FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Təmsilin oxunmasına həsr olunmuş dərsin sxemi



Yüklə 0,72 Mb.
səhifə63/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   60   61   62   63   64   65   66   67   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Təmsilin oxunmasına həsr olunmuş dərsin sxemi
1.Giriş müsahibəsi. Şagirdlərin təmsil haqqında nəzəri bilikləri xəbər alınır. Onlar təmsilin, əsasən, nəzmlə yazıldığını, təmsildə alleqoriya olduğunu bildirirlər. Təmsilin köməyi ilə insanların xarakterik nöqsanlarının tənqid olunduğundan söz açırlar.

  1. Təmsilin müəllim tərəfindən oxunması. Müəllim təmsili əzbərdən ifadəli oxuyur. O, oxuyarkən səsi, mimika və jestlərinin köməyi ilə hər bir personajın səsini, hərəkətlərini, səciyyəsini verir.

3. Təmsilin şagirdlər tərəfindən oxunması.Müəllim təmsilin hər hissəsinin oxunmasını bir qrup şagirdə tapşırır. Hər qrupdan bir nəfər parçanı ifadəli oxuyur.
4. Təmsilin məzmununun təhlili üzrə işin təşkili. Müəllim hər bir qruppa
xüsusi tapşırıq verir. Birinci qrupp ifadəli oxumağa hazırlaşır; ikinci
qrupp əsas personajın ( qəhrəmanın) səciyyəsini yazır, üçüncü qrupp
personajları müqayisə etməyə hazırlaşır; dördüncü qrupp təmsildən az
tanış olan və tanış olmayan sözlərin mənasını izah etməyə hazırlaşır; b
beşinci qrup təmsilə aid bir epizodu rəsm edir; altıncı qrup təmsilin
şəkilli planını tutur, sözlə şəkilini çəkir.
Ola bilər ki, təmsili süjetinə görə ona, bənzəyən başqa təmsillə
müqayisə etmək ; ona bənzər hadisə quraşdırıb yazmaq; rollar üzrə
oxumaq (dramlaşdırmaq); personajlarla nə vaxt, harada, necə rastlaşmaları
haqqında danışmaq; onların həyatı barədə və s. danışmaq, plastilindən
personajlar yapmaq və s. tələb edilsin.

  1. Fəal müzakirə keçirilməsi. Təmsilin məzmunu ilə əlaqədar problem situsiyanınyaradılması (əqli hücum) fəal fikir mübadiləsinin aparılması.

  2. Ümumiləşdirici müsahibə. Hər bir qrup liderinin cavabının (hesabatının) dinlənilməsi. Onların cavablarına əsasən qrupların fəaliyyətinin qiymətləndirilməsi.


  3. Yüklə 0,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə