Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə35/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Texniki göstəriciləri:
• Sıxlıq (ρ) - 850 ÷ 870 kq/m 3
• Şərti özlülük (T) - 25 ÷ 30 san
• Plastik özlülük ( ηpl) - 12 ÷ 23 mP a·san
• Effektiv özlülük ( ηef) - 3 ÷ 5 mP a·san
• DSG ( τ0) - 4 ÷ 8 P a


«Nano-bitum» sistemi


Təyinatı: Tərkibi təbii bitumdan və NH-dən (nanohissəcikdən) ibarət olan «Nano-bitum» sistemləri Anomal Alçaq Lay Təzyiqli (AALT), uzun müddət istismarda olan, udulmalarla, uçulmalarla səciyyələnən geoloji strukturların qazılması üçün nəzərdə tutulur. Bu sistemlərin başlıca üstünlükləri ondan ibarətdir ki, onlar lay kollektorları qarşısında etibarlı ekran yaradaraq, filtratın kollektorlara daxilolma radiusunu kəskin azaldırlar. «Nanoyaddaşa» malik olan «Nano-bitum» sistemləri gil qabığının sürtünmə əmsalını 12-15 dəfə azaltmaqla yanaşı, qazma məhlulunda erkən turbulentlik yaradır ki, nəticədə hidravliki müqavimət əmsalının azalması müşahidə olunur. «Nano-bitum» sistemlərinin faktiki quyularda istifadəsi nəticəsində mexaniki sürətin artımı, kinetik enerji məsrəflərinin azalması müəyyən olunmuşdur.
«Nano-bitum» SISTEMI tünd-şabalıdı rəngli maye halında maddə olub, su əsaslı qazma məhlullarının reotexnoloji və tribotexnoloji göstəricilərinin tənzimlənməsi, gillərin stabilləşməsi və kipgəcəmələgəlmənin qarşısının alınması məqsədilə istifadə edilir.
Üstünlükləri:
• məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliyinin qorunmasını təmin edir;
• məhsuldar layda mühafizə ekranı hesabına lay kollektorlarında duz çöküntülərinin yaranmasının, məsamələrdəki gillərin şişməsinin və çirklənməsinin qarşısını alır;
• qazma məhlulunun reoloji parametrlərini tənzimləyir;
• quyu lüləsinin dayanıqlılığını artırır;
• gil qabığının qalınlığını azaltmaqla bərabər elastikliyini artırır və onun sürtünmə əmsalını dəfələrlə azaldaraq baltanın və qazma kəmərinin lülədə sərbəst hərəkətini təmin edir;
• yüksək tiksotropiya xassəsinə malik olmaqla qazılmış süxur hissəciklərinin intensiv nəqlini və süxur hissəciklərinin məhlulda asılı vəziyyətdə qalmasını təmin edir;
• məhlulun özlülüyünü (plastik, effektiv, şərti) azaldır.
Effektlər:
• «Nanoyaddaş» effekti;
• Erkən turbulentlik;
• Qazma məhlulunun uzunömürlülüyünü təmin edir;
• Qazmanın mexaniki sürətinin artmasına təsir edir, fırlanma
momentini azaldır;
• Kipkəcəmələgəlməyə qarşı müsbət təsir göstərir.
• Bu sistem polimer mənşəli reagentlərin sərfini azaldır;
• Yağlayıcı preparatların istifadəsinə ehtiyac qalmır;

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə