd edilməlidir. Nağılda dörd obraz vardır: əkinçi, Zəhmət, Ağıl, bəxt.
Nağılın əsas qəhrəmanı əkinçidir. Digər obrazlar əkinçi ilə bağlıdır. Hər obrazın özünə xas xarakteri, xasiyyəti vardır.
Əsərin məzmununun öyrədilməsi və təhlili üzrə işin növlərindən biri də plan üzrə öyrətməkdir. Ümumiyyətlə plan üzrə iş I sinifdən başlayır. I sinifdə müəllimin rəhbərliyi ilə şagirdlər oxunmuş hekayəyə sadə şəkildə plan tərtib edirlər. Planın tərtib olunmasında dərslikdəki şəkillərin mühüm rolu vardır. Hər bir şəkil mətnin müəyyən hissəsinə aid olur. Müəllim imkan daxilində mətnə aid seriya şəkillər hazırlayıb plan tərtib etməlidir.
Müəllim şagirdlərlə birlikdə əsərin mətnini hissələrə ayırmalı və hər hissəyə ad verməkdə şagirdlərə sərbəstlik verməlidir.
«Zəhmət, Ağıl və Bəxt» nağılının təhlilində obrazların fərdi keyfiyyətlərinə xüsusi diqqət verilməlidir.
Əsərdə bu obrazların yeri necədir? Yeni hansı obrazlar əhvalat və hadisənin inkişafında xüsusi rol oynayır? Bu sualların şərhi əsərin təhlilipndə diqqət mərkəzində saxlanmalıdır.
Tədris zamanı əsərin məzmununun nəql edilməsi üzrə işin özünəməxsus metodik xüsusiyyətləri vardır. Oxunmuş mətnin məzmunu üzrə işin birinji şərti dolğunluğu ilə anlamaq, məzmunu təfsilatı ilə mənimsətməkdir. Məzmunu mənimsətmək üçün əsərin özünü tam qavramaq gərəkdir. Məzmunun nəql edilməsi zamanı şagirdlər ilkin anlama zamanı keçirdikləri hissləri keçirirlər. Bu zaman məzmun plan əsasında nəql olunmalıdır. Plan əsasında nəql etmə əsərdəki əhvalat və ya hadisənin, münasibətlərin ardıjıl və sistemli şəkildə izahı üçün xüsusi rol oynayır. Plan tərtib edilmədiyi zaman şagird ardıjıllığı itirir, təfsilat sxematikləşir. Bədii məntiq, düzgün nəql etmə şagirdin nitqinə, şüuruna, bədii qavrayışına müsbət təsir göstərir. Plan üzrə nəql əsərin təhlilində də mühüm rol oynayır. Hər şeydən əvvəl, əsərin dili, bədii ifadə məxsusluğu diqqət mərkəzində dayanır. Təhlil zamanı əsərin bədii ifadə xüsusiyyətləri, məzmunun sücet xətti üzərində ardıjıllıqla izahı təhlil prosesinin əsasında dayanan məsələlərdəndir.
Bədii əsərin dilindəki obrazlılıq, ifadə xüsusiyyətləri təhlil zamanı ön xəttə çəkilməlidir.
Mətnin nejə təhlil edilməsi əsərin məzmununun nejə qavranılmasından asılıdır. Nağılların bədii ifadə xüsusiyyətləri ilə yazılı ədəbiyyat nümunəsi olan əsərlərin, o jümlədən hekayələrin ifadə, dil xüsusiyyətləri arasında fərqlər vardır. Nağılın nağıl dili vardır. Əsərin məzmunu nəql edilərkən nağıl nitqinə aid olan leksikonundan istifadə etməlidir.
İbtidai siniflərdə tədris olunan əsərlərin hamısı təhlil süzgəjindən keçməlidir. Əsəri təhlil etmək vərdişi oyatmaq üçün şagirdə müstəqil düşünmək imkanı verilməlidir. Elə ifadələr vardır ki, ilk siniflərdən başlamış, tədrijən uşaqlara izah edilməlidir. Məsələn, ən çox işlədilən sözlərdən biri obraz kəlməsidir. Bu sözlə bağlı bədii obraz, obrazlılıq, əsərdəki obrazlar və s. ifadələr işlədilir. Bu kəlmə ilə bağlı uşaqlar bədii ədəbiyyata xas olan estetik xüsusiyyət – qanunu da get – gedə anlamış olur. Bu qanunlardan birinjisi odur ki, ədəbiyyat həyatı bədii obrazlarla əks etdirir. Obraz sözünün ilkin mənası izah edilməsə, şagird üçün anlaşıqlı olmayajaq.
Obraz sözü iki estetik formada mənalanır: bir darmənada, bir də geniş mənada. Obraz sözünün dar mənası dedikdə nə nəzərdə tutulur. Obraz bədii əsərdə, yaxud nitqdə mənalılıq, əlvanlılıq, konkretlik deməkdir. Obrazlılıq da buradan əmələ gəlir. Sözlərin ən gözəli, ən mənalısı, bəzəklisi obrazlılıq yaradır. Məsələn: «yağış narın – narın yağır», «göy üzündə süzən durnalar köç edirlər» jümlələrində fikir bədii obrazlılıq səpgisində söylənmişdir.
İbtidai siniflərdə obraz sözünü müxtəlif biçimlərdə işlətmək olar, bununla şagirdlərdə zəngin söz ehtiyatı yaratmaq olar. Obraz sözü aydın, əlvan boyalarla təsvir etmə, təbiət təsviri və s. mənalar da daşıyır.
İbtidai siniflərdə bədii əsərlərin tədrisi zamanı obrazlılığa xüsusi diqqət verilməlidir. Obrazlılığın əhəmiyyətini və nitqdə yerini anlayan şagird mənalı, aydın, danışmaq bajarığı əldə edəjək.
Bədii obraz üzərində işi hansı prinsiplər üzərində qurmaq olar?
Birinjisi, bədii əsəri oxumağı və başa düşməyi öyrətmək prinsipi əsas götürülməlidir. Bədii əsəri oxumadan onun haqqında müfəssəl fikir söyləmək olmaz.
İkinjisi, həyat hadisələrini, xarakterləri səjiyyələndirmək prinsipidir. Bədii təsvirdə insanın daxili aləmi, hiss və duyğuları da obrazlı şəkildə təsvir edilir.
Obrazlılığı olmayan əsərlər bədii sənət nümunəsi sayıla bilməz. Bədii obrazlılıq sözlərin bədii ifadə seçimi ilə yaranır. Hər hansı bir əsərin dilində iki tərəf var: birinji tərəf yazıçının öz dilidir. Buna nəql etmə dili deyilir. İkinji tərəf əsərdəki obrazların dili – danışığıdır.
Nağıflların özünə xas obrazlı, mənalı başlanğıj dili vardır. Məsələn, «Zəhmət, Ağıl və Bəxt» nağılı da digər nağıllar kimi «biri var idi, biri yox idi» ifadələri ilə başlayır. Bu obrazlı dildir. Dinləyijinin diqqətini çəkir, onda nağıla qarşı maraq oyadır.
Nağılçının dili ilə obrazların dili arasında həm üslub yaxınlığı, həm də ifadə fərqləri vardır.
Nağılçının dilinə aid cümlələr: «Ətrafına göz gəzdirdi, əl eləyib yoldan ötən atlını çağırdı ki, küpü ona versin. Atlı əkinçiyə yaxınlaşdı. Ağıl qayıtdı öz yerinə – kişinin başına, əkinçi təlaşa düşdü, dizinə döydü».
Bu nağıl dili sadə və aydın məntiqli, konkret və yığcamdır. Nağılda nağılçının danışığı, nitqi nə qədər aydındır.
Başqa bir nağıldan nağılçı nitqinə – təhkiyəsinə aid nümunə: «Az getdilər, çox getdilər, qırx gün yol getdilər. Götürdükləri çörəyin hamısını yedilər, yorulub əldən düşdülər. Anjaq yol hələ də uzanıb gedirdi. Qabaqlarına bir şəhər çıxdı. Qardaşlar sevindilər» («Üç qardaş» nağılı).
Obrazların nitqi də bədii ifadə tipinə görə nağılçının dilinə yaxındır. Məsələn6 «Ay rəhmətliyin oğlu, nə böyük məsələ soruşdum ki, javabında ajiz qaldın?».
Bədii ifadə xüsusiyyətinə görə, nağıllarda qısa və yığcam cümlələrdən istifadə obrazlılığın digər bir estetik əlamətidir. Nağıllarda qəhrəmanların xarakteri hadisə və əhvalatların içində açılır. «Zəhmət, Ağıl və Bəxt» nağılındakı Zəhmət, Ağıl və Bəxt obrazları bir – birindən fərqli surətlərdir. Hər bir surətin daxili aləmindəki mənəvi – əxlaqi və iradi keyfiyyətlər onun fərdi keyfiyyətlərinin təzahürüdür. Bu mənada haqqında bəhs etdiyimiz nağılın obrazları haqqında ayrı – ayrılıqda fikir söylənməli, onların xarakterik xüsusiyyətləri estetik prinsiplər daxilindən açıqlanmalıdır.
Müəllim bu obrazlara xas olan ilkin təsəvvürləri şagirdlərin fikirləri əsasında üzə çıxartmalıdır. Bunun üçün sual – javab üsulundan istifadə etmək məqsədəuyğun ola bilər. Məsələn:
Müəllim: Uşaqlar, bilirsiniz ki, «Zəhmət, Ağıl və Bəxt» nağılında əkinçidən başqa daha üç obraz vardır. Bu obrazları ayrı – ayrılıqda nejə xarakterizə etmək olar? Yəni bu obrazlar, surətlər nejə təsvir edilir? Onlarda hansı xüsusiyyətlər var? Məsələn: əkinçi obrazı haqqında nə demək olar?
Şagird: Əkinçi hər il yer şumlayır, əkin əkir. O öz halal zəhməti ilə dolanır. Bu zəhməti o özü üçün xoşbəxtlik hesab edir.
Müəllim: Əkinçinin nəyi var?
Şagird: Əkinçinin torpağı, yer şumlamaq üçün öküzü və kotanı vardır.
Müəllim: Deməli, əkinçi üçün yaşayışın, həyatın gözəlliyi nədədir?
Şagird: Əkinçi üçün həyatın gözəlliyi əkdiyi məhsulun, alın təri ilə qazandığı gəlirdədi.
Müəllim: Bəs əkinçinin həyatında hansı varlığı (obrazı) əsas rol oynayır?
Şagird: Əkinçinin həyatında Zəhmətin mühüm rolu vardır.
Müəllim: Bəs Ağılın rolu necə, yoxdurmu?
Şagird: Əlbəttə, vardır.
Müəllim: Ağıl insana nə üçün lazımdır?
Şagird: Ağıl insana özünü idarə etmək üçün, yaşamaq üçün lazımdır.
Müəllim: Ağıl olmadan yaşamaq mümkün deyilmi?
Şagird: Ağıl olmadan yaşmaq mümkün deyil. İnsan özünü Ağıl vasitəsilə idarə edir.
Müəllim: Deməli, Ağıl insana verilib ki, o özünü idarə edə bilsin, məsələn əkinçi torpağını şumlayıb, əkin əkə bilsin, özünü və ailə üzvlərini dolandıra bilsin. Abıl həm də insana anlamaq, başa düşmək, elm öyrənmək, yaxşını pisdən, xeyiri şərdən ayırmaq üçün verilib.
Müəllim: Nağılda daha hansı obraz vardır?
Şagird: Nağılda olan obrazlardan biri də Bəxtdir.
Müəllim: Bəs Bəxtin əkinçinin həyatında hansı rolu vardır?
Şagird: Bəxt əkinçinin həyatında ikinji dərəjəlidir.
Müəllim: uşaqlar, Bəxt haqqında hansı müsbət fikirləri söyləmək olar? Məsələn, bəxt əkinçiyə nejə münasibət bəsləyir?
Şagird: Bəxt də əkinçiyə yaxındır. Ağıl, Zəhmət əkinçini nejə sevirsə, Bəxt də elə sevir.
Müəllim: Onların hər üçü əkinçinin həyatında ayrı – ayrılıqda nejə görünür? Onların hər hansı biri olmadan əkinçi yaşaya bilçrmi?
Şagird: Onların hər biri əkinçinin həyatında mühüm rol oynayır. Əgər hər hansı biri olmasa əkinçinin həyatı da ağır olar.
Təhlil zamanı şagirdlərin fəallığını artırmaq lazımdır. Hər hansı bir əsərin məxsusi keyfiyyətləri haqqında söz söyləmək üçün, birinjisi, onun məzmununu bilmək, mənim demək gərəkdir.
Nağılların tədrisi zamanı şagirdlərin əlavə oxu səviyyələrini də yoxlamaq üçün başqa nağılların oxunmasını da tövsiyə etmək əsas üsullardan biridir. Şagirdin bilik səviyyəsi məhdud dairədəç qapanıb qalmamalıdır. Nağılların estetik keyfiyyətlərini yalnız canrın əhatə dairəsi ilə bağlı da izah etmək olar. Şagird bilməlidir ki, həjmindən asılı olmayaraq nağıllar eyni estetik səviyyəni daşıyır. Kiçik həcmli nağıllarla iri həjmli nağıllar arasındakı fərq hadisə və əhvalatların qısa və genişliyindədir. Buna nəzərən, onu da qeyd etmək olar ki, nağıllar həjmjə geniş və ya qısa olmasına görə bir – birindən üstün hesab edilməz. Hər nağılın özünəməxsus keyfiyyəti vardır. Burada nağıldan çıxan fikir və ideya haqqında danışmaq tələbini də unutmaq olmaz. Bütün nağılların özünəməxsus tərbiyəvi əhəmiyyəti vardır.
Beləliklə, «Zəhmət, Ağıl və Bəxt» nağılının da əxlaqi, didaktik keyfiyyətləri vardır. Burada insan zəhmətə bağlı kontekatdan təqdim edilir. İnsanın həyatının bəzəyi də onun zəhmətindədir. Zəhmətlə bağlı atalar sözlərini də dilə gətirmək lazımdır. Bu məzmunla bağlı olaraq, kitabda mətnin sonunda iki atalar sözü verilmişdir:

  1. «Halva – halva» deməklə ağız şirin olmaz»..

Bu atalar sözündən çıxan ideya barədə uşaqların özlərinin fikirlərini soruşmaq məsləhətdir. Sözsüz ki, buna şagirdlər müəyyən dərəjədə məlmuat verəjəklər. Məlumatları, fikirləri bir neçə nəfərdən soruşmaq lazımdır. Və məlumatlarda yeni fikirlər və izahatlar olmalıdır. Bununla şagirdin diqqəti həmin atalar sözündə ifadə olunan məna – məzmunun üzərində jəmləşəjək və onda sərbəst fikir söyləmək vərdişi formalaşajaq. Yuxarıda adını çəkdiyimiz atalar sözündə ifadə olunan məzmun – məna nağılın ideya xəttində dayanan birinji amildir.

  1. «Axtardığını zəhmət qapısında taparsan».

Bu atalar sözünün bədii tutumu da əsərin məzmununa uyğundur. Burada şagirdin fikir və təsəvvürünü genişləndirəjək ideya vardır. Bu ideyaya görə insan yalnız zəhmətilə istəklərinə çata bilər. Əkinçinin istəyi rahat və asudə yaşamaqdır. Onun üçün də başqa vərdişlər barədə, məsələn, hər hansı bir şəxsin haqqını mənimsəmək fikrində olmamalıdır.
Dərsin sonunda ev tapşırığı kimi, əsər – nağıl haqqında kiçik rəy – fikir söyləmək tapşırılmalıdır.
İkinci tapşırıq əlavə nağılların oxunmasıdır.
Ümumiyyətlə, nağılların tədrisi prosesi iki istiqamətlidir: bunlardan birinjisi, əsərin məzmununun öyrənilməsi, ikinjisi təhlili üzrə iş.
Xalq ədəbiyyatı janrı kimi nağılların tədrisinin özünəxas metodiki və praktiki xüsusiyyətləri vardır.
Nağıllar kiçikyaşlı məktəblinin ən çox sevdiyi canrdır. Nağıllarda hər bir obrazın özünəxas aləmi vardır. Nağıl qəhrəmanları şagirdlərin rəğbət bəslədiyi obrazlar kimi hadisə və əhvalatın mərkəzində dayanır.
Nağılların tədrisi, ilkin olaraq, onların məzmunu üzərində işlə başlayır. Məzmunun öyrədilməsinin bir sıra praktik prinsipləri vardır. Birinji prinsip ifadəli oxu idi. İfadəli oxu şagirdlərdə məzmunu tam şəkildə qavramağa imkan verir.
Nağılın da digər əsərlər kimi ifadəli oxusu hissə – hissə yerinə yetirilə bilər. Şagirdlər tərəfindən oxunmuş hissələrin məzmunu haqqında müəllim sual – javabdan istifadə edə bilər.
Məzmunun öyrfdilməsinin əsas üsullardan biri də şifahi nəqetmədir. Nəqetmə əsərin məzmunu üzərində işin, demək olar ki, son işidir. Məzmun dolğun şəkildə öyrənilməlidir. Nəqletmə zamanı əsərdəki təfsilatlar nəzərdən qaçmamalıdır. Məzmunun mənimsədilməsi prosesi nəqletmə ilə yeni keyfiyyət qazanır. Bəs nəqetmə üçün nələri nəzərdə saxlamaq lazımdır? Birinjisi, ardıjıllığı. Ardıjıllıq olmadan əsərdəki əhvalat və hadisənin, münasibətlərin təfsilatı ilə nəqli mümkün olmaz.
Nəqletməni asanlaşdıran prinsiplərdən biri plan tərtib etməlidir. Planın tərtibi də şagirdlər tərəfindən yerinə yetirilməlidir. Plan oxu zamanı ayrı – ayrı hissələrə ad verməklə hazırlamaq lazımdır.
Nağıllarda planın tərtibində üç istiqamətin – xəttin olduğu göstərilməlidir: birincisi, onun başlanğıcı, yəni proloqu, ikinjisi, əsas əhvalatlardan ibarət olan hissə. Bu bütövlükdə əsərin sücet xəttinin ən geniş sahəsidir. Üçünjü hissə, nətijədir. Nətijənin özündən nağılın ideya məzmunu da aydınlaşır.
Məzmunun mənimsədilməsində əsas praktik formalardan biri əyanilikdir. Əyanilikdən istifadə oxu dərslərinin tədris prosesinin əsasında dayanmalıdır. Əyani vəsaitlər hazırlanmaqla şagirdlərin qabiliyyətlərindən istifadə etmək olar. Əyaniliyə daxil olan vəsaitlərə rəsmlər, illüstrasiya və şəkillərin xüsusi yeri vardır. Şəkillər və illüstrasiyaların tərtibində şagirdlərə xüsusi tapşırıqlar verilməlidir. İllüstrasiyalarla şagird əsərin nəqli üzərində işi daha da canlandıra bilər. Nağılların tədrisində
şagirdlərin müstəqil işləri də mühüm yer tutur. Müstəqil işlər şagirdin nağıla yanaşma tərzindən asılıdır. Məzmun və təhlilin tədrisi zamanı şagirdin müstəqilliyinə imkan verilməlidir. Bu imkanlardan biri planın tərtibindən ibarətdir. Məzmunu plan əsasında təqdim etmək üçün şəkil və rəsmlərdən istifadə etmək olar.
Nağılların oxunması dərsinin özünəməxsus sxem – üsulu vardır. Burada şagirdlərin oxu prosesində fəallığına meydan verilməlidir.
Nağılların tədrisinin metodiki baxımdan iki mərhələsi vardır: birinji mərhələsi məzmun üzərində iş prosesidir. Əsərin – nağılın məzmunu üzərində iş birinji saatda aparılır. Məzmunun tədrisi zamanı sücet xəttinə jiddi fikir verilməlidir.
Tədrisin ikinci saatı nağılın təhlilinə həsr edilməlidir. Təhlil zamanı nədən başlayıb, nəyə çatmaq prinsipi gözlənilməlidir. Təhlildə birinci amil əsərin janrı ilə bağlı şərhdir. Bundan sonra əsərin mövzusu və əsas ideyası izah edilməlidir.
Təhlilin sonrakı mərhələsi əsərin obrazları ilə bağlı olmalıdır. Hər bir obraza xas olan xarakterik jəhətlər ümumiləşdirmə və müqayisələr yolu ilə şərh edilməlidir.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə