Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə2/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   2   3   4   5   6   7   8   9   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Üçüncü mərhələdə, yəni 1860-1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D.Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi. 1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü. D.Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G.Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür. Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə - 1932-1950-ci illərdə əsasən akademik İ.M.Qubkinin «Neft elmi haqqında» adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi. Beşinci mərhələni - 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P.V.Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdəkarbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var. 
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə - Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar. 
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30-50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır. Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub. 1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A.Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir. Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir.Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq. Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək.
Hələ XX əsrin başlanğıcından alimləri bir sual da düşündürür: neft ehtiyatları tükənərsə, onu süni yolla yaratmaq mümkündür? 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni «sulu qaz»ın alınmasının mümkün olduğunu sübut etdi.İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də «qonur kömür»dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta «süni nefti» istehsal edən zavodlar tikdilər.Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi. 
Bu gün də sini üsulla nefti «yanacaq şistləri»ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur. Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir.Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır.Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir.Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır…

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə