FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Təmsilin ifadəli oxunması. Təmsilin bir – iki nəfər tərəfindən və rollar üzrə ifadəli oxunması. Ola bilər ki, rollar üzrə oxuya hər qrupdan bir nəfər cəlb edilsin



Yüklə 0,72 Mb.
səhifə64/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   60   61   62   63   64   65   66   67   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Təmsilin ifadəli oxunması. Təmsilin bir – iki nəfər tərəfindən və rollar üzrə ifadəli oxunması. Ola bilər ki, rollar üzrə oxuya hər qrupdan bir nəfər cəlb edilsin.

  • Təmsilin əzbərlənməsi. Təmsil asan və maraqlı olduqda bir hissənin və ya bütövlükdə əzbərlənməsi üzrə iş gedir.

  • Evə tapşırıq. Təmsilin ideya məzmunu ilə əlaqədar həyati misallar, atalar sözləri, məsələlər öyrənmək, bənzər təmsillər tapıb oxumaq, əzbərləmək tapşırıla bilər.

    İ.Krılovun “Cırcırama və qarışqa ” təmsili üzrə
    oxu dərsinin icmalı
    Dərsin məqsədi. Təmsilin ideya məzmununu şagirdlərə çatdırmaqla onları təmsildə tənqid olunan xarakter xüsusiyyətlərinə qarşı mübarizəyə qaldırmaq.
    Dərsin təchizi. Təmsildəki personajların modelini, maketini hazırlamaq, şəklini çəkmək üçün plastilin, karton, kağız, karandaş, flamaster, parça qırıqları, iynə, sap, yapışqan və s.
    Dərsin planı.
    1. Giriş müsahibəsi. Müəllim sinfə suallar verir: 1. “Kim cırcırama görüb? ”, “Onu nə vaxt və harada görübsünüz?”, “Cırcıramaya nə üçün belə ad veriblər? ”, “Kim qarışqa görüb? ”, “ Onu nə vaxt və harada görübsünüz? ”, “Cırcırama harada yaşayır? ”, “Bəs qarışqa harada yaşayır?”, “Cırcırama necə hərəkət edir?”, “Bəs qarışqa necə hərəkət edir? ”, “Qarışqa haqqında nələr bilirsiniz”, “Qarışqa haqqında hansı əsərləri oxuyubsunuz? ”, “Hansı nağılları eşidibsiniz? ”, ( “Tısbağa və qarışqa”, “Süleyman şah və qarışqa”) , “Qarışqa haqqında hansı tapmacaları bilirsiniz? ”
    Təmsil oxunarkən məzmunun başa düşülməsinə mane ola biləcək
    biqərar , oyalaq, naəlac sözlərinin mənası müəllim tərəfindən izah olunur.
    Təmsilin hissə – hissə oxunması. Müəllimin göstərişi ilə uşaqlar təmsili hissə – hissə ucadan oxuyurlar. Hər hissə oxunduqdan sonra anlaşılmaz və az anlaşılan söz və ifadələr aydınlaşdırılır.
    Dərsin bu mərhələsində təmsil dörd hissəyə ayrılır və hər hissə bir qrupun nümayəndəsi tərəfindən oxunub təhlil edilir.
    Birinci hissə: “Başı qarışmış idi” sözlərinədək. Bu hissənin məzmunu ilə əlaqədar müzakirə zamanı müəllimin də işə qarışması ilə uşaqlar belə suallar verirlər: “Onun başı nə üçün qarışmışdı? ” , “ Hər çiçəyin yarpağı olmuş idi oylağı ” sözləri ilə şair nə demək istəyir?, “Kefə alışmış idi” misrası nəyi bildirir? “Birqərar” sözünü hansı sözlərlə əvəz etmək olar? , “Oylaq” nə deməkdir? “Bu hissəyə aid sözlə necə şəkil çəkmək olar? ”, “Bu hissəyə necə başlıq vermək olar? ” (Başlıq yazı taxtasında yazılır).
    İkinci hissə. “Susdu daha naəlac” misrasına qədər. Suallar: «Cırcıramanın bu qayğısızhəyatına nə vaxt son qoyuldu?». «O nə üçün qəmləndi?». « Onun ac qalmasına səbəb nə idi». «Yox daha güldən əsər» sözlərini necə başa düşürsünüz? . Bu hissəyə aid necə şəkil çəkmək olar? . « Bu hissəyə aid necə şəkil çəkmək olar? ». « Bəs hissəyə necə başlıq vermək olar? » (Başlaq yazı taxtasında yazılır).
    Üçüncü hissə. Təmsilin axırınadək. Suallar: « Qarışqa Cırcıramadan nə soruşdu». «O, nə üçün Cırcıramaya belə sual verdi?». «Qarışqa nə üçün Cırcıramaya yemək vermədi? » «Qarışqa Cırcıramaya kömək etsə idi nə olardı?» (Başlaq yazı taxtasında yazılır).

    Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   60   61   62   63   64   65   66   67   68




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə